dürmək sözü azərbaycan dilində

dürmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dürmək • 75.0000%
  • Dürmək • 15.0000%
  • DÜRMƏK • 10.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2010 ••••••••••••• 0.09
2013 •••••••••••••••••••• 0.15

dürmək sözünün leksik mənası və izahı

  • 1 is. 1. Bükülmüş, dürmələnmiş şey; bağlama. 2. İçinə yağ, pendir və s. qoyulub (və ya bunlarsız) lülə şəklində bükülmüş lavaş, yuxa. Yuxanın arasına pendir qoyub dürmək düzəltmək. Yağ dürməyi. Pendir dürməyi. – İt yuxa yemək bilər, dürmək tutmaq bilməz. (Ata. sözü). Bir neçəsi kənarda oturub çörək dürməyi yeyir. C.Məmmədquluzadə. Səkinə həyətin ortasında [Mayanı] saxladı, arasına yumurta və yağ bükdüyü dürməyi meşin heybənin küncünə qoydu. M.İbrahimov. Kimisi yaxmac qayırır, … kimisi yağla şorun qatışığından dürmək eləyib Qəmərin stəkanının yanına qoyurdu. Ə.Vəliyev. 3. Əllə xörək yeyəndə birdəfədə ağıza qoyulan xörək. Bir-iki dürmək yedi, dayandı. □ Dürmək vurmaq – əllə xörəyi dürməkləyib yemək. Xörəyə dürmək vurmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / dürmək

dürmək sözünün etimologiyası

  • 1 Burmaq sözünün təhrifi ilə bağlıdır. İçinə pendir qoyub burulmuş (bü­kül­müş) lavaşa deyirlər. “Buterbrod” mənasına yaxın anlamda işlədilən bu söz qabaq­lar torqek kimi yazılıb və loğalaqlama şəklində açıqlanıb. Sözün əsli ya burmaq (bürümək) feili, ya da “dəyirmi” mənasını verən tövərək sözü ilə bağlıdır, birinci yozum daha etibarlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dürmək

dürmək sözünün rus dilinə tərcüməsi

dürmək sözünün inglis dilinə tərcüməsi

dürmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. турмачӀ, туьрмецӀ (1. луьле (суьрне) хьиз алчуднавай (кутӀуннавай) затӀ; 2. луьле хьиз элкъуьрна (арушна) кӀватӀнавай лаваш ва я кьелечӀ фу (къене гъери, ниси, картуф ва мс. кутуна ва я абур галачиз); pendir dürməyi нисидин турмачӀ; 3. гъиливди хуьрек (мес. аш) недамаз садра сиве твадай кьван хуьрек; dürmək vurmaq гъиливди турмачӀ авуна тӀуьн).

    Azərbaycanca-ləzgicə lüğəti / dürmək

dürmək sözünün türk dilinə tərcüməsi

dürmək sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(İmişli) bağlamaq, düyünləmək. – Mı:y bırdan dür, açılmasun

Azərbaycan dilinin dialektoloji lüğəti.

"dürmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dürmək nədir? #dürmək sözünün mənası #dürmək nə deməkdir? #dürmək sözünün izahı #dürmək sözünün yazılışı #dürmək necə yazılır? #dürmək sözünün düzgün yazılışı #dürmək leksik mənası #dürmək sözünün sinonimi #dürmək sözünün yaxın mənalı sözlər #dürmək sözünün əks mənası #dürmək sözünün etimologiyası #dürmək sözünün orfoqrafiyası #dürmək rusca #dürmək inglisça #dürmək fransızca #dürmək sözünün istifadəsi #sözlük