* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
2 f. 1. Qabağına qatıb irəli hərəkət etdirmək, aparmaq, istiqamətləndirmək. Qoyunları sürmək. Naxırı çölə sürmək. – Divar dibində, kölgədə xoruz, toyuqlar uyqular; Naxırçılar qaramalı sürüb sərin suya salar. A.Səhhət. // Arabaya və s.-yə qoşulmuş heyvanı yeriməyə təhrik etmək, məcbur etmək, haylamaq. Əsəd “he-he” deyə-deyə öküzləri sürməkdə idi. C.Məmmədquluzadə. Novruz istəyirdi atları sürsün. N.Nərimanov. Qatırı sürən (f.sif.) kişi dəstəni saxladı. S.Vəliyev. 2. Hərəkət edən şeyi (avtomaşını, təyyarəni, gəmini və s.-ni) idarə etmək. Kombayn sürmək. Velosiped sürmək. Tramvay sürmək. – Şofer maşını geriyə döndərdi və hamar yolla sürərək vağzala istiqamət aldı. M.Hüseyn. [Xala Yunisə:] Deyirlər, Yaqut əyriplan sürür, göydə uçur. Ə.Məmmədxanlı. 3. Qovmaq, sürgün etmək, cəza olaraq uzaqlara göndərmək. [Paşa bəy xana:] A kişi, indi danışanda bizi sürməyəcəklər ki, sözdür… Çəmənzəminli. 4. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ömür sürmək, həyat sürmək, dövran sürmək, cəfa sürmək və s.
Azərbaycan dilinin izahlı lüğəti / sürmək3 f. 1. Davam etmək, çəkmək. Külək üç gün sürdü. İclas iki saat sürdü. Xəstəliyi uzun sürdü. 2. Vaxt keçmək, zaman keçmək. Heç bir saat sürmədi ki, özü gəldi.
Azərbaycan dilinin izahlı lüğəti / sürmək1 Mənalarından biri “itələmək”, “hərəkət etdirmək” deməkdir. Buğa inəyi sürür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sürmək5 1. SÜRMƏK, İDARƏ ETMƏK (maşın və s.) 2. sürmək bax şumlamaq
Azərbaycan dilinin sinonimlər lüğəti / sürmək1 SÜRMƏK I f. Çapmaq. Nəbigil atlarını minib iki boy sürməmişdilər, Şəfi bəyi Çay Tumasda gördülər (“Qaçaq Nəbi”). SÜRMƏK II f. Maşını idarə etmək. Əgər o, maşın sürməyi bacarmasaydı, yağış buğdanı tamam isladacaqdı (Q.İlkin). SÜRMƏK III f. Gün keçirmək, yaşamaq. Bu dünyada çəkdim olmazın cəfa; Bu zalımlar qoymur sürək bir səfa (“Qaçaq Nəbi”). SÜRMƏK IV f. Şumlamaq, əkmək. Kəndlimiz yer süpürür ay işığında (S.Vurğun). SÜRMƏK V f. Çox çəkmək, davam etmək. Lakin çox sürmədi təbəssüm əfsus! Üzü ciddiləşdi bir an içində (H.Billuri). SÜRMƏK VI f. Düşmək, çıxmaq. Barmağım qapı arasında qalmışdı, indi dırnağım sürür.
Azərbaycan dilinin omonimlər lüğəti / sürmək1 1. гнать, погонять (животное); 2. направлять (лошадь и пр.), водить, править, управлять (извозчику, шоферу, машинисту); 3. пахать; 4. изгнать, сослать, выслать, выселять; 5. продолжаться, длиться, тянуться, проводить, провести;
Azərbaycanca-rusca lüğət / sürmək2 1 глаг. 1. гнать, гонять, погнать, погонять (понукая или стегая, заставлять ускорить бег, ход, движение). Mal-qaranı çaya tərəf sürmək гнать скот к реке, sürünü örüşə tərəf sürmək гнать стадо к пастбищу, atları sürmək погонять лошадей, öküzləri sürmək погонять быков 2. водить, вести: 1) управлять автомашиной, судном, самолётом и т.п. Maşını sürmək вести машину, qatar sürmək водить поезд, gəmi sürmək водить корабли, sürməyi bacarmaq уметь водить 2) устар. идти во главе, предводительствуя, направляя движение. Karvan sürmək вести караван, qoşun sürmək вести войска 3. ссылать, сослать, высылать, выслать. Sibirə sürmək сослать в Сибирь 4. длиться, продлиться, продолжаться, тянуться (в сочет. со словами со значением времени). Müharibə beş il sürdü война длилась пять лет, xəstəlik bir ay sürdü болезнь длилась месяц, uzun sürmək длиться долго; irəli sürmək выдвигать, выдвинуть. Tələb irəli sürmək выдвигать, выдвинуть требование; fikir irəli sürmək выдвинуть идею; kef sürmək кутить; dövran sürmək властвовать; ömür sürmək жить, прожить, проводить, провести жизнь; hökm sürmək господствовать; sürüb getmək kimin üstünə пойти к кому-л. с претензией, со скандалом 2 глаг. разг. пахать, вспахать. Yer sürmək пахать землю 3 глаг. разг. крыть, покрывать, покрыть (оплодотворить пришедшую в охоту самку: корову, буйволицу, овцу, козу или свинью). Buğa inəyi sürdü бык покрыл корову
Azərbaycanca-rusca lüğət / sürmək1 f. 1. to steer (d.), to drive* (d.); maşın ~ to drive* / to steer a car; gəmi ~ to navigate / to steer a ship; qatar ~ to drive* a train; təyyarə ~ to pilot a plane; at ~ to ride*; to go* on horseback; velosiped ~ to cycle; 2. (sürgün etmək) to exile (d.), to deport (d.), to banish (d.), to expatriate (d.); 3. to last, to continue; ömür ~ to live, to lead* a life ◊ sürüb üstünə gəlmək / getmək to come* / to go* to smb. with claim / pretension; 4. k.t. to plough (d.), to till (d.)
Azərbaycanca-ingiliscə lüğət / sürmək1 гл. 1. давам хьун (авун); чӀугун; хьун; амукьун; фин; söhbətimiz uzun sürdü чи ихтилат яргъалди фена (давам хьана); 2. вахт фин, вахт алатун; фин, хьун, алатун (вахт).
Azərbaycanca-ləzgicə lüğəti / sürmək3 гл. 1. гьалун, вилик кутуна тухун, гьална тухун (мес. хпер чуьлдиз); // финиз мажбур авун (мес. яцар); 2. идара авун, гьалун (мес. машин, гими, самолёт ва мс.); traktor sürmək трактор гьалун; velosiped sürmək велосипед гьалун; 3. суьргуьн авун, чукурун, жаза яз яргъариз акъудун; ** dövran sürmək кил. dövran; ömür sürmək кил. ömür.
Azərbaycanca-ləzgicə lüğəti / sürmək