* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. İçində maye şeylər saxlamaq və daşımaq və s. məqsədlər üçün işlədilən yastıdibli, ortası enli, ətrafına çənbər çəkilmiş taxtadan (bəzən də dəmirdən) qayrılmış iri qab. Çəlləklərdə saxlanılan su yanğına qarşı mübarizə üçün kifayət deyildi. S.Vəliyev. Malakan kəndinin içməli suyu, dərə dibindəki gur bulaqdan bu çəlləkli arabalarla yuxarıya daşınırdı. Ə.Məmmədxanlı. 2. Taxta satıl, vedrə. [Yaşlı kişi:] Şirinnaz iki dəfə çəlləyi quyuya sallayıb çəkdi. S.Hüseynov.
Azərbaycan dilinin izahlı lüğəti / çəllək1 Xalis türk sözüdür, qədim özbək (çığatay) dilində çəllək kimi işlədilib və “vedrə” mənasını əks etdirib. Sözün əsli “su” anlamı ilə (çiləmək...) əlaqədardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / çəllək1 ÇƏLLƏK [Məmiş:] Paxmeləm sən öl, başım boşalmış çəlləyə dönüb (B.Bayramov); BOÇKA Məgər bir boçka su elli iki nəfər fəhləyə azdır? (C.Məmmədquluzadə); ÇƏN Fatma: Motor qoyun, çən qoyun vursun yuxarı, işlədin (M.İbrahimov); FIÇ (köhn.) Bazarın başına getdim, iki boş neft fıçı yüklənmiş bir ağ araba gedirdi, altı şahı verib mindim (Çəmənzəminli); GOD (məh.) Həsən irəlilədi. Toz və zibilli həyətdə köhnə god və paslı tənəklər arası ilə keçib, üfunətli pilləkənə yanaşdı (Çəmənzəminli)
Azərbaycan dilinin sinonimlər lüğəti / çəllək2 I сущ. 1. бочка. Çaxır çəlləyi винная бочка, un çəlləyi бочка из-под муки 2. кадка (бочка с прямыми боками и одним днищем) 3. бадья; ушат. Çəlləyi quyuya sallamaq опустить бадью в колодец II прил. 1. бочечный: 1) относящийся к бочке. Çəllək çənbəri бочечный обруч 2) содержащийся в бочках; бочковый. Çəllək pivəsi бочечное (бочковое) пиво 2. кадочный. Çəllək istehsalı кадочное производство 3. бондарный; çəllək taxtası клепка
Azərbaycanca-rusca lüğət / çəllək1 is. barrique f, tonneau m, futaille f, baril m ; bir ~ çaxır un tonneau de vin
Azərbaycanca-fransızca lüğət / çəllək1 сущ. 1. челег; бочка; 2. кӀарасдин ведре (мес. къуюдай яд акъуддай).
Azərbaycanca-ləzgicə lüğəti / çəllək