döymək sözü azərbaycan dilində

döymək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • döymək • 91.1184%
  • Döymək • 7.5658%
  • DÖYMƏK • 1.3158%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.50 dəfə / 1 mln.
2003 •••••• 0.39
2004 •••••• 0.34
2005 ••••••••••• 0.67
2006 ••••••• 0.45
2007 ••••••• 0.42
2008 •••• 0.24
2009 •••••••••••••••••••• 1.28
2010 ••••••• 0.45
2011 ••••••• 0.43
2012 •••••••••• 0.60
2013 •••••••••••••••••••• 1.31
2014 •••••••••••••• 0.86
2015 •••••••• 0.51
2017 •••••••• 0.49
2018 ••• 0.15
2019 ••••• 0.28

döymək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Əziyyət vermək, yaxud cəzalandırmaq üçün birini əl, yaxud başqa bir şeylə vurmaq; kötəkləmək, əzişdirmək. Xanım haqsız yerə [Sarıköynəyi] söyübdanlamağa, döyməyə, incitməyə başlayır. S.Hüseyn. [Qədir:] Öküzü döyməyə ürəyim gəlmir, bu vay-haray insanların qəlbini parçalamırdı? Mir Cəlal. Bəyin Camalı döydüyünü görən kəndlilər tökülüb gəldilər… Ə.Abasov. 2. Çəkicin zərbi ilə müəyyən şəklə salmaq. Dəmiri döymək. – Dəmirçixanada dəmiri zindan üstə qoyub, ağır çəkic ilə döyəndə dəmir başlayır qızmağa. C.Məmmədquluzadə. // Döyüb yayma üsulu ilə misdən, dəmirdən və s.-dən bir şey hazırlamaq, qayırmaq. Qazan döymək. Tava döymək. Nal döymək. 3. Bir şeyi bir şeylə vuraraq səs çıxarmaq, taqqıldatmaq. Darvazanı döymək. – Mirbağır ağa qulaq asmayıb qapını dəxi də bərk döyür. C.Məmmədquluzadə. [Şərifzadə:] …Qapını döyən Zeynaldan başqası olmayacaqdır. S.Hüseyn. Xıdırlı kəndində bir qayda var, gecə əvvəlcə kimin qapısını döysən, gərək orada gecələyəsən. S.Rəhman. 4. məh. Vurmaq, döyəcləmək, çarpmaq. Dalğalar sahil qayalarını döyür. – Küləklər döydükcə al yanağını; Nədir gözlədiyin? – soruşuram mən. S.Vurğun. Ocaq sönür, yel əsir, yağış döyür səngəri; Yenə düşür yadıma ömrün ötən günləri. Ə.Cəmil. // Bir müddət bir şeyi başqa bir şeyə üsulluca vurmaq, toxundurmaq. Həsən kişi çubuğu külqabına döyməyə başladı. M.İbrahimov. Sədr yenə də göy qələmlə masanı döyüb dedi: – Ay Səlim! Bir macal ver, xalq da danışsın. Ə.Vəliyev. 5. Müxtəlif alətlərlə biçilmiş taxılı, dəni sünbüldən ayırmaq. Qocaqurd mahalında buğdanı biçən kimi döyməzlər. Ə.Haqverdiyev. [Rəşid:] Qurbanqulu da quyunun yaxınlığında taxıl döyürdü. T.Ş.Simurq. Biçin vaxtı yetişdi. [Nadir] taxılını hamıdan qabaq biçdi, döydü, təmizlədi. B.Talıblı. 6. Üyütmək, narın hala salmaq. Badam, qoz ləpəsini həvəngdə döymək. İstiot döymək. 7. Qiymə etmək, qiymə halına salmaq (qiyməkeş və s. ilə). Ət döymək. 8. məc. Məğlub etmək, əzişdirmək, əzmək. Düşməni yaxşıca döydük. 9. Müəyyən üsulla bədənə bir maddə yeritmək. □ Çiçək döymək – orqanizmə çiçək xəstəliyinə qarşı maddə daxil etmək. …Əgər uşağa vaxt ikən çiçək mayasını döysən, dəxi bu uşağı çiçək naxoşluğu tutmaz… C.Məmmədquluzadə. 10. məh. dan. Etmək. Mərdan qiymət davası döymürdü. Ancaq pulu bərk yerdə idi. Mir Cəlal. 11. Arası kəsilmədən vurmaq, bombalamaq; topa tutmaq, gülləyə basmaq. Toplarımız düşmən səngərlərini döyürdü. – Eynüddövlənin topları xiyabanın hər tərəfini döyməyə başlamışdı. M.S.Ordubadi. Düşmən təyyarələri körpünü döyməsə də, tez-tez arxaya ötürdü. Mir Cəlal. 12. Bir sıra isimlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: ayaq döymək, döşünə döymək, gözlərini döymək, mürgü döymək.

