səkmək sözü azərbaycan dilində

səkmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • səkmək • 88.8889%
  • Səkmək • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

səkmək sözünün leksik mənası və izahı

  • 1 f. Bir və ya hər iki ayaq üstündə sıçrayaraq yerimək, sıçramaq, hoppanmaq. Kəhər at səkərək qonşu evin həyətində göründü və bir göz qırpımında … Cəmilin qarşısında dayandı. M.Hüseyn. Çayın o tayındakı düzəngahda kəhər ürkə səkməyə başladı. Ə.Vəliyev. // Bu qaydada uçmaq, yaxud yerimək. Uçuşur durnalar, səkir teyhular; Namərd adam qalibliyin arzular. Qurbani. Qayalarda kəklik səkir; Bulud qalxır, yağış tökür. Aşıq Şəmşir. // Məc. mənada. [Püstəbanu bəyim:] Zalım oğlunun gərdəni bir qarışdır. Yerişinə bax!… Səkir… N.Vəzirov. Səkdi gəlin, süzdü gəlin, bir də məclisin ortasında duruxub, əlləri ilə üzünü qapadı, gəlin hönkürürdü. Çəmənzəminli. ◊ Quş da səkə bilməz (səkməsin) – cürət edib yanından ötə bilməz. – Bir quş da səkməsin onun yanından! – Baş üstə yatmaram gecəni bir an. S.Vurğun. [Ataş Mirzə Cəmilə:] Nə qədər ki Ataş sağdır, Qönçənin həndəvərinə quş da səkə bilməz. Ə.Vəliyev. Quş səkməz (səkməyən) yer – qorxulu, uçurum, insan ayağı dəyməyən yer haqqında. [Sübhanverdizadənin] yolu dibsiz dərələrin yaxası ilə bitişən dağların sıldırım döşü, quş səkməyən yeri ilə gedir. S.Rəhimov. [Qəhrəman:] On il bundan əvvəl quşlar belə qorxusundan səkə bilmədiyi meşələr indi necə azaddır. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / səkmək

səkmək sözünün etimologiyası

  • 1 Mənbələrdə sək (sekri) sözü var və “sıçramaq” mənasında açıqlanıb. Deməli, səkmək sözünün qədim mənası “sıçramaq” deməkdir. İndi daha çox “sındıra-sındıra oynamaq” mənasında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / səkmək

səkmək sözünün rus dilinə tərcüməsi

  • 1 семенить; ходить быстро, мелкими шагами

    Azərbaycanca-rusca lüğət / səkmək
  • 2 глаг. 1. порхать: 1) перелетать с места на место легко, не задерживаясь (о птицах, бабочках и т.п.). Quşlar budaqdan budağa səkirlər птицы порхают с ветки на ветку 2) быстро и легко двигаться, передвигаться – ходить, прыгать, танцевать и т.п. 2. качаться (совершать движение на подвесных качелях) ◊ quş da səkə bilməz никто не осмелится даже близко подойти; никто не посмеет подойти; quş səkməz (quş səkməyən) куда человеческая нога не ступала (о местности)

    Azərbaycanca-rusca lüğət / səkmək

səkmək sözünün inglis dilinə tərcüməsi

səkmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. хкадриз-хкадриз къекъуьн (фин), хкадрун; куьлуь ккамаралди фад-фад къекъуьн (фин); // гьа тегьерда лув гун (фин); ** quş da səkə bilməz (səkməsin) жуьрэт авуна патавайни алатиз (физ) жедач манада; quş səkməz (səkməyən) yer нуькӀревайни лув гуз тежер, кьакьан рагар авай, къалин ттамар авай, гзаф хаталу, инсандин кӀвачӀ такьур чкадин гьакъинда.

    Azərbaycanca-ləzgicə lüğəti / səkmək

səkmək sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#səkmək nədir? #səkmək sözünün mənası #səkmək nə deməkdir? #səkmək sözünün izahı #səkmək sözünün yazılışı #səkmək necə yazılır? #səkmək sözünün düzgün yazılışı #səkmək leksik mənası #səkmək sözünün sinonimi #səkmək sözünün yaxın mənalı sözlər #səkmək sözünün əks mənası #səkmək sözünün etimologiyası #səkmək sözünün orfoqrafiyası #səkmək rusca #səkmək inglisça #səkmək fransızca #səkmək sözünün istifadəsi #sözlük