* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Söz. Qurban mollanın ağzından çıxan kəlmələri yeyəcəkmiş kimi … onu dinləyirdi. A.Şaiq. [Səfərəli:] Bizim İstanbulda böylə kəlmələr işlənməz. H.Nəzərli. [Fərman müəlliminin] …dediklərini mənimsər və rusca hələ zəif bilməsinə baxmayaraq, kəlmələri bir-birinə quraşdıraraq sualı sual dalınca verərdi. Ə.Sadıq. □ Kəlmə(si)-kəlməsinə – bax kəlməbəkəlmə. Kəlməkəlməsinə xəbər vermək. // İfadə, ibarə. 2. Saylarla: bir, iki, üç və i. a. kəlmə – bir neçə söz, az söz, qısaca. Mehriban iki kəlmə ilə yenə içə bilməyəcəyini və içmək istəmədiyini bildirdi. S.Hüseyn. [Qəhrəman:] Bu iki gündə nə ev sahibi xanım ilə, nə də qulluqçu ilə bir kəlmə danışmaq ehtiyacımız olmadı. H.Nəzərli. [Xalıq:] Bəli, mənəm, dayan, səninlə iki kəlmə sözüm var. S.Rəhman. 3. Kəlmə və ya kəlmeyi-şəhadət din. – müsəlmanlığın əsas rəmzi olan “lailahə illəllah, Məhəmmədün-rəsullüllah” ifadəsi (islam dininə görə hər bir müsəlman yatmazdan qabaq və ya ölərkən və yaxud başqa hallarda bu ibarəni söyləməklə müsəlman olduğunu göstərir). Sirat, sual qabaqdadı, nə damaqdı dünyada; Kəlmeyi-şəhadət lazımdı ölən vaxtı dünyada. Aşıq Ələsgər. [Arvad:] Ay kişi, …səni görüm öləndə dilin kəlməyə gəlməsin, sən bəyəm qoyursan ki, mən bilim nə iş görürəm? H.Sarabski. ◊ Kəlmeyi-şəhadətini demək (oxumaq, söyləmək, yada salmaq, dilinə gətirmək) – ölümünü gözü qabağına almaq, ölməyə hazırlaşmaq. Uzaqdan diqqət edirsən ki, görüm, əgər [atlıların] başında papaq var, kəlmeyi-şəhadətimi oxuyum. C.Məmmədquluzadə. Bu sözləri xatırına gətirib Molla Tanrıverdi başladı … kəlmeyi-şəhadətini oxumağa. E.Sultanov. Kəlmə kəsmək – danışmaq. Maral bir daha Cuma ilə kəlmə kəsməyib getdi. Ə.Əbülhəsən. Hesabını başa düşən Qarakişi daha bir kəlmə də kəsmədi. B.Bayramov. [Rəşid:] …Ancaq ömrümdə görməmişdim ki, Qara Canbalayev, ya da Gövhər xanım mənimlə kəlmə kəssin. İ.Hüseynov. Kəlmə verib kəlmə almaq – bax kəlmə kəsmək. [Qoca qarı:] Mən gəlin gedəndə ondan da kiçik idim, qaynanamla kəlmə verib kəlmə alanda üzüm qızarardı. Qantəmir.
Azərbaycan dilinin izahlı lüğəti / kəlmə2 ə. söz. Kəlmei-şəhadət Allahın birliyinə və peyğəmbərin onun rəsulu olduğuna şəhadət verən sözlər.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / kəlmə2 сущ. 1. слово (связное). Hər kəlməsini izah etmək разъяснить каждое слово, hər kəlməsini təsdiqləmək подтверждать каждое слово, поддакивать, sanballı kəlmələr веские слова, ən adi kəlmələr самые обыденные, простые слова, dəbdə olan kəlmələr модные словечки 2. фраза, высказывание. Kitab kəlmələri книжные фразы, aydın kəlmələr простые, ясные фразы, aydın olmayan (dolaşıq) kəlmələr запутанные фразы, yarımçıq kəlmələr неполные фразы 3. см. kəlmeyi-şəhadət 4. в сочет. с числит.: iki-üç kəlmə demək сказать два-три слова, iki-üç kəlmə ilə izah etmək (söyləmək) объяснить, рассказать в двух-трех словах, bir neçə kəlmə ilə в нескольких словах, bir kəlmə də deməmək, kəsməmək словом не обмолвиться, öz kəlməsinin sahibi olmaq быть хозяином своего слова, iki kəlməni bir-birinə bağlaya bilməmək не уметь связать двух слов, kəlməsini ağzında qoymaq прервать на полуслове, ilk kəlmədən с первого слова, с первых слов, kəlmə kəsməmək, kəlmə verib kəlmə almamaq kimlə не разговаривать с кем
Azərbaycanca-rusca lüğət / kəlmə1 i. word; bir ~ (qısası) in a / one word; in short; bir neçə ~ a couple of words, a few words; ~si ~sinə word for word; bir neçə ~ danışmaq / demək to say* / to utter a few words; ◊ ~ kəsmək to speak* / to talk (to, with); ~si ağzında qalmaq to be* interrupted; ~sini ağzında qoymaq to interrupt (d.); Arifə bir kəlmə / işarə kifayətdir at. söz. ≅A word is enough to the wise
Azərbaycanca-ingiliscə lüğət / kəlmə1 is. mot m ; bir neçə ~ quelques mots m pl ; ~si ~sinə mot à mot ◊ ata. söz. arifə bir ~ kifayətdir un bref mot est suffisant pour un homme d’ésprit
Azərbaycanca-fransızca lüğət / kəlmə1 [ər.] сущ. гаф; келима; ибара; kəlmə(si)-kəlməsinə кил. kəlməbəkəlmə; kəlmə(yi)-şəhadət (lailahə illəllah, Məhəmmədün-rəsullüllah) дин. келме-шегьадет (ла-илагье илаллагь, Мугьаммедун расулиллагь); ** kəlmeyi-şəhadətini demək (oxumaq, söyləmək, yada salmaq, dilinə gətirmək) келме-шегьадет лугьун (кӀелун, рикӀел гъун, мецел гъун), кьиникь рикӀел (вилин кӀаник) атун (гъун), рекьиз гьазур хьун; kəlmə kəsmək келима атӀун, гаф атӀун (авун), гафарун, рахун; kəlmə verib kəlmə almaq гаф лагьана гаф къахчун (кил. kəlmə kəsmək).
Azərbaycanca-ləzgicə lüğəti / kəlmə