    Azərbaycan dilinin izahlı lüğəti / döymək

döymək sözünün etimologiyası

  • 1 Xırmanda taxıl döyürlər. Taxıl əvvəlcə əl vasitəsilə (zərbə endirməklə) sün­­büldən ayrılırmış. Sonra at, eşşək və s.ə vəl qoşub dəni sünbüldən bu yolla ayı­rıb­lar... İlk dəfə dəni sünbüldən zərbə ilə ayırdıqları üçün taxıl döymək ifadəsi meydana çıxıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / döymək

döymək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 taqqıldatmaq — vurmaq — çarpmaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / döymək
  • 3 vurmaq — kötəkləmək — əzişdirmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / döymək
  • 4 1. DÖYMƏK ..Havaxt deyindi, ərim ilə basıb döydük (Çəmənzəminli); BUDAMAQ (məc.) [Vidadi Vaqifə:] Əgər səni bu məzhəbdə görərlər; Yerbəyer budayıb əzər, ağlarsan (M.P.Vaqif); ƏZİŞDİRMƏK (dan., məc.) ..birdən oğlanlar geri dönüb Davudu əzişdirərlər, ləngidi... (H.Abbaszadə); GOPAMAQ Məmmədli: Bacıoğlu! ..O qədər goparam cəmdəyinə, şişib dama dönərsən (N.Vəzirov); İSLATMAQ (məc., dan.) Şair şeyxlər duyuq düşüb haman maralı lazımınca islatdılar (Ə.Haqverdiyev); KÖTƏKLƏMƏK Ərlə arvad arasında olan belə söhbətin nəticəsi o olardı ki, Yusif Qaraca qızı daha da artıq kötəklərdi (S.S.Axundov); ŞAPPARLAMAQ Bir də görürəm bir ağsaqqal cavan arvadının saçından yapışıb, çomaq ilə şapparlayır (Çəmənzəminli). 2. DÖYMƏK (qapını və s.) Fikrət divanda uzanmışdı ki, qapını döydülər (H.Abbaszadə); DƏQQÜLBAB ETMƏK Bir az vaxtdan sonra eşitdi ki, qapını dəqqülbab edirlər... (Ə.Haqverdiyev); TAQQILDATMAQ Molla Qafar.. qapıya yaxınlaşıb taqqıldatdı (S.Rəhimov); VURMAQ Hələ şam yeməyi hazır olmadan, iki qız bir də anası qapını vurub içəri girdilər (M.S.Ordubadi).

    Azərbaycan dilinin sinonimlər lüğəti / döymək

döymək sözünün antonimləri (əks mənalı sözlər)

döymək sözünün rus dilinə tərcüməsi

  • 1 1. избивать, пороть, колотить; 2. стучать, постучаться; 3. ковать; 4. толочь, молотить;

