döyməc sözü azərbaycan dilində

döyməc

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • döyməc • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Döyməc
Döyməc və ya Döymac (az-əbcəd. دؤیماج،دؤیمَج‎) Qəzvin və Təbriz şəhərlərinə aid olan qəlyanaltıdır. == Lazım olan ərzaqlar == 1 stəkan su 200 q pendir (küp pendiri daha yaxşıdır) 4 ədəd quru lavaş çörəyi 100 q kərə yağı Lazım olan miqdarda doğranılmış göyərtilər 100 q qızardılmış soğan Lazım olan miqdarda qoz içi İstəyə görə qaymaqlı qatıq == Hazırlanma qaydası == İlk olaraq quru çörəkləri geniş bir qabda yaxşıca doğrayıb sonra bir stəkan suyu az-az üstünə töküb qarışdırın. Pendiri doğrayıb və əlavə edin. Kərə yağını əridib doğranmış qoz,doğranmış göyərti və öncədən qızardılmış soğan ilə üzərinə töküb əllə yaxşıca qarışdırın.Bu mərhələdə döyməc otaq mühitində (nə ocaq üstündə) dincəlməlidir. Dincəlməkdən sonra döyməci əl və ya incə belli stəkan ilə (Qəzvinə aid incə belli stəkan ki Armudu stəkanı kimindir) dürməkləyib, şəkil verməliyik.Qəyd edək ki hazırlandıqdan dərhal sonra dürməkləsək, əmələ gəlməz yoxsa bir az əmələ gəlməkdən sonra parçalanar. Bir azdan sonra, döyməci yuvarlaq yaxud oval formada əllərinizdə sıxın ki, tamamilə yapışsın və dağılmasın. Açılırsa bir az su və ərinmiş yağ əlavə edin. Hazırlandıqdan sonra, istənirsə, bir az bərk qaymaqlı qatıq ya süzmə və nanə üstünə töküb süfrəyə verin.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.09

döyməc sözünün leksik mənası və izahı

  • 1 is. məh. Yaş meyvənin döyülməsi ilə hazırlanan yemək. Gün uzun, külfət oruc, döyməc ilə keçmir əməl. M.Möcüz. // Doğranmış çörək və pendiri qarışdırıb yağda qovurmaqla hazırlanan yemək. // Ovulmuş çörəklə döyülmüş qoz ləpəsindən hazırlanan yemək.

    Azərbaycan dilinin izahlı lüğəti / döyməc

döyməc sözünün etimologiyası

  • 1 İsti çörəyi yağla qatıb ovurlar (əzirlər). Dialektlərdə buna döyməc deyilir. Sözün əsli oymac kimi qeydə alınıb, ovmaq feili ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / döyməc

döyməc sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. этногр. диал. 1. кушанье, приготовленное из мелко накрошенного хлеба и сыра, жаренных на масле 2. кушанье, приготовленное из толченых свежих фруктов 3. кушанье, приготовленное из накрошенного хлеба и толченых орехов

    Azərbaycanca-rusca lüğət / döyməc

döyməc sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. нугъ. ицӀи емишар гатана ийидай тӀуьн; куьткуьннавай фуни ниси акадарна гъеридал чрай тӀуьн; кап гайи фуни, гатай кӀеребичрин хвехвер акадарна ийидай тӀуьн.

    Azərbaycanca-ləzgicə lüğəti / döyməc

döyməc sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Ağdam, Qarakilsə, Qubadlı, İrəvan) bax döğmənc II (Oğuz, Şəki) meyvəni (alça, zoğal, alma, gavalı və s.) döyüb əzərək hazırlanmış yemək. – Döyməc yay vaxdı adamı sərinnədir (Şəki); – Zoğal döyməcinə pörtkən <böyürtkən> qatıllar, alçadan olana da ireyhan qatıllar (Oğuz)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"döyməc" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#döyməc nədir? #döyməc sözünün mənası #döyməc nə deməkdir? #döyməc sözünün izahı #döyməc sözünün yazılışı #döyməc necə yazılır? #döyməc sözünün düzgün yazılışı #döyməc leksik mənası #döyməc sözünün sinonimi #döyməc sözünün yaxın mənalı sözlər #döyməc sözünün əks mənası #döyməc sözünün etimologiyası #döyməc sözünün orfoqrafiyası #döyməc rusca #döyməc inglisça #döyməc fransızca #döyməc sözünün istifadəsi #sözlük