* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Bir şeylə deşmək, dəlik açmaq, oymaq. Taxtanı dəlmək. Dəmiri dəlmək. – Ağacdələn öz yuvasını ağac koğuşlarında qayırır. Bunun üçün o, ağacda olan hazır koğuşlardan istifadə edir və ya qurumaqda olan ağacları dələrək, yekə koğuş açır. // Deşib keçmək, dəlib keçmək. Güllə torpaq barını dəldi. – [Atakişi] lap yaxında, yol üstündə əyləşib odlu miskənə ilə rels dələn bir oğlanı dindirdi. Mir Cəlal. // Məc. mənada. Bir qələm əsrlik hicran yaratdı; Bir xalqı yarıya böldü qılınc tək; … Dəldi sinəsini Azərbaycanın. B.Vahabzadə. Arasıra günəş işıqları [buludları] yarır və iti oxlar kimi göy qübbəsini dəlirdi. M.İbrahimov. 2. məc. Adətən “bağrını”, “qəlbini”, “canını” sözlərlə – mənən incitmək, ruhən əziyyət vermək. Yandırdı şövqün canımı; Dəldi fəraqın bağrımı. Nəsimi. Başıma mənim bir iş gəlibdir; Eşq atəşi ürəyimi dəlibdir. Xətayi. Zalım oğlu onu qoyub nişana; Dəlib ürəyini, boyayıb qana. Aşıq Ələsgər.
Azərbaycan dilinin izahlı lüğəti / dəlmək1 Tatar dilində telqeç, telqelerqe, teleqre (axtalamaq) sözləri var. Onların kökü “kəsmək” deməkdir. Dəlmək sözünün ilk mənası “kəsmək” demək olub (bilim sözü də buradandır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dəlmək1 1. пробивать, пронизывать, сверлить, буравить; 2. перфорировать; 3. прокалывать, дырявить;
Azərbaycanca-rusca lüğət / dəlmək1 гл. 1. тӀвек акъудун, тӀеквен акъудун (мес. кьулунай); // са затӀунай тӀвек акъундна а патаз алатун, фин (мес. гуьлле); 2. пер. руьгьдин азаб гун, хер авун (мес. рикӀел).
Azərbaycanca-ləzgicə lüğəti / dəlmək