duzlar sözü azərbaycan dilində

duzlar

Yazılış

  • duzlar • 97.8102%
  • Duzlar • 2.1898%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Duzlar
Duzlar — metal atomlarından və turşu qalıqlarından ibarət olan mürəkkəb maddələrə duzlar deyilir. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən su məhlullarda dissosiasiya edərkən metal kationları və turşu qalığı anionları əmələ gətirən elektrolitlərə duzlar deyilir: KCl → K+ + Cl¯; Na3PO4 → 3 Na+ + PO4¯ Tərkibindən asılı olaraq duzlar aşağıdakı növlərə bölünür: normal, turş, əsasi, ikiqat, qarışıq, kompleks duzlar. Turşu molekulunda hidrogen atomlarının hamısının metal atomları ilə əvəz olunmasından alınan duzlara orta və ya normal duzlar deyilir: Na3PO4, Al(NO3)3 və s. Turşu molekulunda hidrogen atomlarının bir qisminin metal atomları ilə əvəz olunmasından alınan duzlar turş duzlar (hidroduzlar) adlanır. Na2HPO4, Ca(HS)2 və s. Tərkibində metal ionları və turşu qalığından başqa hidroksid qrupu olan duzlar əsasi duzlar (hidroksoduzlar) adlanır: Mg(OH)Cl, Fe(OH)2Cl və s. Turşu molekulunda hidrogen atomlarının iki müxtəlif metal atomları (həmçinin NH4+ ionu ilə) ilə əvəz olunmasından alınan duzlara ikiqat duzlar deyilir: NaKCO3, KAl(SO4)2 və s. Metal atomunun eyni vaxtda iki müxtəlif turşunun hidrogen atomlarını əvəz etməsi nəticəsində əmələ gələn duzlara qarışıq duzlar deyilir: CaCl(OCl), BaCl(NO3) və s. Kristal qəfəsinin düyün nöqtələrində kompleks ionlar saxlayan duzlara kompleks duzlar deyilir: K3[Fe(Cn)6], Fe3[Fe(Cn)6]2 və s. Duzları aşağıdakı üsullarla almaq olar: 1.
Ammonium duzları
Ammonium duzları - bərk, əsasən ağ rəngli, suda yaxşı həll olan kristal maddələrdir. Ammonium duzları ammonyakın və ya ammonium hidroksidin turşularla qarşılıqlı təsirindən alınır: NH3 + HCl → NH4Cl H2SO4 + 2(NH3*H2O) → (NH4)2SO4 + 2H2O 2. Ammonyakın xlorla qarşılıqlı təsirindən alınır: 8NH3 + 3Cl2 → N2↑ + 6NH4Cl Tərkibində -NH4+ olan ammonium duzları rənginə və bəzi digər xassələrinə gorə natrium duzlarına oxşayır. Ammonium duzları suda yaxşı həll olur . Su məhlulunda tamamilə dissosiasiya edir. İylidir. NH3 +H2O ↔ NH3H2O ↔ NH4+ OH- Bu reaksiya dönəndir, ona görə də sulu məhlulda ammonium hidroksid ammonyakla eyni tarazlıqdadır. Ammonium duzları duzlara məxsus xassələri özündə əks etdirir. Qələvi ilə təsir etdikdə qaz şəklində ammonyak ayrılır. Qızdırıldıqda bütün ammonium duzları parçalanır.
Diazonium duzları
Diazonium duzları - ümumi formulu - Ar-N2Hal (Hal adətən Cl olur). Diazonium duzları (dördlü ammonium duzları kimi) aşağıdakı kimi yazılır: C6H5N+≡N Cl- Diazonium duzlarının alınmasının bir neçə üsulu vardır. Ancaq praktiki əhəmiyyəti kəsb edən bir üsul-aromatik aminlərin diazolaşdırılması reaksiyasıdır. R - N H 2 + 2 H C l + N a N O 2 → R - N ≡ N + C l − + N a C l + 2 H 2 O {\displaystyle {\mathsf {R{\text{-}}NH_{2}+2HCl+NaNO_{2}\rightarrow R{\text{-}}N\equiv N^{+}Cl^{-}+NaCl+2H_{2}O}}} Diazonium