* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Qida qəbul etmək, ağızda çeynəyib udmaq. Xörək yemək. Meyvə yemək. – Yeyərsən qaz ətini, görərsən ləzzətini. (Ata. sözü). Xudayar bəy yeyib qarnı tox, … arxayın və rahat uzanıb yatdı. C.Məmmədquluzadə. [Mirzağa] ata və anası ilə bir evdə yaşayır, bir süfrədə yemək yeyir, onlarla bərabər yatıbdururdu. S.Hüseyn. // İs. mənasında. İnsanın müəyyən vaxtlarda yediyi şey; taam, xörək. Yemək yemisinizmi? Hələ yemək yeməmişik. Sabah yeməyi (səhər yeyilən şey). Axşam yeməyi (axşam yeyilən şey, şam). – Heç düşünməz nədir yemək, uyqu; Gecə ulduzla, Ayla söhbət edər; Düşünür daima sabaha qədər. H.Cavid. □ Yemək masası (stolu) – üstündə yemək yeyilən stol. Usta əlindəki gül dəstəsini yemək masasının üstünə atdı… M.Hüseyn. Yemək otağı – yemək yeyilən otaq, yemək yeyilmək üçün ayrılmış otaq. Zeynal geniş bir şüşəbəndi keçib yemək odasına girdi. S.Hüseyn. Yemək otağına sükut çökmüşdü. Arabir çay içənlərin marçıltısı eşidilirdi. Ə.Vəliyev. 2. Yemək, ruzi. [Qatama] Qanqın şimalına doğru yürüyərək hər yerdə sehr göstərib yeməyini təmin edirdi. Çəmənzəminli. 3. dan. Sancmaq, dişləmək. Qollarımı başdan-başa ağcaqanad yeyib. 4. Aşındırmaq, oymaq, dağıtmaq. Su sahili yeyib dağıdır. Dəmiri pas yeyir. Qələvi dəriyə aşındırıcı təsir edir, onu yeyir. // Gəmirərək, içindən yeyərək xarab etmək, korlamaq, pozmaq, dağıtmaq. Xalçanı güvə yeyib. Meyvələri qurd yeyib. 5. məc. Üzmək, əldən salmaq, rahat buraxmamaq. Xəstəlik bədənini yeyir. – Yad gördü, dedi məni; Dərd oydu, yedi məni; Vəfasıza sirr verdim; Aləmə dedi məni. (Bayatı). Şamil ali təhsilini bitirib gəlincə təhsil də onu yeyib bitirmişdi. A.Şaiq. 6. məc. dan. Heç bir imkan verməmək, dözülməz şərait yaratmaq, gözümçıxdıya salmaq, yaşamağa, çalışmağa qoymamaq. // məc. Yox etmək, məhv etmək. Naçalnik elə bir halətdə mənim üzümə baxırdı ki, deyirdim, bu saat məni yeyəcək. C.Məmmədquluzadə. [Qacar:] Çox da tərifləmə mənə vətəni; Bu qılınc olmasa, yeyərlər məni. S.Vurğun. Elə bil ev qurd olub [Durnanı] yemək istəyirdi. Ə.Vəliyev. // Məhv etmək, qırıb tökmək. Çəyirtkə taxılı yedi. 7. məc. dan. Həyasızcasına mənimsəmək, alıb verməmək. Özgənin malını yemək. – Dəstədə olan adamların biri Mir Qasımdır ki, doğma bacısı Səkinənin malını yemək qəsdi ilə saxta kağız düzəltmişdi. C.Məmmədquluzadə. [Məşədi İbad:] …Özü də hələ mənim beş min manat pulumu yeyibdir. Ü.Hacıbəyov. 8. məc. dan. Məruz qalmaq, uğramaq. Şillə yemək. Kötək yemək. – Molla əvvəlcə vermək istəmədi, bir neçə aynalı dürtməsi yeyəndən sonra, sandığın ağzını açdı. “Qaçaq Nəbi”. Yarəb, ol qəmzən oxun bin yerdən artıq yemişəm. Nəsimi. Əhməd onu təhdid və təqib edirdi. Sağ böyründən bir qurşun yemişdi. A.Şaiq. // məc. Dözmək, dözərək cavab verməmək. Daşdəmiroğlunun ayağına getməyi, hörmət görmək əvəzinə onun ağır sözlərini yeməyi Muqim bəyə çox ağır gəlirdi. S.Rəhimov. 9. Bir sıra sözlərə qoşularaq müxtəlif frazeoloji ifadələr düzəldilir; məs.: başını yemək, qəm yemək, ürəyini yemək, acıq yemək. ◊ Yemək istəmək – qızğın məhəbbət göstərmək, öz hissiyyatını bir şeylə ifadə etmək. Mehriban məhəbbətlə qarışıq bir həyəcanla Rəmziyənin üzündən, dodaqlarından, gözlərindən öpməyə başladı. Onu öz öpüşləri ilə sanki yemək istəyirdi. S.Hüseyn. Yeməyi gəlmək – 1) yemək xoşuna gəlmək, istəmək; 2) son dərəcə xoşuna getmək. Adamın yeməyi gəlir.
