süzmək sözü azərbaycan dilində

süzmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • süzmək • 91.1765%
  • SÜZMƏK • 5.8824%
  • Süzmək • 2.9412%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 0.67
2008 •••••••• 0.24
2009 ••••• 0.16
2010 ••• 0.09
2019 ••••• 0.14

süzmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Mayeni qatışıqdan, xıltdan və s.-dən təmizləmək, saflaşdırmaq üçün süzgəcdən keçirmək. Məhlulu süzmək. Nefti süzmək. // Suyunu çıxarmaq, sudan ayırmaq. Düyünü süzmək. Qatığı süzmək. – [Göyçək] şoru torbaya töküb süzdü. Ə.Vəliyev. 2. Tökmək (ancaq içməli şeylər, xüsusən çay haqqında). Miss Hanna… ikinci çayı süzməyə başladı. M.S.Ordubadi. Nahardan sonra çayı Səkinə özü süzüb verdi. Ə.Abasquliyev. 3. məc. Oynamaq, rəqs etmək. Nərgizi üzüm, lay-lay; Yaxana düzüm, lay-lay; Sən böyü, mən qocalım; Toyunda süzüm, laylay. (Bayatı). [Cahan:] Toyunda da sənin, bala; Bax beləcə süzərəm. Ü.Hacıbəyov. “Nazbarı” deyil ki, yeniyetmələr süzsün, Pərizad xala bacarmasın. Mir Cəlal. 4. Yarıqapalı gözlərlə baxıb nəzərdən keçirmək. Başdan-ayağa süzmək. – Xəlil yuxusuzluqdan tutqunlaşmış qonur gözlərini qaldırıb, sərt və ağır baxışı ilə Şahmarı süzdü. M.Hüseyn. Kərim Hüseynağanı başdanayağa süzdü. M.İbrahimov. Nərgiz …acizanə bir baxışla oğlanı süzdü. B.Bayramov. 5. Qanad çalmadan sakit-sakit, səssiz uçmaq. Təsbeh kimi qatarınız düzərsiz; Havalanıb ərş üzündə süzərsiz. M.V.Vidadi. Bu yerlərə gəlmiş quşlar … çay üzərilə süzürdülər. S.Rəhimov. ◊ Gözlərini süzmək – bax göz.

    Azərbaycan dilinin izahlı lüğəti / süzmək

süzmək sözünün etimologiyası

  • 1 Rus dilindəki течь feilinin mənasına uyğun anlamı əks etdirən öz feilimiz olub. Ondan özən (çay, arx) ismi də yaranıb, amma indi bizdə işlədilmir. Sızmaq, süzmək kimi sözlər isə həmin öz kəlməsi ilə qohumdur. Öz və su mənaca qohum sözlər olduğundan süz və sız sözlərinin su ilə bağlı olması haqqında fikir söy­lə­mək mümkündür. Mədəaltı vəziyə özdən demişik. Ehtimal ki, bu da öz feili ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / süzmək

süzmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

süzmək sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 SÜZMƏK I f. Oynamaq. Al fişənglər göy üzündə çal-çarpaz süzür (O.Sarıvəlli). SÜZMƏK II f. Baxmaq, tamaşa etmək. Süzürəm qıy vuran məğrur qartalı; Ömür vəfasızdır, insan qocalır (Ə.Kürçaylı). SÜZMƏK III f. Süzgəcdən keçirmək. Qəribə duyğular hey axın-axın; Süzülür qəlbimə bayaqdan bəri (B.Vahabzadə).

    Azərbaycan dilinin omonimlər lüğəti / süzmək

süzmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. цедить, процедить, пропускать через дуршлаг, цедилку, сито, фильтровать; 2. танцевать плавно; 3. парить, реять, плыть по воздуху; летать плавно;

    Azərbaycanca-rusca lüğət / süzmək
  • 2 1 глаг. 1. цедить, процеживать, процедить (пропустить жидкость через дуршлаг, марлю и т.п. для очистки). Südü süzmək цедить молоко, bişmiş düyünü aşsüzənlə süzmək процедить варёный рис через дуршлаг 2. цедить, выцеживать, выцедить (цедя, выпустить, вылить жидкость). Boçkadan çaxır süzmək выцедить вино из бочки, qrafindən şərbət süzmək выцедить шербет из графина 3. сцеживать, сцедить: 1) слить жидкость с осевшей гущи или слить часть жидкости острожно, не взбалтывая. Qatığı süzmək сцедить кислое молоко, kəsmiyin suyunu süzmək сцедить сыворотку с творога: 2) слить, вылить (жидкость), процеживая через что-л. Sərnicdəki (badyadakı) südü bardaqlara süzmək молоко в дойнике сцедить в кувшины 4. фильтровать, профильтровать 5. наливать, налить (наполнить что-л., вливая какую-л. жидкость). Çay süzmək наливать чай, şərab süzmək наливать вино ◊ başdan-ayağadək süzmək смерять, смерить глазами, взглядом кого-л. с ног до головы; təpədən dırnağadək süzmək см. başdan ayağadək süzmək; gözlərini süzmək томным взглядом посмотреть 2 глаг. 1. парить, реять: 1) лететь, держась в воздухе на неподвижно распростертых крыльях. Qartal başımın üstündə süzürdü над моей головой парил орёл 2) лететь, держась восходящим потоком воздуха (о планере, самолёте с выключенным мотором) 2. танцевать плавно с распростёртыми руками

    Azərbaycanca-rusca lüğət / süzmək

süzmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to filter (d.), to strain (d.); to let* pass (d.); içməli suyu ~ to filter the drinking water; 2. to dance tenderly / smoothly / gracefully; 3. to soar, to sail in the air; göydə süzən quşlar birds soaring in the sky; başdan ayağa ~ to examine from head to food; gözləri ilə ~ to gaze (d.), to stare (d.)

    Azərbaycanca-ingiliscə lüğət / süzmək

süzmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. куьзун; südü süzmək нек куьзун; düyünü süzmək дуьгуь куьзун; 2. цун (хъвадай затӀар, гзафни-гзаф чай); 3. пер. кьуьлун (кьезил, целай фидай хьиз); 4. килигун (зур ахъа, зур мичӀнавай вилералди, вилер агажна); başdan-ayağa süzmək кьилелай-кӀвачелди килигун; 5. лув гун (лувар гатад тийиз, лувар ахъаз, секиндиз); ** gözlərini süzmək кил. göz.

    Azərbaycanca-ləzgicə lüğəti / süzmək

süzmək sözünün türk dilinə tərcüməsi

"süzmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#süzmək nədir? #süzmək sözünün mənası #süzmək nə deməkdir? #süzmək sözünün izahı #süzmək sözünün yazılışı #süzmək necə yazılır? #süzmək sözünün düzgün yazılışı #süzmək leksik mənası #süzmək sözünün sinonimi #süzmək sözünün yaxın mənalı sözlər #süzmək sözünün əks mənası #süzmək sözünün etimologiyası #süzmək sözünün orfoqrafiyası #süzmək rusca #süzmək inglisça #süzmək fransızca #süzmək sözünün istifadəsi #sözlük