çiləmək sözü azərbaycan dilində

çiləmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çiləmək • 97.1429%
  • Çiləmək • 1.9048%
  • ÇİLƏMƏK • 0.9524%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.11 dəfə / 1 mln.
2006 •••••••• 0.23
2007 •••••••••••••••••••• 0.63
2008 •••••••• 0.24
2010 •••••• 0.18
2013 •••••••••• 0.29
2015 •••••• 0.17
2019 ••••• 0.14
2020 ••••• 0.13

çiləmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Sıçrantı halında, damcıdamcı tökmək, səpmək, sıçratmaq. Başına odekolon çiləmək. – Əsgərin gözü Kosanın qayırmış olduğu çalaya sataşdı. Kosa sısqa arx ilə su gətirər, bu çalaya doldurar, buradan da bostanına çilər və ləzzət alardı. S.Rəhimov. [Qız] hisli lampanın neftini bədəninə çiləyib özünü yandırdı. M.Hüseyn. 2. Az-az, seyrək-seyrək yağmaq, səpələmək (yağış haqqında). Hava çiləyir. – Çiləyir narın-narın ilıq Bakı yağışı; Bizim qəşəng şəhərin birdir payızı, qışı. S.Rüstəm. Artıq gecədən keçmişdi. Arabir yağış çiləyirdi. S.Vəliyev. 3. məc. Səpələmək. Camaat çayın qırağına gələndə ay yavaş-yavaş özünü göstərdi. Bulanıq suya nə qədər nur çilədisə, onu parıldada bilmədi. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / çiləmək

çiləmək sözünün etimologiyası

  • 1 Su anlamı ilə bağlıdır. Çimmək, çamır, çuyuq, suyuq, çay tipli sözlərdəki çi (ça, çu, çı) hissəsi qədimdə, su mənasını əks etdirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / çiləmək

çiləmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

çiləmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. брызгать, прыскать; 2. накрапывать (о дожде);

    Azərbaycanca-rusca lüğət / çiləmək
  • 2 глаг. 1. прыскать, опрыскивать, опрыскать (обдать, покрыть брызгами, мелкими каплями; обрызгать); прыснуть, опрыснуть. Üzünə su çiləmək прыснуть в лицо водой; o, bir ovuc su götürüb, onu rəfiqəsinin üzünə çilədi она зачерпнула горсть воды и брызнула подруге в лицо, otağa su çilədilər комнату брызнули водой, saçlarına ətir çiləmək опрыскать волосы духами, (öz) üstünə odekolon çiləmək прыснуть себя одеколоном (опрыскаться одеколоном) 2. брызгать (идти, падать – обычно о мелком дожде), брызнуть; накрапывать; прыскать. Yağış çiləyir дождь брызжет (прыскает) 3. опрыскивать, опрыскать (обдавать, обдать прысками ядовитых растворов с целью уничтожения с.-х. вредителей, сорняков и т.п.). Ağaclara (kollara) kimyəvi məhlul çiləmək опрыскивать деревья, кусты химическим составом

    Azərbaycanca-rusca lüğət / çiləmək

çiləmək sözünün inglis dilinə tərcüməsi

çiləmək sözünün fransız dilinə tərcüməsi

çiləmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. хъичинун, хъичирун, хъчин, кичин, стӀалар кӀвадарун; ləklərə su çiləmək лакариз яд хъичинун; // гадар жезвай цин стӀалар хьиз чукӀурун, ягъун (мес. одеколон, жими дарман); 2. тӀимил-тӀимил, кьеридаказ къун, стӀаларун (марфади); 3. пер. хъчин, гьар патахъ чукӀурун (мес. ракъини нур, экв).

    Azərbaycanca-ləzgicə lüğəti / çiləmək

çiləmək sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Şamaxı) tumurcuqlanmaq. – Ağajdar çileyib

Azərbaycan dilinin dialektoloji lüğəti.

"çiləmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çiləmək nədir? #çiləmək sözünün mənası #çiləmək nə deməkdir? #çiləmək sözünün izahı #çiləmək sözünün yazılışı #çiləmək necə yazılır? #çiləmək sözünün düzgün yazılışı #çiləmək leksik mənası #çiləmək sözünün sinonimi #çiləmək sözünün yaxın mənalı sözlər #çiləmək sözünün əks mənası #çiləmək sözünün etimologiyası #çiləmək sözünün orfoqrafiyası #çiləmək rusca #çiləmək inglisça #çiləmək fransızca #çiləmək sözünün istifadəsi #sözlük