Azərbaycan dilinin izahlı lüğəti / yemək6 1. YEMƏK O, pendir-çörək yeyir, baxanları həvəsə gətirirdi (Ə.Qasımov); AŞIRMAQ (məc., dan.) [Qonaqlar] sabah açılandan qalxıb bir cüt... toyuğun da çığırtmasını aşırdılar (S.Rəhimov); BASMAQ (dan.) Boynuyoğun mollalar, tacirlər, seyidlər., hər gün gəlib yağlı plovdan basırdılar (Ə.Haqverdiyev); GƏVƏLƏMƏK (könülsüz yemək) Gecənin yarısı çörək gəvələyək.. (Ə.Kərim); İÇƏRİ ÖTÜRMƏK (məc., dan.) Qulunun iştahası çox idisə də, axırda əlacı kəsilib, rəngsiz dodaqlannı aralayıb, dolmanı içəri ötürdü (Çəmənzəminli); QARNINI OTARMAQ (dan., zar.) “Talıbxan, eşitdiyimə görə kəndlərdə veyllənib qarnını otarırsan..." (S.Rəhimov); QURŞAĞIN/TOQQANIN ALTINI BƏRKİTMƏK (dan.) Cahangir bəy: Xəlil, sən də gəl otur, bir az qurşağının altını bərkit, balam! (N.Vəzirov); Məmməd: Girdim restorana ki, toqqanın altını bərkidim (Ə.Qasımov); ÖTÜRMƏK (məc.) Kərbəlayı Həsən ucadan “bismillah” çəkib dolmanın birini buğlana-buğlana ötürdü (Çəmənzəminli); TƏPİŞDİRMƏK (məc.) Varis qarşısındakı soyuq şorbanı təpişdirərkən qızı gözucu süzdü (A.Şaiq); TIXMAQ (dan.) Əsli: ..Amma, beş adamın payını tıxır (İ.Məlikzadə); ZƏHRİMARLANMAQ (dan., vulq.) Ata: Gəl, axmaq balası, naharını zəhrimarlan (Ə.Haqverdiyev); ZƏQQUMLANMAQ (dan., vulq.) Qurbanəli: Acından öldüm ki, bir az əppəkdən-zaddan ver, zəqqumlanaq (N.Nərimanov); AĞILANMAQ (vulq.), BOĞMALANMAQ (vulq., acgözlüklə yemək). 2. yemək bax xörək
Azərbaycan dilinin sinonimlər lüğəti / yemək1 1. кушать, есть; 2. еда, питание, кушанье; 3. травить, разъедать, сносить, смывать; 4. присвоить;
Azərbaycanca-rusca lüğət / yemək2 1 глаг. 1. есть, поесть: разг. кушать, покушать. Kabab yemək есть шашлык, pendir-çörək yemək есть сыр с хлебом, iştaha ilə yemək есть с аппетитом, könülsüz yemək неохотно есть, doyunca yemək есть (наесться) досыта 2. разг. кусать, жалить (о насекомых). Ağcaqanadlar yeyirlər комары кусают 3. перен. изводить кого, не давать покоя к ому, досаждать, поедом есть кого 4. расхищать, расхитить что. Xalq malını yemək расхищать народное добро 5. тратить, истратить, проматывать, промотать. Pulları yemək истратить деньги 6. разъедать, разъесть (о едких веществах). Pas dəmiri yeyir ржавчина разъедает железо; yemək təklif etmək (eləmək) предложить поесть; yediyi boğazında qaldı еда застряла в горле; yediyi boğazından keçmir kimin не до еды, ничего в горло не идёт к ому ◊ yediyini qusdu (qusacaq) кусок застрял (застрянет) в горле у кого; qapaz yemək получать, получить по голове от кого; şillə yemək получать, получить пощёчину, оплеуху, nə yemisən turşulu aş давать, дать жару кому-л., dərd-qəm yemək грустить, печалиться о ком-, о чём-л., yediyim burnumdan gəldi (мне) пошло не впрок, пошло не на пользу; yediyini burnundan tökmək kimin испортить обедню, настроение к ому; yediyi çörəyə əyri baxmaq отвечать чёрной неблагодарностью, yediyi çörəyə şıllaq atmaq не довольствоваться тем, что есть; ürəyinin içini yemək сильно переживать за кого, за что; başını yemək kimin: 1. вогнать в гроб кого; 2. убрать (убить) кого; yeyib üstündən su içmək нагло присваивать, присвоить, открыто