* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] Gözlük, eynək. Mürgüləyir nənəm taxıb çeşməyi; Düşüb yerə toxuduğu əlcəyi. A.Səhhət. Nə barədə? – deyə Yarməmməd birbaşa cavab verməyib, çeşməyinin altından Şirzada baxdı. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / çeşmək1 Fars mənşəlidir, çeşmə “göz” deməkdir, -ək kiçiltmə mənalı sözlər düzəldir (müq. et: kal-ək, yəni “kal təhər, yetişməmiş”, mıx-ək, yəni “mixək” və s.). Çeşmə (bulaq) sözü də bununla bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / çeşmək1 ÇEŞMƏK Mahmud bəy çeşməyi masanın üstündə görməyib, güman edir ki, Əhməd bəy çeşməyi səhvən özü ilə aparmış ola (Ə.Haqverdiyev); EYNƏK Matros eynəyinin altından onu süzərək çox soyuq salamlaşdı (H.Abbaszadə); GÖZLÜK [Kişi] gözlərinə qara rəngli bir gözlük taxırdı (S.Hüseyn); PENSNE (qulpsuz eynək) “Van” dedikdə araba yırğalanıb rəfiqimin pensnesini yerə atır.. (S.S.Axundov).
Azərbaycan dilinin sinonimlər lüğəti / çeşmək2 I сущ. очки. Çeşmək üçün linza линза для очков, çeşmək üçün sağanaq оправа для очков, çeşmək taxmaq носить очки, çeşməyi taxmaq надеть очки, gün çeşməyi солнцезащитные очки II прил. очковый. Çeşmək şüşələri очковые стекла
Azərbaycanca-rusca lüğət / çeşmək