səpmək sözü azərbaycan dilində

səpmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • səpmək • 95.7447%
  • Səpmək • 2.9787%
  • SƏPMƏK • 1.2766%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

səpmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Toxumu səpin üçün hazırlanmış torpağa səpələmək; toxum atmaq, əkmək. Çiyid səpmək. – …Vəliqulu çöldə idi. Zəmiyə toxum səpirdi. C.Məmmədquluzadə. [Tarverdi:] …İkicə pud bu il yerə [buğda] səpdim. C.Cabbarlı. 2. Tökmək (toz halında olan şeylər haqqında). Tarlaya dərman səpmək. Qapının qabağına qum səpmək. – Firəngiz göbələklərin çökəyinə duz səpib, bir-bir közün üstünə düzürdü. B.Bayramov. // Dən atmaq, yem tökmək. [Novruzəli xana:] Xan, qadanı alım, bu xoruzlar qaldılar burada, heyvandılar, qoyaydın qıçlarını açıb bir az burada dən səpəydim. C.Məmmədquluzadə. Sənəm qarı balağından çəngə ilə dən götürüb … toyuqcücələrə səpirdi. Ə.Məmmədxanlı. // Çiləmək, tökmək, səpələmək (maye haqqında). Başına ətir səpmək. – Araşqının təpəndə; Üzə gülab səpəndə; Könül çatar murada; Ağ üzündən öpəndə. (Bayatı). Əyyarlar başladılar Dəmirçioğlunun üstünə bihuşdarı səpməyə. “Koroğlu”. …Nökərlər də Rzaquluxanın üzünə su səpib huşa gətirməyə çalışırdılar. M.S.Ordubadi. 3. Pərakəndə halda atmaq, necə gəldi atmaq, tökmək, töküb-töküşdürmək. Paltarları evin içinə səpmək. – Bir gün Sürəyyanın cehizlərini qayınatası çıxardıb, evdən birbəbir həyətə səpdi. Çəmənzəminli. [Birinci fəhlə:] Budur ha, genə kağız səpiblər ki… H.Nəzərli. 4. Yağmaq, səpələmək. Yağış səpir. – Səpir qarı ağaclara, kollara; Dərələrə, təpələrə, yollara. A.Səhhət. 5. Atmaq (çoxlu miqdarda). Səlim dayana bilmədi. Bir qatar güllə səpdi… Mir Cəlal. 6. Obrazlı təşbehlərdə: işıq səpmək, nur səpmək, səadət çiçəyi səpmək və s. 7. Bir sıra isimlərlə işlənərək müxtəlif ifadələr düzəldilir; məs.: yarasına duz səpmək, gözünə torpaq səpmək, ürəyinə soyuq su səpmək və s.

    Azərbaycan dilinin izahlı lüğəti / səpmək
  • 2 f. Dərisi səpgi tökmək, səpgi çıxarmaq. Üzü səpmək. Qolları səpmək.

    Azərbaycan dilinin izahlı lüğəti / səpmək

səpmək sözünün etimologiyası

səpmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

səpmək sözünün antonimləri (əks mənalı sözlər)

səpmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. сеять, засевать; 2. брызгать; 3. высыпать (о сыпи);

    Azərbaycanca-rusca lüğət / səpmək
  • 2 1 глаг. 1. сеять, посеять (разбросать семена на подготовленную для посева почву). Toxum səpmək сеять семена, pambıq səpmək сеять хлопчатник, arpa səpmək сеять ячмень 2. засевать, засеивать, засеять (занять посевами какой-л. участок земли). Böyük bir sahəni səpmək засевать большой участок 3. сыпать, посыпать, посыпать: 1) разбросать что-л. сыпучее по поверхности чего-л. Xiyara duz səpmək посыпать огурец солью, salata istiot səpmək посыпать салат перцем 2) идти, падать (о дожде, снеге). Qar səpir сыплет снег, yağış səpir сыплет дождь 4. разбрасывать, разбросать, раскидывать, раскидать. Şeyləri (əşyaları) hara gəldi səpmək разбрасывать вещи куда попало, dəftər-kitablarını divanın üstünə səpmək раскидать книги и тетради на диван 5. насыпать, насыпать. Toyuqlara dən səpmək насыпать зерна курам 6. брызгать, побрызгивать, побрызгать ч ем-л. Üzünə su səpmək побрызгать водой лицо ◊ yarasına duz səpmək бередить рану; elə bil ürəyimə sərin su səpdilər отлегло от сердца; pulu sağa-sola səpmək сорить деньгами (безрассудно тратить деньги в большом количестве) 2 глаг. высыпать. Üzü səpib лицо его (её) высыпало, bütün bədəni səpib все тело его (её) высыпало

    Azərbaycanca-rusca lüğət / səpmək

səpmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (toxum) to sow* (d.); 2. (maye) to splash (d.on); su ~ to spalsh water (on); 3. (dəri) to break* out, to come* out in a rash; Onun üzü səpib A rash has broken out on his face

    Azərbaycanca-ingiliscə lüğət / səpmək

səpmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. твар акъатун, бицӀи тӀурар акъатун (хамуниз); üzü səpmək ччиниз твар акъатун.

    Azərbaycanca-ləzgicə lüğəti / səpmək
  • 2 гл. 1. вегьин, цун (тум); 2. алахун, вегьин (мес. кьел); кӀвахун; 3. кичехун, вегьин (мес. рекьиз къум); 4. вегьин, гун (мес. верчериз ттвар); 5. ягъун; кчин; хъчин (мес. дарман); 6. акатайвал гьарнихъ вегьин (гадрун, авадарун, ичӀирун); чукӀурун; 7. къун; стӀаларун (марфади); ** gözə kül (torpaq) səpmək (atmaq, üfürmək) кил. göz.

    Azərbaycanca-ləzgicə lüğəti / səpmək

səpmək sözünün türk dilinə tərcüməsi

"səpmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səpmək nədir? #səpmək sözünün mənası #səpmək nə deməkdir? #səpmək sözünün izahı #səpmək sözünün yazılışı #səpmək necə yazılır? #səpmək sözünün düzgün yazılışı #səpmək leksik mənası #səpmək sözünün sinonimi #səpmək sözünün yaxın mənalı sözlər #səpmək sözünün əks mənası #səpmək sözünün etimologiyası #səpmək sözünün orfoqrafiyası #səpmək rusca #səpmək inglisça #səpmək fransızca #səpmək sözünün istifadəsi #sözlük