прикарманивать, прикарманить; çörəyini yemək kimin есть хлеб чей; gözünün yağını yemək kimin: 1. устрашать кого, нагонять страх на кого; 2. есть поедом кого; görməmiş kimi yeyir ест так, что за ушами трещит, уписывает за обе щеки; gözlərilə yemək kimi есть глазами кого; müftə çörək yemək даром есть хлеб; yediyini haram etmək kimin портить, испортить аппетит к ому 2 сущ. 1. еда, пища, кушанье. Yola yemək hazırlamaq приготовить еду на дорогу, ikigünlük yemək götürmək взять еду на два дня, dadlı (ləzzətli) yemək вкусная еда, isti yemək (xörək) горячая пища 2. блюдо. Uşağın sevimli yeməyi любимое блюдо ребёнка 3. принятие пищи. Yemək vaxtı время еды; yeməyə dəvət etmək приглашать есть, yemək vermək дать есть; səhər yeməyi завтрак, günorta yeməyi (nahar) обед, axşam (şam) yeməyi ужин, yemək stolu обеденный стол, мед. yemək borusu пищевод, yemək borusunun deşilməsi прободение пищевода
Azərbaycanca-rusca lüğət / yemək1 I. i. eating; meal; ~dən əvvəl before eating, before meal; ~dən sonra after eating, after meal; dadlı ~ a tasty meal; səhər yeməyi breakfast; günorta yeməyi dinner; axşam yeməyi supper II. s.: ~ vaxtı meal time, dinner time; ~ fasiləsi dinner break; while eating, during meal; ~ otağı diningroom; ~ stolu dinner-table III. f. 1. to eat* (d.); naharını ~ to eat* one’s dinner; yaxşı ~ to eat* well; Uşaq yaxşı yemir The child doesn’t eat well; ◊ bir kəsi gözü ilə ~ to stare at smb., to fix one’s eyes upon smb., to devour smb. with one’s eyes; 2. to sting* (d.), to bite* (d.); dırnağını ~ to bite* one’s nails; 3. (mal-dövləti dağıtmaq) to plunder (d.); 4. (nac) to eat* away (d.); 5. (turşu) to corrode (d.); ◊ qapaz ~ to be* slapped; ◊ şillə ~ to be* slapped in the face
Azərbaycanca-ingiliscə lüğət / yemək1 1) is. manger m ; repas m ; plat m, mets m ; dîner m ; ~dən əvvəl avant le repas ; ~dən sonra après le repas ; səhər ~yi petit déjeuner m ; günorta ~yi déjeuner m ; axşam yeməyi dîner m ; souper m ; 2) f manger vt ; dévorer vt ; bâfrer vt, vi ; bouffer vt ◊ bir kəsi gözü ilə ~ dévorer qn des yeux ◊ qapaz ~ essuyer une paire de gifles
Azərbaycanca-fransızca lüğət / yemək1 гл. 1. тӀуьн; çörək yemək фу тӀуьн; 2. сущ. тӀуьн, фу, тӀям, къафун, хуьрек; günorta yeməyi нисинин тӀуьн (нисинихъ недай затӀ); yemək masası (stolu) фу недай стол; yemək otağı фу недай кӀвал; 3. тӀуьн, рузу; 4. рах. кӀасун (ветӀре, шутӀра ва мс.); 5. тӀуьн, кукӀварун (жанавурди, гъуьчӀре, муьрхъуь, кукра ва мс.); 6. пер. пелешрун, регьятвал тагун (мес. азарди); 7. пер. имкан тагун, югъ тагун, динж тун тавун, яшамиш жез (кӀвалахиз) тун тавун; 8. пер. терг авун, пуч авун (мес. цицӀери ник); 9. пер. рах. тӀуьн, вичиз кьун, мемекьуьрун, къачуна вахгун тавун; özgənin malını yemək чарадан мал тӀуьн; 10. пер. рах. къачун (мес. лапӀаш, гъуд); 11. пер. эхун, жаваб вахгун тавун); ** acığını yemək кил. acıq; başını yemək кил. baş; qəm yemək кил. qəm; ürəyini yemək кил. ürək; yemək istəmək нез кӀан хьун, кӀанивал къалурун, са затӀуналди вичин гьиссер къалурун; yeməyi gəlmək нез кӀан хьун а) тӀуьн хушуниз атун, кӀан хьун; б) гзаф хуш атун, кӀанивал къалурун.
Azərbaycanca-ləzgicə lüğəti / yemək