dirhəm sözü azərbaycan dilində

dirhəm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dirhəm • 98.1651%
  • Dirhəm • 1.8349%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dirhəm
Dirhəm — çəki ölçü vahidi. == Ümumi məlumat == Dirhəmin müxtəlif ədəbiyyatlarda 2,9645 q-a, ( 3,12 q-a, 3 q-a) bərabər olduğu göstərilir. IX-XII əsrlərdə dirhəm 2,975 q olmuşdur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 463.
Cəəd İbn Dirhəm
Cəəd İbn Dirhəm, Əl Cəəd İbn Dirhəm (الجعد بن درهم) (666, Xorasan[d] – 14 oktyabr 742, Kufə) — VIII əsr mütəkəllimi. İslamda Cəbriti cərayanının ilk nümayəndəsi. Cəhm ibn Səfvanın müəllimi. Məhs Cəhm ibn Səfvan sonradan Cehmiliyin əsasənı qoymuş. Doğulduğu yer (Hərran, yaxud Xorasan). Uzun müddət Dəməşqdə yaşamışdır. == Bioqrafiyası == Xorasanda anadan olan Cəəd İbn Dirhəm Banu Mərvan nəslindən idi. Sonradan Dəməşqə köçmüş. İbn Asakir və başqa tarixçilərin fikirlərinə görə Cəəd İbn Dirhəmin dünya görşünün formalaşmasında Bayan İbn Samaanın rolu böyük olmuş. İbn Samaan isə Talutun tələbəsi olmuş.
BƏƏ dirhəmi
BƏƏ dirhəmi (Ərəbcə: درهم; ISO 4217: AED) - Birləşmiş Ərəb Əmirliklərində istifadə edilən rəsmi pul vahididir. 1 BƏƏ dirhəmi təqribən 100 filsə bərabərdir. BƏƏ dirhəmi Birləşmiş Ərəb Əmirlikləri Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır. 4 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 BƏƏ dirhəmi = 0.272246 ABŞ dolları.
Elxanilərin Qarabağ dirhəmi
Elxanilərin Qarabağ dirhəmi — Elxanilər dövlətində Qarabağda zərb edilən gümüş dirhəm. == Ümumi məlumat == AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda Elxanilər (1256–1358) dövrünə aid materiallar sırasında hicri 750 = 1349-cu ilin Qarabağ gümüş dirhəmi qorunur. == Səciyyəvi xüsusiyyətləri == 1,18 q çəkili gümüş dirhəmin üst tərəfindəki ellipsvari kartuşda, birinci sətirdə ərəbcə: "sultan", ikinci sətirdə uyğurca: "Ənuşirvan", 3-cü sətirdə: "hakimiyyəti davamlı olsun"; kartuşun kənarı üzrə, yuxarıda ərəbcə: "Qarabağda zərb edilib, yeddi yüz əllinci ildə"; arxasında mərkəzdə dördbucaqlı kartuşda, 3 sətirdə: "Allahdan başqa ilah yoxdur, Muhəmməd Allahın rəsuludur", ətrafında 4 xəlifə adları: "Əbubəkr / Ömər / Osman / Əli" sözləri zərb edilmişdir. == İstehsal yerləri və dövriyyəsi == Ənuşirvanın (745–756 = 1344–1356) hakimiyyəti dövründə zərb edilmiş bu gümüş dirhəmdə şəhər adı deyil, inzibati ərazi adı həkk edilmişdir. Qarabağ inzibati ərazi adı ilə fəaliyyət göstərən bu zərbxananın uyğun dövrdə strateji və hərbi əhəmiyyətli Bərdə, Gəncə, Beyləqan şəhərlərində olduğu söylənə bilər. Ənuşirvan dövründə gümüş dirhəmlərin ilkin çəkisi 1,43 q olsa da, hakimiyyətinin sonunda 0,87 qrama enmişdir ki, bu da Elxanilərin qonşu dövlətlərlə olan uzunmüddətli döyüşləri, həmçinin dövlət idarəçilində olan daxili çaxnaşmalar, təsərrüfat həyatının və istehsal qüvvələrinin zəifləməsi ilə izah edilə bilər. Numizmatik faktlara əsasən, hicri 757 = 1356-cı ildən Azərbaycan da daxil olmaqla digər ərazilərdə Ənuşirvanın adından gümüş dirhəmlərin zərbi dayandırılmışdır. Növbəti ildən etibarən Qızıl Orda xanı Cani bəy (1341–1357) Elxanilər dövlətindəki gərgin siyasi vəziyyətdən istifadə edərək Azərbaycana hücum etmiş, elxani xanı Məlik Əşrəf (1344–1357) Xoy şəhərində qətlə yetirilmiş, bir müddət sonra isə Ənuşirvan dünyasını dəyişmişdir. Elxanilər dövründə Qarabağ dirhəmlərindən əlavə həm də tarixi Azərbaycanın digər şəhərlərində (Təbriz, Qəzvin, Ərdəbil, Şirvan, Marağa, Naxçıvan, Şərur, Tovuz, Şabran, İrəvan, Ani, Həmədan, Bərdə, Gəncə, Beyləqan, Biləsuvar, Gəştaspi, Tiflis və b.) gümüş dirhəmlər zərb edilmişdir. Numizmatik faktlara əsasən, uyğun dövrdə anonim dirhəmlər, qızıl dinarlar və mis felslər istehsal də edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2006 ••••••••• 0.45
2007 •••••••••••••••••••• 1.06
2008 •••••••••••••• 0.73
2009 •••••••••• 0.48
2010 •• 0.09
2011 •••• 0.17
2013 ••• 0.15
2014 •••••••••• 0.51
2016 ••••••• 0.35
2017 •••••••••• 0.49
2018 ••• 0.15
2019 •••••••••••••• 0.70

dirhəm sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. 3,12 qrama bərabər çəki ölçüsü. 2. Bəzi ərəb ölkələrində gümüş pul vahidi. Hər nə versən, ver, məbadə vermə bir dirhəm zəkat. M.Ə.Sabir. Üç min dirhəm o qədər də böyük bir pul deyil… M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / dirhəm

dirhəm sözünün etimologiyası

dirhəm sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. дирхем: 1. старинная арабская серебряная монета 2. разменная монета Ирака 3. денежная единица в Марокко

    Azərbaycanca-rusca lüğət / dirhəm

dirhəm sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] суш. диргьем (1. заланвилин алцумаг (3,12 гр.); 2. бязи араб уьлквейра; гимиш пулунин тек).

    Azərbaycanca-ləzgicə lüğəti / dirhəm

dirhəm sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. əsli y. 1) 3,12 qrama bərabər ağırlıq ölçüsü; 2) ərəblərdə: köhnə gümüş pul.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"dirhəm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dirhəm nədir? #dirhəm sözünün mənası #dirhəm nə deməkdir? #dirhəm sözünün izahı #dirhəm sözünün yazılışı #dirhəm necə yazılır? #dirhəm sözünün düzgün yazılışı #dirhəm leksik mənası #dirhəm sözünün sinonimi #dirhəm sözünün yaxın mənalı sözlər #dirhəm sözünün əks mənası #dirhəm sözünün etimologiyası #dirhəm sözünün orfoqrafiyası #dirhəm rusca #dirhəm inglisça #dirhəm fransızca #dirhəm sözünün istifadəsi #sözlük