* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Dənə halında olan şeyləri sıra ilə ipə və s.-yə keçirmək. Muncuğu sapa düzmək. 2. Müəyyən tərtib və qayda üzrə şeyləri bir yerə qoymaq, yerləşdirmək, sıralamaq. Sıraya düzmək. Şahmat daşlarını düzmək. Kitabları şkafa düzmək. – [Pərşan] həsir şlyapasının da qıraqlarına lalə düzmüşdü. M.İbrahimov. // Hərəni bir yerə qoymaq. Səliqəli maldarlar … çöldən naxır qayıdan zaman oğul-uşağı düzərlər qapılara ki, camışlar, öküzlər, inək və danalar düz girsinlər tövlə həyətinə. C.Məmmədquluzadə. □ Düzüb-qoşmaq – tərtib etmək, səliqəyə salmaq, qaydaya salmaq, sahmana salmaq, yerbəyer etmək. Qız köçəndə gətirdiyi cehizi ilə bir göz otağı hər bir cəhətdən düzübqoşmaq və mətbəxin hacətlərini təmin etmək hər gəlin üçün adət edilmişdir. R.Əfəndiyev. Xəstəxananın hər bir işini düzüb-qoşduqdan sonra Rəşid ata və anasına dedi… İ.Musabəyov. // məc. Sıralamaq, bir-birinin ardına qoşmaq. Budur, bax, az qalmış yenə səhərə; Düzürəm sözləri mən sətirlərə. S.Vurğun. [Halay:] …Heyf ki, iki misranı qurub bir-birinin yanına düzə bilmirəm. S.Rəhimov. 3. klas. Qurmaq, düzəltmək. Daneyi-xalın cəhanı tutdu çün; Türrədən neyçün düzərsən bunca dam? Nəsimi. Dözmək üçün hicrinə düzdün dəmirdən bir könül. Füzuli. …Həmişə çox gəzib yorulanda burada dincimi alırdım. Böyük daşlardan düzüb özümə bir meysərə, səndələ oxşar bir yer qayırmışdım. A.Divanbəyoğlu.
Azərbaycan dilinin izahlı lüğəti / düzmək1 DÜZMƏK – DAĞITMAQ Böyük daşlardan düzüb özümə bir meysərə, səndələ oxşar bir yer qayırmışdım (A.Divanbəyoğlu); Uşaqlar daşları dağıtmağa başladılar (“Azərbaycan”).
Azərbaycan dilinin antonimlər lüğəti / düzmək1 1. низать, нанизывать; 2. расставлять, раскладывать, разложить, выстраивать, ставить в ряд; 3. полигр. набирать;
Azərbaycanca-rusca lüğət / düzmək2 глаг. 1. nəyi, nə нанизывать, нанизать что: 1) прокладывая, надевать, насаживать что-л. на нить, спицу, стержень и т.п. Mirvari düzmək нанизывать жемчуг 2) легко и свободно подбирать, просоединять друг к другу слова, фразы, мысли и т.п. 2. строить, построить, выстраивать, выстроить (поставить в строй). Rotanı düzmək строить роту, dəstəni düzmək строить отряд 3. расставлять, расставить (расположить в каком-л. порядке). Fiqurları düzmək расставить фигуры (шахматные)
Azərbaycanca-rusca lüğət / düzmək1 f. 1. (sapa) to thread (d.), to string* (d.); 2. (sıraya) to form up (d.), to draw* up (d.); cərgəyə ~ to form in column (d.); 3. (yerləşdirmək) to place (d.), to arrange (d.); kitabları rəfə ~ to place / to arrange books in a book-case
Azərbaycanca-ingiliscə lüğət / düzmək1 f. enfiler ; hərb. ranger vt, former vt, aligner vt ; placer vt, poser vt
Azərbaycanca-fransızca lüğət / düzmək1 гл. 1. акалун; muncuğu sapa düzmək гъалуник хтар акалун; // пер. цӀиргъина ттун, акална туькӀуьрун, акалун (мес. гафар сад-садахъ); 2. жергеда ттун, эцигун (мес. улубар шкафда); // ттун, акъвазарун (мес. жергеда); 3. клас. туькӀуьрун, авун, расун.
Azərbaycanca-ləzgicə lüğəti / düzmək