dirsək sözü azərbaycan dilində

dirsək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dirsək • 96.0591%
  • Dirsək • 3.9409%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dirsək
Dirsək — uzunluq ölçü vahidi. == Ümumi məlumat == Azərbaycan xalqının məişətində əski çağlarda işlənmiş, lakin müasir dövrdə öz əhəmiyyətini itirmiş uzunluq ölçüsü vahidləri də vardır. İnsanın bədən üzvləri ilə ifadə olunan ayaq və barmaq kimi qədim ölçüləri bunlara aiddir. Qulacdan bir az kiçik, qarışdan böyük uzunluqları ölçmək üçün azərbaycanlılar arasında dirsəkdən istifadə olunmuşdur. Başqa xalqlarda da (məs.: farslar, ruslar, ərəblər və b.) işlədilən dirsək əli yumduqda barmağın qatlanan yerindən dirsəyin bükülən yerinə qədər olan məsafəyə bərabər ölçü vahididir. 1 dirsək 0,5 m-ə, yəni 50 sm-ə bərabər götürülür. Türkiyədə isə 1 dirsək uzunluq ölçüsü vahidi kimi 68,5 sm-ə bərabərdir. Kişilər şalvarın belini çox vaxt dirsəkləri ilə ölçürlər. Hər bir kişinin şalvarının beli iki qatlandıqda onun dirsəyinin ölçüsünə bərabər olur. Addım, qulac, qarış və dirsək türk sözləri olub, bir çox xalqların, xüsusilə türk xalqlarının, eləcə də azərbaycanlıların həyat və məişətində uzunluq ölçmək üçün geniş şəkildə işlənməkdədir.
Dirsək (memarlıq)
Mötərizə və ya dirsək bir memarlıq elementidir: struktur və ya dekorativ bir ünsür sayılır. Taxta, daş, gips, metal və ya digər materiallardan hazırlana bilər. Ümumiyyətlə ağırlıq daşımaq üçün və bəzən "… bir bucağı gücləndirmək" üçün divardan proyeksiya edilir. Bir corbel və ya konsol dirsək növləridir. Mexanika mühəndisliyində bir dirsək bir hissəni digərinə, əsasən daha böyük hissəyə bərkidmək üçün hər hansı bir ara komponentdir. Dirsəyi dirsək edən şey, ikisi arasında ara olması və birini digərinə bərkidməsidir. Dirsəklər forma baxımından çox fərqlidir, lakin prototipik bir dirsək bir rəfi (daha kiçik komponent) bir divara (daha böyük komponentə) bağlayan L şəkilli metal parçadır: şaquli qolu bir elementə (ümumiyyətlə böyük) sabitlənir və üfüqi qol kənara doğru uzanır və başqa bir elementi (ümumiyyətlə kiçik) saxlayır. Bu rəf dirsəyi, memarlıq dirsəyi ilə effektiv şəkildə eynidir: divara quraşdırılmış şaquli bir qol və üstünə və ya altına başqa bir elementin bağlanması üçün kənara doğru uzanan üfüqi bir qol. Uzanmış qolun daha böyük bir ağırlığı dəstəkləməsini təmin etmək üçün, bir dirsəkdə ümumiyyətlə üfüqi və şaquli qollar arasında çarpaz bir üçüncü qol olmalı və ya dirsək möhkəm bir üçbucaq formasında olmalıdır. Genişləndirmə yolu ilə bir hissəni digərinə (ümumiyyətlə daha böyük) birləşdirmə funksiyasını yerinə yetirən demək olar ki, hər hansı bir obyekt, açıq şəkildə L şəklində olmasa da, dirsək adlandırılır.
Dirsək arteriyası
== İstinadlar ==
Dirsək siniri
== İstinadlar ==
Biləyi açan dirsək əzələsi
Biləyi açan dirsək əzələsi — Yuxarı ətraf əzələsi.
Biləyi bükən dirsək əzələsi
== Həmçinin bax ==
Dirsək və Diz qoruyucuları
Dirsəkli val
Dirsəkli val bir və ya bir neçə dirsəkdən və yastıq oturdulması üçün eynioxlu boğazlardan ibarət valdır. O, çarxqollu-sürüngəc mexanziminin tərkib hissəsi kimi tətbiq olunaraq sürgü qolundan verilən itələmə hərəkətini fırlanma momentinə çevirir. Dirsəkli valların ilk tətbiqinə qədim Romadakı Hierapolis mişar dəyirmanında rast gəlinir (III əsr). Bu maşın fırlanma hərəkətini sürgü qolu və disrəkli valın köməyi ilə düzxətli hərəkətə çevirirdi. == Quruluşu == Dirsəkli valın dirsəyindəki boğazda sürüngəc oturdulur. Sürüngəcin oxu valın oxuna nisbətən sürüşdürülmüş hazırlanır. Valı gövdədə oturtmaq üçün onun uc hissələrində yastıqaltı səthlərdən ibarət boğazlar nəzərdə tutulur. Sürüngəc və valın birləşdiyi yerlərdə tətbiq olunan sürtünmə yastıqlarında yağlamanın təsirini gücləndirmək üçün dirsəkli valların xarici səthləri ilə təmas səthləri arasında deşiklər açılır. Bəzi hallarda sürüngəc valla diyirlənmə yastığı ilə birləşdirilir. Burada yastıqların təzyiq altında yağlanması məcburi deyil.
Dirsəkli (Cizrə)
Dirsəkli — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1946-cı il qeydlərində kürdmənşəli Baska və ya Baskiyan kimi istinad edilir. Əvvəllər Mardin vilayətinin Cizrə rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Cizrə rayonuna birləşdirilmişdir.

