yetmək sözü azərbaycan dilində

yetmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yetmək • 94.3262%
  • Yetmək • 4.2553%
  • YETMƏK • 1.4184%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.20 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 1.18
2004 •••••• 0.34
2006 •••••••• 0.45
2007 •••••••• 0.42
2010 ••••••••••• 0.64
2012 ••••• 0.26
2016 ••• 0.17
2017 •••••• 0.33
2018 ••• 0.15
2019 ••• 0.14

yetmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. bax yetişmək 3-cü mənada. Pul sənə yetdimi? Məktub sahibinə hələ də yetməmişdir. Sənə yetmək olmur. – Yetənə yetir, yetməyənə daş atır. (Ata. sözü). Yar gələr, yara yetməz; Sonalar sara yetməz; Pis gündən qurtarmağa; Ağlamaq çarə etməz. (Bayatı). 2. Gəlmək, keçmək, çatmaq. Demə ki, nədir bu macəralar! Səndən mənə yetdi bu bəlalər. Füzuli. // Gəlib çatmaq, yaxınlaşmaq, ardınca gəlmək. Yanvar ayı keçib getmiş; Sonra yetir fevral ayı. M.Dilbazi. 3. Çatmaq, kifayət etmək. Zeynal sərxoşluğundan müvazinətini saxlaya bilmədiyi üçün Mehribana gücü yetmirdi. S.Hüseyn. 4. Toxunmaq, rastlaşmaq, dəymək. Pərvanə yaxar var-yoxunu bir oda yetsə; Razı deyiləm kim, mənə pərvanə desinlər. Qövsi. 5. Yetər şəklində – bəsdir, kifayətdir. [Ana:] Yox, qardaşım, birini dartıb qərib vilayətə apardığın yetər, daha bunu vermərəm. S.S.Axundov. Yetər bu qədər danışdığımız. Artıq iş zamanıdır. C.Cabbarlı.

    Azərbaycan dilinin izahlı lüğəti / yetmək

yetmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

yetmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. быть достаточным; 2. хватать; 3. доходить, достигать;

    Azərbaycanca-rusca lüğət / yetmək
  • 2 глаг. 1. разг. добираться, добраться. Axşama kəndə yetdik к вечеру добрались до села 2. хватать, хватить, быть достаточным. Kitab hamıya yetdi книг хватило всем, vaxtım yetmədi времени у меня не хватило, hamıya yetər всем хватит, hamıya yetdi всем досталось (хватило), gücü yetməz сил не хватит; sona yetmək подходить к концу; arzularına yetmək достичь желаемого; boyabaşa yetmək достигнуть совершеннолетия; harayına yetmək kimin прийти на помощь к ому; kamala yetmək достигнуть зрелости; muradına yetmək достичь цели; əli heç yana yetməmək: 1. остаться ни с чем; 2. оказаться в безвыходном положении; kama yetməmək не насладиться жизнью; yetəcək qədər в достаточном количестве

    Azərbaycanca-rusca lüğət / yetmək

yetmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to get* to a place, to reach a place; to get* (to), to reach (d.); evə ~ to get* / to reach home; 2. suffice, to be+sufficient / enough; Bu yetər This will suffice, This will be enough; kamala ~ to attain / to achieve perfection

    Azərbaycanca-ingiliscə lüğət / yetmək

yetmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. кил. yetişmək 1); 2. агакьун, атун; // атана агакьун, мукьвал хьун, алукьун (мес. гад); 3. агакьун; акъакьун, бес хьун; акакьун (мес. гуж); 4. акьун, галукьун, дуьшуьш хьун, гьалтун; 5. yetər бес я, беса.

    Azərbaycanca-ləzgicə lüğəti / yetmək

"yetmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yetmək nədir? #yetmək sözünün mənası #yetmək nə deməkdir? #yetmək sözünün izahı #yetmək sözünün yazılışı #yetmək necə yazılır? #yetmək sözünün düzgün yazılışı #yetmək leksik mənası #yetmək sözünün sinonimi #yetmək sözünün yaxın mənalı sözlər #yetmək sözünün əks mənası #yetmək sözünün etimologiyası #yetmək sözünün orfoqrafiyası #yetmək rusca #yetmək inglisça #yetmək fransızca #yetmək sözünün istifadəsi #sözlük