dözmək sözü azərbaycan dilində

dözmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dözmək • 92.7500%
  • Dözmək • 7.0000%
  • DÖZMƏK • 0.2500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M. P. Vaqif. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M. Rahim.

dözmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. – Soyuq dəmir çəkicə dözər. (Ata. sözü). // Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M.P.Vaqif. Dözə bilməm tənhalığın qəhrinə. Q.Zakir. Hər möhnətə dözərəm; Sına məni, sına, yar! Əhdimizə inan, yar! R.Rza. 2. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M.Rahim.

    Azərbaycan dilinin izahlı lüğəti / dözmək

dözmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 razılaşmaq — barışmaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / dözmək
  • 3 DÖZMƏK [Azər baba:] Artıq dözməyirəm, evimizə gəl; övlad həsrətinə tablamaz ürək (S.Vurğun); DAVAM GƏTİRMƏK İstiyə-soyuğa gətirib davam; O köhlən atlan çapdınız müdam (S.Rüstəm); DAYANMAQ Hacı: Nə gunə, əziyyətə dayandıq (C.Cabbarlı); QATLAŞMAQ Qatlaşıb dünyanın hər möhnətinə; Yeddi lay divarlı oğul böyütdü (B.Vahabzadə); SƏBR ETMƏK (ELƏMƏK) Get yuxuya, durma, a qardaş, hələ! Qovzama başın, çocuğum, səbr elə! (M.Ə.Sabir); TAB GƏTİRMƏK Əzizinəm din barı; Danış barı, din barı; İgidə tab gətirməzi Yağı tikən min barı (Bayatı); TABLAMAQ Övlad həsrətinə tablamaz ürək (S.Vurğun); TABLAŞMAQ Bayram: ..bu dərdə necə tablaşım (M.F.Axundzadə); TOXTAMAQ Ağlayan şəlaləyə ağlama dedim; Toxta, dayan bir an (H.Billuri); ZƏHMƏTƏ (ƏZABA) QATLAŞMAQ Vallah, belə bilsəydim ki, axırı belə olacaq, heç vaxt bu zəhmətə qatlaşmazdım (C.Məmmədquluzadə).

    Azərbaycan dilinin sinonimlər lüğəti / dözmək

dözmək sözünün rus dilinə tərcüməsi

  • 1 терпеть, стерпеть, переносить, перенести, устоять, выдерживать, выдержать, вынести

    Azərbaycanca-rusca lüğət / dözmək
  • 2 глаг. 1. терпеть 1) стойко и безропотно переносить, сносить что-л. (боль, страдания, лишения, неприятности и т.п.), стерпеть, вытерпеть. Dözmək olmur невозможно терпеть, ağrıya dözmək терпеть боль, aclığa dözmək терпеть голод, məhrumiyyətlərə dözmək терпеть лишения, haqsızlığa dözmək терпеть несправедливость, təhqirlərə dözmək терпеть оскорбления (обиды), soyuğa dözmək терпеть холод, ömrü boyu dözmək терпеть всю жизнь, uzun müddət dözmək долго терпеть 2) мириться с существованием, наличием кого-л., чего-л. неприятного, раздражающего и т.п.; переносить. Çatışmazlıqlara dözmək терпеть недостатки, şıltaqlıqlarına dözmək kimin терпеть капризы чьи, belə vəziyyətə dözmək olmaz нельзя терпеть такое положение 2. выдерживать, выдержать, выносить, вынести (стойко перенести что-л. до конца). Hər şeyə dözərəm все могу выдержать, вынести, belə təhqirə dözmədi (он) не выдержал такого оскорбления, bir gün belə dözməmək не выдержать ни одного дня; ağır dəqiqələrə dözmək вынести трудные минуты, ayrılığa dözmək вынести разлуку, ağır imtahanlara (sınaqlara) dözmək вынести тяжелые испытания, çətinliyə dözmək вынести трудности

    Azərbaycanca-rusca lüğət / dözmək

dözmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to suffer (d.), to endure (d.), to undergo* (d.), to stand* (d.), to bear* (d.); (tamamlıqsız) to bear* it, to put* up with it; ağrıya ~ to suffer / to bear* pain; soyuğa ~to endure / to stand cold; ehtiyaca ~ to suffer privations, to undergo* hardships; Mən artıq belə ağrıya dözə bilmirəm I cannot bear / stand such a pain any longer; Buz sizin ağırlığınıza dözərmi? Will the ice bear your weight? Çox soyuq idi, lakin biz dözməli olduq It was very cold, but we had to put up with it; 2. (hövsələli olmaq) to have* patience; Mən sizin davranışınıza dözə bilmirəm I have no patience with your behaviour; 3. (razılaşmaq) to tolerate (d.), to support (d.); Belə həyasızlığa necə dözmək olar?! How can such insolence be tolerated?! O, zarafata dözmür He / She cannot take a joke

    Azərbaycanca-ingiliscə lüğət / dözmək

dözmək sözünün fransız dilinə tərcüməsi

dözmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. эхун, эхи авун, дурум гун, таб гъун; сабур авун, сабурун; ağrıya dözmək тӀалдиз эхун; 2. рази хьун, кьабулна акъвазун, рехъ гун, эхун.

    Azərbaycanca-ləzgicə lüğəti / dözmək

dözmək sözünün türk dilinə tərcüməsi

"dözmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dözmək nədir? #dözmək sözünün mənası #dözmək nə deməkdir? #dözmək sözünün izahı #dözmək sözünün yazılışı #dözmək necə yazılır? #dözmək sözünün düzgün yazılışı #dözmək leksik mənası #dözmək sözünün sinonimi #dözmək sözünün yaxın mənalı sözlər #dözmək sözünün əks mənası #dözmək sözünün etimologiyası #dözmək sözünün orfoqrafiyası #dözmək rusca #dözmək inglisça #dözmək fransızca #dözmək sözünün istifadəsi #sözlük