* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Yuyunmaq. Vannada çimmək. – [Məşədi İbad:] Kişinin hamamında iki saatdır ki, müftə çimibsiniz, hələ bir durub cəncəl də salırsınız? Ü.Hacıbəyov. // Sərinlənmək, yuyunmaq və b. məqsədlə suya girmək. Çayda çimmək. – Dənizdə bir qız çimdi; Saçı qara, özü gözəl. N.Rəfibəyli. // Obrazlı təşbehlərdə. Şam meşələri dalından yenicə çıxmış Ay sarı saçlarını Qara dənizin mavi sularına töküb çimirdi. M.S.Ordubadi. Ay çimirdi sularda, hava sakit, hava xay; Nədənsə lal axırdı Amudərya – dəli çay. S.Rüstəm.
Azərbaycan dilinin izahlı lüğəti / çimmək1 Güman edirəm ki, çiçək, çən, çiskin, çimmək sözləri tarixən eyni kökə malik olub, su anlamı ilə bağlıdır. Farslar çimməyə abtəni (su+bədən) deyirlər ki, bu da çimmək və su arasında əlaqəni sübut edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / çimmək1 ÇİMMƏK Girdik suya sevincək; Çimdik, quma uzandıq; Atam söylədi, gedək; Bəsdir günəşdə yandıq (N.Xəzri); QÜSL ETMƏK (ELƏMƏK) (din.) Kişi məsələsindən arif idi. Qüsl etdikdə bədəninin hər bir yerinə su dəyməsini bilirdi (Çəmənzəminli); YIXANMAQ (yüngülvari çimmək) Dəniz kimi çalxandım; Şəfəqlərdə yıxandım; Al günəşlə əl-ələ; Çıxdıq ordan sahilə (A.Şaiq); YUYUNMAQ Rəfiqim yuyunub, camaşırını dəyişincə, yeddi qardaş anaları ilə bərabər onun otağını döşəyib, purjunlu çarpayısını qururlar... (S.S.Axundov).
Azərbaycan dilinin sinonimlər lüğəti / çimmək1 гл. эхъуьн, чуьхуьн (мес. ваннада); // серинарун ва я чуьхуьн патал цик акахьун, це гьахьун; dənizdə çimmək гьуьле эхъуьн.
Azərbaycanca-ləzgicə lüğəti / çimmək