sərmək sözü azərbaycan dilində

sərmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sərmək • 85.7143%
  • Sərmək • 8.9286%
  • SƏRMƏK • 5.3571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.16
2012 ••••••••••• 0.09

sərmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir şeyi qurumaq üçün ip və s. üzərinə salmaq. Xalçaları yuyub sərmək. – Qız anasının yuduğu paltarları sərmək üçün dam üstünə çıxmışdı. Ə.Məmmədxanlı. // Qurutmaq üçün meyvəni və s.-ni bir şeyin üzərinə nazik qat şəklində tökmək, yaymaq. Nanəni süfrə üstünə sərmək. – Qızılgülü dərəsən; Yaylıq üstə sərəsən; Yerin mənə nişan ver; At göndərim gələsən. (Bayatı). …Vəliqulu əynində cındır gödək arxalıq və başında köhnə boz papaq kürəklə peyin sərirdi. C.Məmmədquluzadə. 2. Bükülmüş, lülələnmiş, qatlanmış bir şeyi açılmış hala gətirmək. Mühəndis Haqverdizadə xəritəni götürüb bir də yerə sərdi və axtarıb burada olan Göy qayanı yoxladı. S.Rəhimov. Müdir girdələnib bükülmüş qəzeti şkafın üstündən götürüb stolun üstünə sərdi. M.İbrahimov. 3. Döşəmək, salmaq. Palazı balkona sərmək. Xalçanı evin yerinə sərmək. 4. Yerə yıxmaq, vurub salmaq. Dünyaya səs saldı öz səsilə o; O sərdi torpağa qanlı düşməni. N.Xəzri. 5. Bükmək, sarımaq. Bəyaz-bəyaz vərəqlərə sərdik səni, ağ çiçək! N.Xəzri. ◊ Yatağa (yerə) sərmək – xəstə salmaq, yatağa düşməsinə səbəb olmaq, yorğandöşəyə salmaq. Heç bir xəstəlik bu vaxta qədər [Arazı] yatağa sərməmişdi. A.Şaiq. Şirəkeşlik yazıq kişini cavan yaşında yerə sərmiş və üç balasını yetim qoymuşdu. Ə.Sadıq.

    Azərbaycan dilinin izahlı lüğəti / sərmək

sərmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

sərmək sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 SƏRMƏK – QALDIRMAQ Nişan aldı uşağı; Sərdi qara torpağa (M.Rahim); Hamını ayağa qaldırdı (S.Qədirzadə). SƏRMƏK – YIĞMAQ Məni yayda dərərlər; Kölgəsində sərərlər (M.Rahim); Paltarı yığmaq lazımdır, yağış yağacaq (A.Məmmədov).

    Azərbaycan dilinin antonimlər lüğəti / sərmək

sərmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. разостлать, расстелить; 2. развешивать;

    Azərbaycanca-rusca lüğət / sərmək
  • 2 глаг. 1. постилать, постлать (разложить по поверхности). Döşəməyə xalça sərmək постлать ковёр на пол, palazı otun üstünə sərmək постлать палас на траву 2. расстилать, разостлать: 1) развернув, постлать на какой-л. поверхности. Xəritəni stolun üstünə sərmək разостлать карту на столе, xalçanı divana sərmək разостлать ковёр на диване 2) разложить тонким слоем по какой-л. поверхности. Pambığı sərmək разостлать хлопок-сырец, yarpaqları sərmək разостлать листья 3. развешивать, развесить (повесить в разных местах для сушки). Corabları sərmək развесить носки, paltarı ipə sərmək развешивать бельё на верёвке 4. сваливать, свалить: 1) ударом, толчком заставить упасть. Bir zərbə ilə yerə sərmək свалить одним ударом 2) заставить упасть, поразив выстрелом. Bir güllə ilə düşməni yerə sərdi (он) свалил врага одним выстрелом

    Azərbaycanca-rusca lüğət / sərmək

sərmək sözünün inglis dilinə tərcüməsi

sərmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. акаюн (мес. кьурурун патал емишар, къуьл ва мс. са затӀунал); вегьин (кьурурун патал ппекер, рух ва мс. симинал, епинал, кӀарасдал); 2. кьелечӀ къат хьиз ичӀирун, гьаюн, гьарнихъ чукӀурун (мес. кьук); 3. экӀягъун, акаюн, вегьин (мес. рух, суфра ва мс.); 4. ярхарун; кӀаник кутун (мес. душман); 5. арушун, кутун (мес. ччарчик); ** yatağa (yerə) sərmək месе ттун, месиз ягъун, месе гьатуниз себеб хьун, азарлу авун.

    Azərbaycanca-ləzgicə lüğəti / sərmək

sərmək sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#sərmək nədir? #sərmək sözünün mənası #sərmək nə deməkdir? #sərmək sözünün izahı #sərmək sözünün yazılışı #sərmək necə yazılır? #sərmək sözünün düzgün yazılışı #sərmək leksik mənası #sərmək sözünün sinonimi #sərmək sözünün yaxın mənalı sözlər #sərmək sözünün əks mənası #sərmək sözünün etimologiyası #sərmək sözünün orfoqrafiyası #sərmək rusca #sərmək inglisça #sərmək fransızca #sərmək sözünün istifadəsi #sözlük