çökmək sözü azərbaycan dilində

çökmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çökmək • 86.4198%
  • Çökmək • 11.1111%
  • ÇÖKMƏK • 2.4691%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.34
2009 •••••••••• 0.16
2010 ••••••••••• 0.18
2011 •••••• 0.09
2012 ••••••••••• 0.17
2020 •••••••••••••••• 0.27

çökmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Durduğu yerdən aşağı enmək, çuxura düşmək. Binanın divarı çökmüşdür. Asfalt çökmüşdür. // Aşağı enmək, dibinə oturmaq (mayenin içərisində olan toz, qum və s.). 2. Çömbəlib birdən-birə oturmaq. Yerə çökmək. Dizi üstə çökmək. – İmamverdi baba kürsüyə çöküb, başıaşağı xeyli fikrə getdi. S.S.Axundov. [Xan] sərsəm kimi, ayaqları dolaşa-dolaşa divar dibinə qədər yeriyib oradakı döşəklərin üstünə çökdü. M.Rzaquluzadə. 3. Çulğalamaq, qaplamaq, bürümək, yayılıb tutmaq, basmaq. Dağlara, dərələrə duman çökdü. // Məc. mənada. Ürəyinə kədər çökmək. – İmran kişi aralığa çökmüş (f.sif.) ağır və cansıxan sükutun xeyli uzandığını görüb, idarə heyəti üzvlərinə ayrı-ayrılıqda müraciət elədi. M.Hüseyn. Çökdü gözlərinə bir qatı zülmət; Qırılıb yanına düşdü əlləri. M.Rahim.

    Azərbaycan dilinin izahlı lüğəti / çökmək

çökmək sözünün etimologiyası

  • 1 Çökək sözü ilə kökdaşdır, amma diz çökmək ifadəsindəki çökmək sözü­nün çökək, çuxur anlamları ilə heç bir əlaqəsi yoxdur. Diz çökmək dedikdə “dizi ye­rə da­yayaraq təzim etmək” başa düşülür. Qədim mənbələrdə söz sök şəklində ve­ri­lib, söykəmək feili ilə bağlıdır. Təhrif nəticəsində sök kəlməsi çök formasına düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / çökmək

çökmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

çökmək sözünün antonimləri (əks mənalı sözlər)

çökmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. опускаться, осесть, оседать; 2. приседать, присесть;

    Azərbaycanca-rusca lüğət / çökmək
  • 2 глаг. 1. оседать, осесть: 1) опуститься, углубиться в землю, уйти глубже (в землю, воду), сместиться вниз. Döşəmə çöküb пол осел, ev çöküb дом осел, körpücük çökdü плот осел 2) в результате уплотнения, подмыва нижних слоёв понизиться в уровне. Torpaq (yer) çöküb земля осела 3) медленно опуститься, упасть (о человеке или животном). Döşəməyə çökmək осесть на пол, ayı nərildədi və qarın üstünə çökdü медведь взревел и осел на снег 4) опуститься на какую-л. поверхность, покрывая слоем. Toz çökdü пыль осела 5) выделиться из раствора в виде осадка, опуститься слоем, отложиться. Xılt qabın dibinə çöküb гуща осела на дно сосуда 2. опускаться, опуститься: 1) переменить стоячее положение на сидячее, лежачее и т.п., сесть на что-л., куда-л. Dizə (dizi üstə) çökmək опуститься на колени, kresloya (kürsüyə) çökmək опуститься в кресло 2) сойти, лечь на что-л., окутывая собой (о темноте, тумане и т.п.). Kəndin üstünə qatı duman çökdü на деревню опустился густой туман; qaranlıq çökdü опустились сумерки (стемнело)

    Azərbaycanca-rusca lüğət / çökmək

çökmək sözünün inglis dilinə tərcüməsi

çökmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. ацукьун; // агъуз аватун, чухурда гьатун (мес. ччил, цал, рекьин са чка хана); // кӀане ацукьун (мес. цик квай къум, лил ва мс.); 2. ацукьун, агъуз хьана садлагьана ацукьун; dizi üstə çökmək метӀер яна ацукьун; метӀер ягъун; 3. атун, акьалтун, кьун (мес. цифеди); // пер. ацахьун (мес. рикӀе гъам).

    Azərbaycanca-ləzgicə lüğəti / çökmək

çökmək sözünün türk dilinə tərcüməsi

"çökmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çökmək nədir? #çökmək sözünün mənası #çökmək nə deməkdir? #çökmək sözünün izahı #çökmək sözünün yazılışı #çökmək necə yazılır? #çökmək sözünün düzgün yazılışı #çökmək leksik mənası #çökmək sözünün sinonimi #çökmək sözünün yaxın mənalı sözlər #çökmək sözünün əks mənası #çökmək sözünün etimologiyası #çökmək sözünün orfoqrafiyası #çökmək rusca #çökmək inglisça #çökmək fransızca #çökmək sözünün istifadəsi #sözlük