dəlmə sözü azərbaycan dilində

dəlmə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dəlmə • 80.6452%
  • Dəlmə • 19.3548%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəlmə bağları
Dəlmə bağları — İrəvan şəhərində vaxtı ilə yerləşən .Bağ. Təpəbaşı hissəsinə aid Zənginin o biri tərəfində, Dərəbağla üz-üzə yerləşən Dəlmə məhəlləsi qeyd edilir. 7 mart 1902-ci ildə Cəlil Məmmədquluzadə "Dəlmə bağları" haqqındakı ilk məqaləsini "Kaspi" qəzetinə göndərmişdir. Dəlmə-İrəvan şəhərinin kənarında, şəhərin cənub-qərbində Zəngi çayının sahilində yerləşir. Çox münbit torpağı olan bu yerdə Dəlmə arxı ilə suvarılan çoxlu meyvə-üzüm bağları vardır. Sayı 60-a çatan bu bağları xüsusi şəxslər – əməksevər yerli tatarlar (azərbaycanlılar) salmışdır. Dəlmə bağları ərazisində XVI-XVII əsrlərin şərab anbarı olmuşdur. == 1918-1920 == İrəvan sakini, uzun illər məsul vəzifələrdə çalışan, hazırda haqq dünyasına qovuşan Musa Vəlibəyovun dediklərindən: -Kişiləri yığarkən qaçıb həyətdəki qoz ağacının başına çıxıb gizləndim. Gecə o başdan qaçdım Dəlmə bağlarına ən hündür bir ağaca çıxdım onun başında qaldım. Qadın-uşaqları çılpaqladıqdan sonra ermənilər onları azərbaycanlıların Dəlmə bağlarınadakı damlarına doldurub od vurub yandırdılar.
Dəlmə nekropolu
Dəlmə nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundakı Sabirkənd yaxınlığında, Yaycı arxının sağ sahilində, hündürlüyü 8-10 metr olan təpənin üzərində və qərb yamacında arxeoloji abidə. Nekropolun yerləşdiyi təpə inzibati bölgüyə görə Culfa rayonunun Yaycı kəndinin ərazisindədir. Suyunu Gilançaydan alan Yaycı arxı burada dağın altından açılmış tuneldən keçir. Əraziyə verilən Dəlmə adı da buradan götürülmüşdür. Nekropoldan 700-750 metr qərbə tərəf, şərq, cənub və qərb tərəfləri sıldırım qayalıq olan dağın üzərində Dəlmə nekropolunun yaşayış yeri yerləşir. Nekropol 1983-cü ildə rəis Q.M.Aslanov olan Xarabagilan arxeoloji ekspedisiyası tərəfindən öyrənilmişdir. Ümumi sahəsi 616 m² olan qəbiristanlıqda cəmi 27 qəbir var idi ki, onlardan da 8-i uşaq qəbri idi. Qəbirlərin kameraları müxtəlif ölçülü daşlardan səliqə ilə işlənmişdir. Heç bir qəbirdə örtük daşları qalmamışdır. Dördbucaqlı planda olan qəbir kameralarının bir tərəfi nisbətən ensizdir.
Dəlmə qalası
Dəlmə qalası — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Sabirkəndin yaxınlığında, Dəlmə nekropolundan 700-750 metr qərbdə, dağın zirvəsində arxeoloji abidə. Qalanın şərq divarının eni 2 metrə qədərdir. Bir neçə keramika fraqmentlərindən başqa yerüstü materiala demək olar ki, rast gəlinmir. Coğrafi mövqeyini əsas götürdükdə, qala sanki gizlədilmişdir. Qaladan qısa müddətdə, ən çoxu bir əsr istifadə olunmuşdur. Bir təbəqəli abidədir. nekropolun ölçüləri və quruluşu da qalaya uyğundur. Qalanın yerləşdiyi dağın cənub ətəklərində iki dairəvi plana malik kürənin qalıqları vardır. Tədqiqat işləri aparılma dığından kürələrin təyinatı haqqında müəyyən bir fikir söyləmək çətindir. Lakin onların qala ilə əlaqədar olduğu şübhəsizdir.
Dəlmətala
Dəlmətala — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Dəlmətala- Ağcabədi rayonunda kənd. Kür-Araz ovalığındadır. Oykonim dəlmə (yerli əhalinin dilində "quzu saxlanılan yer") və tala (ətrafa nisbətən fərqli yer) komponentlərindən düzəlib, "quzu saxlanılan tala" mənasındadır.

dəlmə sözünün leksik mənası və izahı

  • 1 1. “Dəlmək”dən f.is. Dəlmə aləti. 2. is. Divarda açılmış kiçik taxça. İçəridə kahanın divarlarında böyüklü-kiçikli beş dəlmə gözə çarpırdı. S.Rəhimov. 3. is. Bərə, çəpər, hasar və s.-də deşik. 4. sif. Dəlinmiş, deşilmiş; dəlinməklə qayrılmış.

    Azərbaycan dilinin izahlı lüğəti / dəlmə

dəlmə sözünün sinonimləri (yaxın mənalı sözlər)

dəlmə sözünün rus dilinə tərcüməsi

  • 1 пробивание, перфорирование

    Azərbaycanca-rusca lüğət / dəlmə
  • 2 I сущ. от глаг. dəlmək, долбление II прил. 1. долбёжный. Dəlmə valı долбёжный вал, dəlmə dəzgahı долбёжный станок 2. перфораторный. Dəlmə kamerası перфораторная камера 3. пробивочный. Dəlmə maşını пробивочная машина; dəlmə aləti строит. долбёжник

    Azərbaycanca-rusca lüğət / dəlmə

dəlmə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. f.is. кил. dəlmək; 2. сущ. цла авунвай гъвечӀи дакӀ, тӀакӀ, мац, къунт, кьечӀ ва мс.; 3. сущ. жугъунда, чапарда, паруда, цла ва мс. тӀеквен; 4. прил. тӀвек акъуднавай; тӀвек акъудна раснавай.

    Azərbaycanca-ləzgicə lüğəti / dəlmə

dəlmə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Ağdam, Ağcabədi, Xocavənd, İmişli, Kürdəmir) quzu saxlanılan yer. – Quzuları dəlmiyə saldım (Ağcabədi); – Körpə quzuya yer altdan dəlmə düzəlderix’ (İmişli); – Ə:, Sa:bır, quzi dəlmədədü? (Kürdəmir); – Mə:m quzumun dəlməsi yaman pisəlif (Xocavənd) II (Şamaxı, Tovuz) 1. soba borusunu bayıra çıxarmaq üçün pəncərə və ya divarda açılan dəlik 2. su keçmək üçün çəpərin altında açılan dəlik III (Quba) tapdalanma nəticəsində hasar, çəpər üzərində açılmış keçid. – Bağa dəlmədən gir

Azərbaycan dilinin dialektoloji lüğəti.

"dəlmə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəlmə nədir? #dəlmə sözünün mənası #dəlmə nə deməkdir? #dəlmə sözünün izahı #dəlmə sözünün yazılışı #dəlmə necə yazılır? #dəlmə sözünün düzgün yazılışı #dəlmə leksik mənası #dəlmə sözünün sinonimi #dəlmə sözünün yaxın mənalı sözlər #dəlmə sözünün əks mənası #dəlmə sözünün etimologiyası #dəlmə sözünün orfoqrafiyası #dəlmə rusca #dəlmə inglisça #dəlmə fransızca #dəlmə sözünün istifadəsi #sözlük