duzları olduqca davamsız birləşmələrdir. Buna görə onlarla aparılan reaksiyalar olduqca aşağı temperaturlarda (0...25oC) aparırlar. Diazonium duzları suda yaxşı həll olur, ancaq quru halda partlayış təhlükəsi vardır. Diazonium duzları çox maraqlı maddə olub, aminlərdən ən müxtəlif maddələrin alınması üçün geniş imkanlar verir. Reaksiyaları iki müxtəlif qrupa bölmək olar: azotun ayrılması və azotun ayrılmaması ilə gedən reaksiyalar. Alkoksilləşmə: A r N ≡ N + X − + H 2 O → A r O H + N 2 + H X {\displaystyle {\mathsf {ArN\equiv N^{+}X^{-}+H_{2}O\rightarrow ArOH+N_{2}+HX}}} Şiman reaksiyası: A r N ≡ N + B F 4 − → A r F + N 2 + B F 3 {\displaystyle {\mathsf {ArN\equiv N^{+}BF_{4}^{-}\rightarrow ArF+N_{2}+BF_{3}}}} Zandmeyer reaksiyası: A r N ≡ N + X − + C u C l → A r C l + N 2 + C u X {\displaystyle {\mathsf {ArN\equiv N^{+}X^{-}+CuCl\rightarrow ArCl+N_{2}+CuX}}} A r N ≡ N + X − + C u C N → A r C N + N 2 + C u X {\displaystyle {\mathsf {ArN\equiv N^{+}X^{-}+CuCN\rightarrow ArCN+N_{2}+CuX}}} A r N ≡ N + X − + I − → A r I + N 2 + X − {\displaystyle {\mathsf {ArN\equiv N^{+}X^{-}+I^{-}\rightarrow ArI+N_{2}+X^{-}}}} A r N ≡ N + X − + S C N − → A r S C N + N 2 + X − {\displaystyle {\mathsf {ArN\equiv N^{+}X^{-}+SCN^{-}\rightarrow ArSCN+N_{2}+X^{-}}}} S.F.Qarayev, U.B.İmaşev, G.M.Talıbov, "Üzvi kimya", Bakı-2003. Химическая энциклопедия.
Duzların hidrolizi
Duzların hidrolizi — zəif elektrolit əmələ gəlməsi ilə duz ionlarının su ilə qarşılıqlı təsirinə deyilir. Duz ionlarının su ilə qarşılıqlı təsiri suyun hidrogen və hidroksil ionları qatılığının dəyişməsinə səbəb olur. duzların hidrolizi zamanı məhlulun reaksiyası turş, qələvi və ya neytral olur. Duzların əmələ gəlməsinə görə 4 qrupa bölünür: Qüvvətli turşu və qüvvətli əsasdan əmələ gələn duz. Qüvvətli turşu və zəif əsasdan əmələ gələn duz. Zəif turşu və qüvvətli əsasdan əmələ gələn duz. Zəif turşu və zəif əsasdan əmələ gələn duz. Qüvvətli turşu və qüvvətli əsasdan əmələ gələn duzlar hidrolizə uğramır. Çünki onların su ilə qarşılıqlı təsiri nəticəsində zəif elektrolitlər alınmır. Qüvvətli turşu və qüvvətli əsasdan əmələ gələn duzların suda məhlulu neytral reaksiyaya (pH=7) malik olur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.38 dəfə / 1 mln.
2007 ••• 0.21
2009 ••• 0.16
2010 ••••••••••••• 0.91
2011 •••••••••••••••••••• 1.46
2012 •••• 0.26
2013 ••• 0.15
2014 ••••• 0.34
2015 ••••••• 0.51
2016 •••••••• 0.52
2019 •• 0.14
2020 •• 0.13

"duzlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#duzlar nədir? #duzlar sözünün mənası #duzlar nə deməkdir? #duzlar sözünün izahı #duzlar sözünün yazılışı #duzlar necə yazılır? #duzlar sözünün düzgün yazılışı #duzlar leksik mənası #duzlar sözünün sinonimi #duzlar sözünün yaxın mənalı sözlər #duzlar sözünün əks mənası #duzlar sözünün etimologiyası #duzlar sözünün orfoqrafiyası #duzlar rusca #duzlar inglisça #duzlar fransızca #duzlar sözünün istifadəsi #sözlük