    Azərbaycanca-rusca lüğət / döymək
  • 2 глаг. 1. kimi, nəyi бить, побить, колотить, поколотить кого 2. nəyi, nə толочь, растолочь что. İstiot döymək толочь перец, qənd döymək толочь сахар, sarımsaq döymək толочь чеснок 3. nəyi, nə молоть, смолоть что. Ət döymək молоть мясо 4. nəyi, nə чеканить, ковать. Dəmir döymək ковать железо 5. nəyi стучать, постучать во что. Qapını döymək стучать в дверь 6. nəyi молотить, смолотить, обмолотить что; намолотить (с указанием количества) чего. Taxılı döymək молотить зерно 7. бить (с силой ударять, ударяться во время движения – о ветре, лучах, волнах и т.п.); Yağış pəncərələri döyür дождь бьёт в окна 8. прививать, привить (вводить в организм вакцину). Çiçək döymək прививать оспу ◊ ayaq döymək: 1. маршировать; 2. весь день быть на ногах; 3. haraya обивать пороги; döşünə döymək хвалиться, бить себя в грудь; qış qapını döyür зима стучится в дверь; gözlərini döymək хлопать глазами; mürgü döymək клевать носом; davasını döymək nəyin скандалить, спорить из-за чего-л., dəmiri isti-isti döyərlər куй железо, пока (оно) горячо; döymədiyi qapı qalmadı (qoymadı) стучался во все двери, обил все пороги

    Azərbaycanca-rusca lüğət / döymək

döymək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to beat* (d.); (qamçı ilə) to whip (d.), to lash (d.), to thrash (d.); 2. (qayışla) to strap (d.); to give* a logging / thrashing / whipping; 3. (qapını) to knock (at); qapını ~ to knock at the door; 4. (dəmiri) to forge (d.); 5. (taxılı və s.) to thresh (d.); Yağış pəncərəni döyür The rain is beating against the window; çiçək ~ tib. to vaccinate (d.); ◊ ayaq ~ 1) to march; 2) to camp on the doorstep; ◊ döşünə ~ to boast (of), to swagger (about); ◊ gözünü ~ to have a blank look, to look blank; ◊ mürgü ~ to nod, to be* drowsy; Dəmiri isti-isti döyərlər at. söz. Strike the iron while it is hot

    Azərbaycanca-ingiliscə lüğət / döymək

döymək sözünün fransız dilinə tərcüməsi

  • 1 f. battre vt ; bâtonner vt, cravacher vt, fouetter vt, flageller vt ; qapını ~ frapper à la porte ; dəmiri ~ forger le fer ; taxılı ~ battre vt, dépiquer vt ; çiçək ~ vacciner vt

    Azərbaycanca-fransızca lüğət / döymək

döymək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. гатун, ягъун (тӀвалуналди, гъиливди ва мс.); qapını döymək рак гатун; 2. гатун, расун, авун; nal döymək лиэнар гатун; 3. нугъ. акьун, эля хьун, гатун (мес. лепейри къванер); 4. гатун; куьлуь авун, регъуьн (мес. истивут); ət döymək як гатун; 5. пер. кӀаник кутун, магълуб авун, кукӀварун, кӀудун (мес. душман); 6. ягъун; çiçək döymək цӀегьер ягъун; 7. нугъ. рах. авун (мес. къиметдин дяве); 8. ара датӀана ягъун, гуьлле гун, гуьллейрин, тупарин, бомбайрин хура ттун; ** ayaq döymək кил. ayaq; boğaz(a) döymək кил. boğaz; daban döymək кил. daban; xırman döymək кил. xırman; yol döymək кил. yol.

    Azərbaycanca-ləzgicə lüğəti / döymək

döymək sözünün türk dilinə tərcüməsi

"döymək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#döymək nədir? #döymək sözünün mənası #döymək nə deməkdir? #döymək sözünün izahı #döymək sözünün yazılışı #döymək necə yazılır? #döymək sözünün düzgün yazılışı #döymək leksik mənası #döymək sözünün sinonimi #döymək sözünün yaxın mənalı sözlər #döymək sözünün əks mənası #döymək sözünün etimologiyası #döymək sözünün orfoqrafiyası #döymək rusca #döymək inglisça #döymək fransızca #döymək sözünün istifadəsi #sözlük