* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Hər hansı bir əlamətinə görə çoxları arasından birini bəyənib ayırmaq, ona üstünlük vermək. Zövqünə görə parça seçmək. Qız seçmək. – Qızılgülü biçmişəm; Üstündə and içmişəm; Min gözəlin içindən; Bircə səni seçmişəm. (Bayatı). [Cahan:] Vallah, gedərəm, dolanaram, gəzərəm, baxaram, bəyənərəm, seçərəm, bir qız alaram ki, adam baxanda ağlı gedər. Ü.Hacıbəyov. 2. Müəyyən bir şeyə, sənətə, işə və s.-yə daha çox maraq göstərmək, onu daha üstün tutmaq, üstünlük vermək. Mühəndis sənətini seçmək. Müəllimliyi seçmək. 3. Yaxşını pisdən ayırd edə bilmək. Mey tökərdin, içərdik; Xeyri, şəri seçərdik; Bir əkər, bir biçərdik; Biz qardaş deyilmiyik? Ə.Cavad. [Balaxanım Dadaşı hədələdi:] Bu iki gözün o qazamatın bir dar deşiyindən işıldayanda baxarsan, adamı seçərsən, tanıyarsan. S.Rəhimov. 4. Müəyyən vəzifəni, tapşırığı yerinə yetirmək üçün səsvermə yolu ilə bir və ya bir neçə şəxsə üstünlük vermək. Prezidium seçmək. İclasa sədr seçmək. Qurultaya nümayəndələr seçmək. – [Tələbə:] Məni ictimaiyyət dərnəyinə sədr seçdilər. Qantəmir. 5. Müəyyən bir işi yerinə yetirmək üçün gün, vaxt, saat ayırmaq, təyin etmək. Müzakirə üçün şənbə gününü seçdilər. Seminar üçün həftənin birinci gününü seçdilər. 6. Müəyyənləşdirmək, təyin etmək, ayırd etmək, bir-birindən ayırmaq. Açılan güllələrin haradan, kimə atıldığını seçmək də çətin idi. Mir Cəlal. [Vahid:] Lakin [anamın] oxuması ilə ağlamasını seçmək çətin idi. B.Bayramov. 7. məc. Görə bilmək, görüb fərqləndirmək. Uzağı seçmək. Yazını seçə bilmədim. – Diqqət ilə baxıb tələni seçdi; Yavuğa düşməyib uzaqdan keçdi. Q.Zakir. ◊ Gözü seçməmək – bax göz. [Mozalan bəy:] Ancaq “Molla Nəsrəddin” qəzetinin yazısını gözüm əməlli seçmir. Ə.Haqverdiyev. Maya kitabı aldı, lakin oturduğu yerdə işıq az olduğundan gözü hərfləri seçmədi. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / seçmək1 1. выбирать, избирать; 2. выделять, отбирать; 3. различать, распознавать;
Azərbaycanca-rusca lüğət / seçmək2 глаг. 1. выбирать, выбрать: 1) взять нужное из наличного. Alət seçmək выбрать инструмент, kitab seçmək выбрать книгу, kostyum seçmək выбрать костюм 2) отдать предпочтение кому-л., чему-л. Hədiyyə seçmək выбрать подарок, özünə dost seçmək выбрать себе друга, ixtisas seçmək выбрать профессию, həyat yolu seçmək выбрать жизненный путь 3) извлечь по какому-л. признаку. Sitat seçmək выбрать цитату, yaxşısını seçmək выбрать лучшее 4) очистить от ненужного, непригодного. Ənciri seçmək выбирать инжир, zoğalı seçmək выбирать кизил 5) избрать голосованием. Nümayəndə seçmək выбрать делегата, sədr seçmək выбрать председателя 2. избирать, избрать: 1) отдать предпочтение кому-л., чему-л. İxtisas seçmək избрать профессию, riyaziyyatı seçmək избрать математику 2) выбирать, выбрать голосованием. Prezident seçmək избрать президента, yerli komitəyə seçmək избрать в местный комитет, gizli səsvermə yolu ilə seçmək избрать путем тайного голосования 3. подбирать, подобрать (выбирая, взять, найти нужное, соответствующее чему-л.) Kostyuma qalstuk seçmək подобрать галстук к костюму, ayağına çəkmə seçmək подобрать сапожки по ноге, lazımlı adamları seçmək подобрать нужных людей 4. различать, различить 1) распознать, обнаружить зрением, слухом и т.п. Uzaqdan atlını seçmək издали различить всадника, üzünü seçə bilmədim не смог различить лицо 2) распознать какой-л. предмет, явление среди других. Atların cinsini seçmək различать породы лошадей, xəttini seçmək различать почерк чей-л., dostunu düşmənindən seçmək различать друга от недруга 5. отличать, отличить 1) распознать какой-л. предмет, явление среди других. Həqiqi hissləri saxtadan seçmək отличать истинные чувства от фальшивых, yetişmişi kaldan seçmək отличить созрелое от недозрелого 2) обычно с отрицанием: не оказывать предпочтения к ому-л. Başqalarından seçməmək не отличать от других, özününkülərdən seçməmək не отличать от своих; vaxt seçmək выбрать время для чего-л. ◊ gözü ayağının altını seçmir никого не замечает, возгордился
Azərbaycanca-rusca lüğət / seçmək1 f. 1. to choose* (d.), to select (d.), to pick out (d.); 2. (səs vermək) to elect (d.), to poll (d.); 3. to distinguish (d.); to make* out (d.)
Azərbaycanca-ingiliscə lüğət / seçmək1 f. (ayırmaq) déméler vt, discriminer vt, jeter son dévolu sur. .
Azərbaycanca-fransızca lüğət / seçmək1 гл. 1. хкягъун; qız seçmək руш хкягъун; peşə seçmək пеше хкягъун; 2. хкудун (мес. ижласдиз седр); 3. тайин авун, ччара ийиз хьун, кьатӀуз хьун; 4. пер. вилеривди кьатӀуз хьун, акваз хьун, акун; ** gözü seçməmək кил. göz.
Azərbaycanca-ləzgicə lüğəti / seçmək