* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Düz, düzəngah, düzənlik, düzən; quru çöl. Dərə-təpədən düzlüyə çıxdıq. – [Araz Şeydaya:] Sən məni hara çəkirsən? Sizin bu mədənlərdə düzlükdən başqa bir şey var? A.Şaiq. 2. Doğruluq, vicdanlılıq, sədaqət, namusluluq, təmizlik, namuskarlıq. Bərəkət ondur, onu da düzlük. (Ata. sözü). Gənclik həmişə yüksək və təmiz xəyalların, düzlük və sədaqətin mücəssəməsidir. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / düzlük1 doğruluq — vicdanlılıq — sədaqət — namusluluq — təmizlik — namuskarlıq
Azərbaycan dilinin sinonimlər lüğəti / düzlük2 1. DÜZLÜK Düzlük xoşbəxtliyin açarıdır (Ata. sözü); DOĞRULUQ Doğruluqla dost qapısın dolan, gəl öz evindir (Ata. sözü); DÜZGÜNLÜK, HƏQİQƏT Belə çıxır ki, həqiqət, ədalət, düzgünlük – hamısı bir qoz.. (Anar). 2. düzlük bax düzəngah
Azərbaycan dilinin sinonimlər lüğəti / düzlük1 DÜZLÜK – ƏLİƏYRİLİK Gənclik həmişə yüksək və təmiz xəyalların, düzlük və sədaqətin mücəssəməsidir (M.İbrahimov); Qarətin, əliəyriliyin kökünü kəsmək (F.Kərimzadə). DÜZLÜK – RİYAKARLIQ Coşur, əzildikcə daha da ilham; Həqiqət naminə, düzlük naminə (B.Vahabzadə); Bu riyakarlıq, bu yalançı hörmət Rüstəm kişinin qəzəbini coşdurur (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / düzlük2 сущ. 1. ровность: 1) гладкость, плоскость (о поверхности) 2) отсутствие изгибов. Xətlərin düzlüyü ровность линий 2. равнинная местность 3. перен. честность, правдивость
Azərbaycanca-rusca lüğət / düzlük1 i. 1. flat place; flatness; 2. honesty, uprightness, truthfulness; Düzlük ən yaxşı siyasətdir at. söz. Honesty is the best policy
Azərbaycanca-ingiliscə lüğət / düzlük1 is. égalité f ; uni m ; xətlərin ~yü égalité des lignes ; məc. sincérité f, véracité f, droiture f, honnêteté f, probité f, intégrité f
Azərbaycanca-fransızca lüğət / düzlük1 сущ. 1. дуьз чка, дуьзен, дуьзенлух; кьуру чуьл; 2. дуьзвал, дугъривал, намуслувал, михьивал.
Azərbaycanca-ləzgicə lüğəti / düzlük