doymuş sözü azərbaycan dilində

doymuş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • doymuş • 71.1712%
  • Doymuş • 28.8288%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Doymuş karbohidrogenlər
Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4 Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve 'R' ilə göstərilir. Məsələn metandan bir hidrogen çıxarılırsa metil (CH3), etandan bir hidrogen çıxarılırsa etil (C2H5) əldə edilir. Bu molekullar daha bir rabitə yaradaraq karbohidrogen zəncirinə bağlanır. CnH2n+2 kimi yazılır. Alkanların şaxələnməsi üçün, formuldakı n ədədi 3-dən böyük (n>3), halqalı (tsiklo) halında ola bilməsi üçünsə 2-dən böyük olmalıdır (n>2). == Alkanlarda izomerlik == Üç karbondan artıq karbonu olan alkanlarda izomerilik xüsusiyyəti vardır. Ən sadə izomer, şaxələnməmiş olan normal (n-) izomerdir. Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar.
Doymuş məhlul
Doymuş məhlul — mövcud şəraitdə (temperatur və təzyiqdə) həll olmuş maddə ilə sabit kimyəvi tarazlıqda olan məhlul. Belə məhlulda şərait dəyişmədikcə həmin maddənin bir hissəsi həll olmamış halda, yəni ilk götürüldüyü kristal halında qalır. Doymuş məhlulun qatılığına, yəni onda həll olmuş maddənin miqdarına həmin maddənin həllolma əmsalı deyilir. Məlum həlledicidə yaxşı həll olan maddənin həllolma əmsalı xeyli böyük, pis həll olanınkı isə çox kiçik ola bilər. Həll olmuş maddənin miqdarı eyni şəraitdə götürülən doymuş məhluldakından az olan məhlullar doymamış məhlul adlanır. Doymuş məhlulda maddənin kristalları qalmamışsa, soyuduqda kristallaşma getməyə bilər və belə məhlula ifrat doymuş məhlul deyilir. Onda doymuş məhluldakından bir qədər artıq həll olmuş maddə olur. Belə məhlula həll olmuş maddənin kiçik bir kristalı salındıqda məhluldan kristallar ayrılır.
Doymuş yağlar
Doymuş yağlar — yalnız doymuş yağ turşularını ehtiva edən triqliseridlər (yağlar) qrupu. Belə turşuların (bəzən alkan turşuları da adlanır) ikiqat və ya üçqat rabitələri yoxdur; onların tərkibindəki karbon atomları yalnız tək rabitəyə malikdir, beləliklə, karbon zənciri hidrogen atomları ilə tamamilə "doymuşdur". Təbiətdə 3 (propion turşusu) ilə 36 karbon atomu olan çoxlu doymuş yağ turşuları var.

doymuş sözünün leksik mənası və izahı

  • 1 f.sif. 1. Yeməyə olan ehtiyacı rəf olmuş, yeyib tox hala gəlmiş. 2. kim. Öz içərisində çoxlu miqdarda maddələr əritmiş, həll etmiş, canına çəkmiş. Doymuş məhlul.

    Azərbaycan dilinin izahlı lüğəti / doymuş

doymuş sözünün sinonimləri (yaxın mənalı sözlər)

doymuş sözünün rus dilinə tərcüməsi

  • 1 прил. 1. сытый (наевшийся, вполне утоливший свой голод) 2. насыщенный. хим. Doymuş birləşmələr насыщенные соединения, doymuş sıra насыщенный ряд, doymuş məhlul насыщенный раствор, физ. doymuş buxar насыщенный пар, doymuş hal насыщенное состояние, doymuş rəng насыщенный цвет (насыщенная окраска), doymuş torpaq почв. насыщенная почва 3. хим. предельный. Doymuş karbohidrogenlər предельные углеводороды 4. хим. жирный. Doymuş karbohidrogenlər sırası жирный ряд углеводородов, doymuş sıra aminləri амины жирного ряда

    Azərbaycanca-rusca lüğət / doymuş

doymuş sözünün inglis dilinə tərcüməsi

doymuş sözünün fransız dilinə tərcüməsi

doymuş sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прич. 1. тух хьанвай, тӀуьна тух тир гьалда авай; 2. хим. вичин къене гзаф (бес кьадар) затӀар цӀурурнавай, гьял авунвай (мес. легье).

    Azərbaycanca-ləzgicə lüğəti / doymuş

"doymuş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#doymuş nədir? #doymuş sözünün mənası #doymuş nə deməkdir? #doymuş sözünün izahı #doymuş sözünün yazılışı #doymuş necə yazılır? #doymuş sözünün düzgün yazılışı #doymuş leksik mənası #doymuş sözünün sinonimi #doymuş sözünün yaxın mənalı sözlər #doymuş sözünün əks mənası #doymuş sözünün etimologiyası #doymuş sözünün orfoqrafiyası #doymuş rusca #doymuş inglisça #doymuş fransızca #doymuş sözünün istifadəsi #sözlük