gizləmək sözü azərbaycan dilində

gizləmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gizləmək • 82.0513%
  • Gizləmək • 15.3846%
  • GİZLƏMƏK • 2.5641%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2006 •••••••••••••• 0.23
2013 ••••••••• 0.15
2014 •••••••••••••••••••• 0.34
2015 •••••••••• 0.17

gizləmək sözünün leksik mənası və izahı

  • 1 bax gizlətmək. Oxunu atıb, yayını gizləmə! (Ata. sözü). …Anası, Səlminazı o biri evə salıb Əmrahdan gizlədi. “Əmrah”. Eyibsiz gözəlin xoş olur xoyu; Gizləməz cəmalı, qaməti, boyu. M.P.Vaqif. [Musanın nəvəsi] sarı portfelini gizlədi, əlinə böyük və qara bir portfel aldı. Qantəmir.

    Azərbaycan dilinin izahlı lüğəti / gizləmək

gizləmək sözünün etimologiyası

  • 1 Giz sözü müşk (yıpar) saxlamaq üçün olan qabı əks etdirib. Deyim də var: müşkü iyi satar. Giz elə qab olub ki, ətirin yayılmasına imkan verməyib. Gizlənmək feili həmin sözdən yaranıb və “bərk saxlamaq, hifz etmək” mənasında işlədilib. İndi məna bir qədər dəyişib, “xəlvət” anlamına uyğun gəlir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / gizləmək

gizləmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. GİZLƏT(M)ƏK Şeir gizlətdiyin çəkmələrinin; Qəzəblə əzmisən, kinlə əzmisən; Şanlı azadlığın düşmənlərini (M.Rahim); [Şərəfnisə] ..cəld uşağa tərəf atıldı, balağına büküb gizlədi.. (Ə.Cəfərzadə); DALDALAMAQ Rüstəm: O da səni soruşur, onu da daldalamışıq (İ.Əfəndiyev); PÜNHAN ETMƏK ..Qara buludlar kövkəbi-hürriyyət üzünü tutub onu yenə pünhan etdi (S.S.Axundov); YAŞIRMAQ (kl.əd.) Seni qamışlıqda yaşıran fələk; Əqlini başından çaşıran fələk... (M.V.Vidadi); YAYINDIRMAQ (xəlvəti gizləmək) Qədim: Balam, sənin atan qulplu qazanları dirigözlü yayındırmazdı? (S.Rəhimov). 2. gizlətmək bax danmaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / gizləmək

gizləmək sözünün rus dilinə tərcüməsi

gizləmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to hide* (d.), to conceal (d.); cinayətkarı ~ to hide* / to conceal a criminal; 2. to keep* back (d.); (hissini) to keep* to oneself, to dissemble (d.), to cover (d.); bir kəsdən nəsə ~ to keep* smth. from smb.; acığını ~ to hide* / to dissemble one’s anger; narahatlığı ~ to cover one’s anxiety; bir kəsin ölümünü bir kəsdən ~ to conceal smb.’s death from smb.; öz adını ~ to conceal one’s name

    Azərbaycanca-ingiliscə lüğət / gizləmək

gizləmək sözünün fransız dilinə tərcüməsi

gizləmək sözünün ləzgi dilinə tərcüməsi

gizləmək sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#gizləmək nədir? #gizləmək sözünün mənası #gizləmək nə deməkdir? #gizləmək sözünün izahı #gizləmək sözünün yazılışı #gizləmək necə yazılır? #gizləmək sözünün düzgün yazılışı #gizləmək leksik mənası #gizləmək sözünün sinonimi #gizləmək sözünün yaxın mənalı sözlər #gizləmək sözünün əks mənası #gizləmək sözünün etimologiyası #gizləmək sözünün orfoqrafiyası #gizləmək rusca #gizləmək inglisça #gizləmək fransızca #gizləmək sözünün istifadəsi #sözlük