dirsək sözünün leksik mənası və izahı

  • 1 is. 1. Qol ilə bilək arasında olan büküyün bayır hissəsi. Bəzən Dilşad xanım üzüqoylu uzanıb, dirsəklərini yerə qoyaraq çayı nəlbəki ilə içər və ayaqlarını part-part yerə döyərdi. T.Ş.Simurq. Diyar kişi dirsəyi ilə arvadına toxunub pıçıldadı… Ə.Məmmədxanlı. 2. İki və daha çox hissədən ibarət olan bir şeyin bucaq şəklində birləşən çıxıntısı, uzun bir şeyin əyilərək təşkil etdiyi bucaqşəkilli bükük, bucaq guşə. 3. Aşağı əyilən, yıxılan bir şeyin altına vurulan paya, dəstək, ağac və s.; dayaq. ◊ Dirsək göstərmək – üz döndərmək, dal çevirmək. [Eşikağası:] Ömər xan kimi bir dilavər [Fətəli xana] qılıq eləyir, amma axmaq Məmmədhəsən dirsək göstərirdi. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / dirsək

dirsək sözünün etimologiyası

  • 1 Əvvəllər dir müstəqil kök olub, ondan dir-ə-mək və dir-sə-mək feilləri ya­ranıb (indi sonuncu müstəqil işlədilmir). Deməli, sözün etimonu “dir”dir, “balka” (tir) mənasında işlədilir, -sə isə meyil bildirir, adlardan feil əmələ gətirir (məsələn, su-sa-maq). Dirə feilindən dirə-n-mək, dir-ə-k kimi yeni sözlər əmələ gəlib. Dir­sə­mək feili əsasında isə dir-sə-k ismi yaranıb. Quba rayonunda dəvənin hür­gü­cü­n­ə də dirsək deyirlər. Bu bir daha sübut edir ki, dirsək kəlməsi həm də çıxıntı mənası ilə bağlıdır. Başqa türk dillərində dirsək sözünün bir mənası rus dilinə “изгиб” kimi tərcümə olunub (əyri deməkdir), çay dirsəyi birləşməsini yada salın. Deməli, dir kökündən, həm dirsək, həm də dirək əmələ gəlib. Dirsəklən sözü “dirsək vasitəsilə dirənmək” deməkdir. Dir sözündən r-z əvəzlənməsi nəticəsində diz kəlməsi yaranıb. Diz sözü də dir şəklində olub, sonra gör və göz qəlibi üzrə dəyişmələrə məruz qalıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Həm də 0,65 metrlik uzunluq ölçü vahidi olub. Sinonimi yığınaq kəlməsi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dirsək

dirsək sözünün rus dilinə tərcüməsi

  • 1 1. локоть; 2. сгиб, изгиб (реки); 3. тех. колено, кронштейн;

    Azərbaycanca-rusca lüğət / dirsək
  • 2 сущ. 1. локоть: 1) место сгиба руки, где соединяется плечевая кость с костями предплечья. Dirsəklərini stolun üstünə qoymaq класть локти на стол, qolunu dirsəkdən bükmək сгибать руку в локте, dirsəkdən yuxarı выше локтя 2) разг. часть рукава одежды, облегающая место сгиба руки. Pencəyin dirsəkləri локти пиджака 2. колено (отдельная часть чего-л., идущего ломаной линией от одного сгиба или поворота до другого, а также самый угол сгиба). Tüstü borusunun dirsəyi колено дымовой трубы II прил. локтевой. мед. Dirsək arteriyası локтевая артерия, dirsək oynağı локтевой сустав, dirsək sümüyü локтевая кость, dirsək siniri локтевой нерв ◊ dirsəyini görəndə когда рак на горе свистнет; dirsəiyni göstərmək kimə показать кукиш, фигу кому; dirsək yaxındır, amma ağız çatmaz близок локоть, да не укусишь; dirsək-dirsəyə локоть к локтю

    Azərbaycanca-rusca lüğət / dirsək

dirsək sözünün inglis dilinə tərcüməsi

dirsək sözünün fransız dilinə tərcüməsi

dirsək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. кьуьнт (гъилин юкьвалай кьвечӀил жедай чкадин къеце пад); 2. кьуьнт, къекъуьн (мес. турбадин ва мс.); 3. даях; куьрс хьайи ва я акьалдзавай затӀунин кӀаникай кутадай дестек, пая, гьаче, кӀарас ва мс.; ** dirsək göstərmək кьуьнт къалурун, ччин элкъуьрун, далу элкъуьрун.

    Azərbaycanca-ləzgicə lüğəti / dirsək

dirsək sözünün türk dilinə tərcüməsi

"dirsək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dirsək nədir? #dirsək sözünün mənası #dirsək nə deməkdir? #dirsək sözünün izahı #dirsək sözünün yazılışı #dirsək necə yazılır? #dirsək sözünün düzgün yazılışı #dirsək leksik mənası #dirsək sözünün sinonimi #dirsək sözünün yaxın mənalı sözlər #dirsək sözünün əks mənası #dirsək sözünün etimologiyası #dirsək sözünün orfoqrafiyası #dirsək rusca #dirsək inglisça #dirsək fransızca #dirsək sözünün istifadəsi #sözlük