* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Odda qızarmaq və ya suda qaynamaqla çiyliyi rəf olmaq, yeyiləcək hala gəlmək. Ət bişdi. Lobya bişdi. 2. xüs. Odun, şiddətli hərarətin təsiri ilə bərkiyib saxsılaşmaq (saxsı, kərpic və s. haqqında). 3. məc. Təcrübələnmək, ustalaşmaq, püxtələnmək, bərkdən-boşdan çıxmaq. Adam işdə bişər. – [Dəmirov:] Ancaq hələlik burada bişərsən, sonra baxarıq. S.Rəhimov. // Eyni mənada “bişib-bərkimək” şəklində. Muzdur Məşədi Əsgər iyirmi səkkiz ilin ərzində su ilə od arasında bişib-bərkidiyindən əsla azar-bezar bilməzdi. S.M.Qənizadə. // Yetişmək, kamilləşmək, kamala çatmaq. [Toxtamış:] Fikrim bişmiş və kamala çatmışdır. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / bişmək1 Qədim mənası “yemişmək” deməkdir (“bişmiş adamdır” deyirik), deyim də olub: alma bişsin, ağzıma düşsün (ver yeyim, ört yatım...). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / bişmək1 BİŞMƏK I f. Odda qızartmaq və ya suda qaynatmaqla yeyiləcək hala gətirilmək. Qulplu qazanlarda xörək bişər, qara zurna dilə gələrdi. Düz nağıllardakı kimi üç gün, üç gecə çalıb-oynayardılar (İ.Şıxlı). BİŞMƏK II f. Ustalaşmaq, püxtələşmək, təcrübələnmək. Ancaq hələlik burada bişərsən, sonra baxarıq (S.Rəhimov).
Azərbaycan dilinin omonimlər lüğəti / bişmək2 глаг. 1. вариться, свариться 2. печься, испечься, выпекаться, выпечься 3. жариться, изжариться 4. разг. преть, упреть (о пище) 5. перен. приобретать, приобрести опыт, закаляться, закалиться
Azərbaycanca-rusca lüğət / bişmək1 f. 1. to boil, to be* boiling / cooking; to be* ready; Şorba bişir The soup is boiling / cooking; yemək bişdi The meal is ready; 2. (çörək, kərpic) to bake, to be* baking; günün altında ~ to roast in the sun; 3. məc. to gain / to acquire experience, to get* fit, to make* oneself fit
Azərbaycanca-ingiliscə lüğət / bişmək2 to acquire an experience / to make oneself fit свариться (приобрести соответствующий, необходимый опыт)
Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət / bişmək1 f. cuire vi ; rôtir vi, griller vi ; frire vi ; kiçik odda ~ mijoter vi ; yemək bişdi le repas est prêt ; çörək bişir le pain est cuit ; günün altında ~ griller (se) au soleil, rissoler vi ; məc. acquérir de l’expérience ; atteindre la maturité
Azərbaycanca-fransızca lüğət / bişmək1 гл. 1. чурун; ət bişdi як чрана; 2. хуьс. чурун, цӀай финикди кӀеви хьана хъенчӀин гьалдиз атун (хъенчӀин къапар, керпич); 3. пер. тежрибалу хьун, устӀар хьун, лигим хьун; // агакьун, дигмиш хьун, камил хьун.
Azərbaycanca-ləzgicə lüğəti / bişmək