təpmək sözü azərbaycan dilində

təpmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təpmək • 89.8305%
  • TƏPMƏK • 8.4746%
  • Təpmək • 1.6949%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

təpmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir şeyi başqa bir şeyin içərisində yerləşdirmək; soxmaq, salmaq. [Xırdaxanım:] Qırqovul başını kola təpər, dalından xəbəri olmaz. N.Vəzirov. Səttar xanın bu söhbətdən xoşlanmadığını hiss etdim, çünki daima bu kimi hallarda bığlarını burub, uclarını ağzına təpərdi. M.S.Ordubadi. // Güclə soxmaq, doldurmaq, yerləşdirmək, basmaq, qoymaq, dürtmək, dürtüşdürmək. Paltarları çamadana təpmək. Samanı kisəyə təpmək. 2. Hücum etmək, həmlə etmək, şığımaq, üzərinə atılmaq. [Pası] gecələr də adamları rahat buraxmır, çobanları oyadıb: – Sərvaxt olun, heyvana canavar təpər [deyərdi]. S.Rəhimov. 3. Basmaq, təpməklə, təpikləməklə hazırlamaq (keçə). Şah bu sözlərini qurtaran tək [keçəçilər] təsnif oxuya-oxuya keçə təpirlər. Ü.Hacıbəyov. 4. dan. Təpik atmaq, təpikləmək. Danasını bir gün qoymaz yanına; Bizim inək təki təpər, ağlarsan. M.V.Vidadi. 5. Atarkən şiddətlə geri itələmək, basmaq, ağzı geri qayıtmaq (odlu silahlar haqqında). …Tüfəng Yaşarı elə təpdi ki, o, arxası üstə yerə yıxıldı. M.Rzaquluzadə. ◊ Başına at təpmək – bax baş. Dərisinə saman təpmək – bax dəri.

    Azərbaycan dilinin izahlı lüğəti / təpmək
  • 2 f. Belləmək. Gülşən elə cəld, elə sürətlə yer təpirdi ki, onun üz-gözündən tər axırdı. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / təpmək

təpmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

təpmək sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 TƏPMƏK I f. Qazmaq, belləmək. O, yeri həmişə səhər tezdən təpərdi. TƏPMƏK II f. Vurmaq, geri vermək. Nə yava söyləyirsən, ay gədə! Başına at təpibdir nədir? (N.Vəzirov).

    Azərbaycan dilinin omonimlər lüğəti / təpmək

təpmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. затыкать, всовывать, впихивать; 2. валять (войлок); 3. отдавать, осаживать после выстрела (об огнестрельном оружии); 4. копать заступом землю;

    Azərbaycanca-rusca lüğət / təpmək
  • 2 1 глаг. 1. разг. совать, сунуть; засовывать, засунуть, всовывать, всунуть что-л. куда-л. Uşaq oyuncağı ağzına təpir ребёнок суёт игрушку в рот 2. набивать, набить (наполнить ч ем-л., плотно вкладывая, втискивая внутрь чего-л.); запихивать, запихнуть; впихивать, впихнуть. Əşyaları çamadana təpmək набить вещи в чемодан 2 глаг. 1. лягаться, брыкаться (иметь обыкновение бить ногами – о копытных животных). Yaxına getmə, bu at təpir не подходи ближе, эта лошадь брыкается (лягается), inək təpir корова брыкается 2. лягать, лягнуть (ударить ногой, ногами – о копытных животных). At sahibini təpdi лошадь лягнула хозяина, eşşək iti təpdi осёл лягнул собаку 3 глаг. 1. отдавать, отдать (сделать резкое, короткое движение назад при выстреле – об оружии); откатываться, откатиться. Tüfəng çiyninə təpdi ружьё отдало в плечо, yaylım atəşindən sonra top təpdi после залпа орудие откатилось, top bərk təpdi пушка сильно отдала, откатилась 2. плохо тянуть (о печной трубе). Soba təpir печка плохо тянет (печная труба плохо тянет) ◊ başına at təpib? с ума что ли сошёл (спятил)?, голову что ли потерял?; dərisinə saman təpmək kimin спустить три шкуры (семь шкур) с кого 4 глаг. валять (катая и разминая, сбивать из шерсти, пуха и т.п.), свалять. Keçə təpmək валять войлок

    Azərbaycanca-rusca lüğət / təpmək

təpmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to felt (d.), to full (d.); 2. to stuff (d. into), to push in (d.); to shove in (d.); 3. (odlu silah) to recoil; 4. bax d.d. belləmək; 5. (inək, camış və s.) to stop giving milk

    Azərbaycanca-ingiliscə lüğət / təpmək

təpmək sözünün fransız dilinə tərcüməsi

təpmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. ппер ягъун (ччилиз).

    Azərbaycanca-ləzgicə lüğəti / təpmək
  • 2 гл. 1. ччимун; сухун, кутун, ттун; гужалди (ччимиз-ччимиз, илисиз-илисиз, чуькьвез-чуькьвез) ттун (кутун, ацӀурун); paltarları sandığa təpmək пекер сандухдиз ччимун; 2. винел вегьин (фин), гьужум авун, гьужумун; 3. кьуьл (тӀуш) гана, тӀушунна авун (лит); 4. рах. кьуьл(ер) эцягъун, кӀурув (кӀвачив) ягъун; 5. кьулухъ хъиягъун; хъуткьунрун (мес. тфенгди, тупуни); ** başına at təpmək кил. baş; dərisinə saman təpmək кил. dəri.

    Azərbaycanca-ləzgicə lüğəti / təpmək

təpmək sözünün türk dilinə tərcüməsi

"təpmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təpmək nədir? #təpmək sözünün mənası #təpmək nə deməkdir? #təpmək sözünün izahı #təpmək sözünün yazılışı #təpmək necə yazılır? #təpmək sözünün düzgün yazılışı #təpmək leksik mənası #təpmək sözünün sinonimi #təpmək sözünün yaxın mənalı sözlər #təpmək sözünün əks mənası #təpmək sözünün etimologiyası #təpmək sözünün orfoqrafiyası #təpmək rusca #təpmək inglisça #təpmək fransızca #təpmək sözünün istifadəsi #sözlük