bitmək sözü azərbaycan dilində

bitmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bitmək • 94.4584%
  • Bitmək • 4.5340%
  • BİTMƏK • 1.0076%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.14 dəfə / 1 mln.
2004 •••• 0.34
2007 ••••••• 0.63
2009 •• 0.16
2010 •••••••••••••••• 1.63
2011 ••••••••••••• 1.29
2012 •••••••••••••••• 1.55
2013 •••••••••••••••••••• 2.04
2014 •••••••••••••••••••• 2.06
2015 •••••••••••••• 1.36
2016 ••••••• 0.69
2017 •••••••••• 0.98
2018 ••••••••••••••••••• 1.95
2019 ••••••• 0.70
2020 ••••••••••••••• 1.46

bitmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Tamam olmaq, qurtarmaq, axıra çatmaq, başa çatmaq. Məzuniyyət müddəti bitdi. – Qəmimiz bitdi, fərəh oldu nümudar bu gün! M.Ə.Sabir. Kərbəlayı Məhəmməd ustanın hekayəsi bitən kimi, dərin bir etiqad ilə üzünü göyə çöndərdi. Çəmənzəminli. // İşi axıra çatmaq, qurtarmaq. İclas bitdi. Hər kəs öz aşna-dostu ilə danışadanışa evlərinə getdi. B.Talıblı. // Tükənmək. Kainatın bəzəkli şux gəlini; Bitdi artıq mənim qərarım, gəl. S.Rüstəm. 2. Nəticələnmək. Mübahisə nə ilə bitdi? – Pulun getdiyinə baxma, işin bitdiyinə bax. (Ata. sözü). Qalib dönəcəksən bilirəm bunu; Get, ölümlə bitsin yağının sonu. S.Rüstəm. 3. Saralmaq, saralıb qurtarmaq; bitişmək (yara). Ey söyləyən Füzuliyə eşq içrə səbr qıl; Söylə, bu məlhəm ilə kimin bitdi yarəsi? Füzuli. 4. Yerinə yetirmək, əməl etmək. [Hacı Qənbər:] Dürüst fikrində saxla mən deyəni bitməsən, başını kəsəcəyəm. N.Vəzirov.

    Azərbaycan dilinin izahlı lüğəti / bitmək
  • 2 f. Yetişmək, çıxmaq, cücərmək. Bu yerlərdə çoxlu fındıq bitir.

    Azərbaycan dilinin izahlı lüğəti / bitmək

bitmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

bitmək sözünün antonimləri (əks mənalı sözlər)

bitmək sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 BİTMƏK I f. Tamam olmaq, başa çatmaq. Səd şükür ki, qış tükəndi, bitdi; Novruz gəlib, bahar yetdi (A.Səhhət). BİTMƏK II f. Yetişmək, çıxmaq, cücərmək. Bağçamızda gül bitdi; Lalə bitdi, gül bitdi; Vətəndə bir bağ saldıq; Hər nə əkdik, gül bitdi (Bayatı).

    Azərbaycan dilinin omonimlər lüğəti / bitmək

bitmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. расти, произрастать (о растении); 2. прирасти, стоять приросши; 3. завершиться, заканчиваться;

    Azərbaycanca-rusca lüğət / bitmək
  • 2 1 глаг. расти, произрастать, произрасти 2 глаг. 1. кончаться, кончиться, оканчиваться, окончиться, заканчиваться, закончиться. Oyun bitdi игра закончилась, rəsmi hissə bitdi официальная часть закончилась 2. завершаться, завершиться. Tədris ili bitdi завершился учебный год, mübahisə nə ilə bitdi? чем завершилась (закончилась) дискуссия? bitdi! bəsdir! хватит! давольно!

    Azərbaycanca-rusca lüğət / bitmək

bitmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. I. to grow*; to spring* up; Yağışdan sonra ot bitir Grass grows after rain II. 1. to be* over, to be* completed / concluded; 2. to end, to finish, to come* to an end; Bununla hər şey bitdi And that was the end of it

    Azərbaycanca-ingiliscə lüğət / bitmək

bitmək sözünün fransız dilinə tərcüməsi

  • 1 f. 1) croître vi ; pousser vi ; grandir vi ; yağışdan sonra ot bitir l’herbe pousse après la pluie ; 2) achever (s’) ; finir vi, terminer vi oyun bitdi le jeu s’est achevé

    Azərbaycanca-fransızca lüğət / bitmək

bitmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. экъечӀун, акьалтун, акъатун (ттар, хъач, векь ва мс.).

    Azərbaycanca-ləzgicə lüğəti / bitmək
  • 2 гл. 1. куьтягь хьун; тамам хьун, кьилиз акъатун; акьалтӀун; 2. тамам сагъ хъхьун, як (хам) акьалтна кӀев хъхьун, ккӀун хъувун (хер); 3. кьилиз акъудун, амал авун.

    Azərbaycanca-ləzgicə lüğəti / bitmək

bitmək sözünün türk dilinə tərcüməsi

bitmək sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Olmaq, doğulmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

Azərbaycan dastanlarının leksikası

Oxşar sözlər

#bitmək nədir? #bitmək sözünün mənası #bitmək nə deməkdir? #bitmək sözünün izahı #bitmək sözünün yazılışı #bitmək necə yazılır? #bitmək sözünün düzgün yazılışı #bitmək leksik mənası #bitmək sözünün sinonimi #bitmək sözünün yaxın mənalı sözlər #bitmək sözünün əks mənası #bitmək sözünün etimologiyası #bitmək sözünün orfoqrafiyası #bitmək rusca #bitmək inglisça #bitmək fransızca #bitmək sözünün istifadəsi #sözlük