Durmuş Yılmaz
Durmuş Yılmaz (1947, Uşak) – türkiyəli iqtisadçı, bürökrat və siyasətçi.
== Həyatı ==
Uşakın Eşme ilçəsinin Qaracağmərli kəndində anadan olmuşdur. İlk və orta məktəbini Uşakda tamamlamışdır. Lisey təhsilini Ankara Kupça və Kadastr Peşə iseyində tamamlamışdır. Muğlada Xəritə və Katastr texniki işçisi olaraq çalışarkən Muğla Turqutrəis liseyindən normal lisey diplomu almışdır. Ankara Universiteti Hüquq fakültəsində 3 il hüquq təhsili almışdır. 1970-ci ildə Milli Təhsil Nazirliyinin açmış olduğu dövlət təqaüdü imtahanından keçərək, İngiltərəyə Ticarət nazirliyi adından iqtisadiyyat təhsili almağa göndərilmişdir.
London Şəhər Universitetində bakalavr, London Universitetində magistr təhsili almışdır.
== Fəaliyyəti ==
1980-ci ildə Türkiyə Respublika Mərkəzi Bankası kambiyo şöbəsinin müdirliyinə təyin edilmişdir. Xarici Borc Ertələmə, Valyuta Mübadiləsi və Valyuta Rezerv İdarəçiliyi sahələrində çalışmışdır.