* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Başqasının görməməsi, tapmaması üçün gizlin yerdə saxlamaq, gizlin, gözdən uzaq yerə qoymaq. Kəndlilər … qorxularından uşaqları gərmə qalaqlarının içində gizlədib uçitelə deyiblər ki, bizim kənddə heç qədimdən uşaq olmaz. C.Məmmədquluzadə. [Səfər Gülnaza:] Telli məndən gizlədən kimi, sən də pulu atandan gizlədirsənmi? Çəmənzəminli. 2. Bildirməmək, hiss etdirməmək, sezdirməmək. Fikrini (niyyətini) gizlətmək. Qorxusunu gizlətmək. – Ələmdar titrəməsini gizlətməyə çalışaraq, dönüb buradan getmək istədi. S.Rəhimov. [Zəhra] ancaq halındakı dəyişikliyi də gizlədə bilmirdi. M.İbrahimov. // Bilə-bilə bir şeyi xəbər verməmək, üstünü örtmək. Heç bir şeyi gizlətmədən söylədi. 3. Bir şeyin üstünü örtmək, qapamaq. Bahadır yanı üstə çevrildi. Başını yorğanın altında gizlətdi. M.Hüseyn. Sifətini qulaqlı papaq altında gizlətmiş (f.is.) dəmiryolçu qarşımdan ötürdü. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / gizlətmək1 1. GİZLƏT(M)ƏK Şeir gizlətdiyin çəkmələrinin; Qəzəblə əzmisən, kinlə əzmisən; Şanlı azadlığın düşmənlərini (M.Rahim); [Şərəfnisə] ..cəld uşağa tərəf atıldı, balağına büküb gizlədi.. (Ə.Cəfərzadə); DALDALAMAQ Rüstəm: O da səni soruşur, onu da daldalamışıq (İ.Əfəndiyev); PÜNHAN ETMƏK ..Qara buludlar kövkəbi-hürriyyət üzünü tutub onu yenə pünhan etdi (S.S.Axundov); YAŞIRMAQ (kl.əd.) Seni qamışlıqda yaşıran fələk; Əqlini başından çaşıran fələk... (M.V.Vidadi); YAYINDIRMAQ (xəlvəti gizləmək) Qədim: Balam, sənin atan qulplu qazanları dirigözlü yayındırmazdı? (S.Rəhimov). 2. gizlətmək bax danmaq
Azərbaycan dilinin sinonimlər lüğəti / gizlətmək2 глаг. kimi, nəyi kimdən, nədən, harada: 1. прятать, спрятать: 1) помещать, поместить, класть, положить что-л. так, чтобы другие не могли найти. açarı gizlətmək прятать ключ, kitabı gizlətmək прятать книгу, paltarı gizlətmək прятать одежду, pulu gizlətmək прятать деньги, məktubu gizlətmək прятать письмо, divanın arxasında gizlətmək прятать за диваном, yastığın altında gizlətmək прятать под подушкой, sandıqda gizlətmək прятать в сундуке 2) закрывать, закрыть, прикрывать, прикрыть что-л. чем-л. Başını gizlətmək прятать голову, üzünü gizlətmək прятать лицо, qanadının altında gizlətmək прятать под крылом 2. скрывать, скрыть; прятать, спрятать: 1) держать в тайне от других. Sirri gizlətmək скрывать тайну, adını gizlətmək скрывать своё имя, fikrini gizlətmək скрывать своё мнение, heç bir şeyi gizlətməmək ничего не скрывать 2) не показывать кого-л., чего-л. другим, посторонним. Uşaqlardan gizlətmək скрывать от детей, cəmiyyətdən gizlətmək скрывать от общества 3) не давать возможности заметить, обнаружить; сделать незаметным что-л. ağrını gizlətmək скрывать боль, təbəssümünü gizlətmək скрывать улыбку, hisslərini gizlətmək скрывать свои чувства, göz yaşlarını gizlətmək скрывать свои слёзы, nifrətini gizlətmək скрывать свою ненависть, sevincini gizlətmək скрывать свою радость 3. утаивать, утаить кого-л., что-л.: 1) сохранять в тайне. Əsas məsələni gizlətmək утаить главное 2) прятать, спрятать, делать, сделать невидимым для другого. Ondan heç nəyi gizlətmək olmaz от него ничего не утаишь ◊ cidanı çuvalda (torbada) gizlətmək olmaz шила в мешке не утаишь; ipin ucunu gizlətmək прятать концы в воду
Azərbaycanca-rusca lüğət / gizlətmək1 гл. 1. чуьнуьхарун, чуьнуьхун, масабуруз таквадай чкадал эцигун (тун, хуьн); илисарун; 2. винел акъуд тавун, ччиз-ччиз лугьун тавун; ччир тавун, чинеба хуьн (мес. фикир, ният); 3. кӀевун, кутун (мес. кьил яргъандик).
Azərbaycanca-ləzgicə lüğəti / gizlətmək