izləmək sözü azərbaycan dilində

izləmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • izləmək • 99.8996%
  • İZLƏMƏK • 0.0574%
  • İzləmək • 0.0430%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 24.97 dəfə / 1 mln.
2002 •• 3.43
2003 ••••••• 16.14
2004 •••••• 12.13
2005 ••••••••• 19.57
2006 •••••• 12.61
2007 •••• 8.46
2008 •••••••••• 23.14
2009 ••••••••• 19.52
2010 •••••••••••• 27.14
2011 •••••••• 19.30
2012 ••••••••• 20.65
2013 ••••••••• 20.71
2014 •••••••• 17.68
2015 •••••••••••••••• 36.75
2016 •••••••••••••••••• 42.86
2017 ••••••••••••• 30.89
2018 •••••••••••••••••••• 48.39
2019 •••••••••• 23.37
2020 •••••••••••••• 32.89

izləmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Birinin izi ilə, ardınca getmək, təqib etmək, izinə düşmək. – [Xəyyam:] Yox, oxşayacaq ruhumu bir zərrə səadət; İzlər məni hər dürlü fəlakət. H.Cavid. Sarıbəniz uşaqlar həyəcanla bu məhbusları izləyirdilər. S.Vəliyev. Mən inamla irəliləyən Rəşidi addım-addım izləyirdim. M.Rzaquluzadə… // İzinə düşüb axtarmaq, aramaq. Oğrunu izləmək. – Böyük bir mahalın divanı yerindən tərpənib Nəbini izləməyə başlamışdı. S.Rəhimov. // Göz qoymaq, güdmək. Üstü örtülü səbətlərdən şübhələnmiş polis xəfiyyəsi, uzaqdan-uzağa Qulam dayını izləyirdi. M.Hüseyn. Maya daha diqqətlə ərini izləyərək, onda başqa bir qadın iyini duyduqda sarsılmışdı. M.İbrahimov. [Teymur Zərifəyə deyir:] Biz illər uzunu sənin həyatınla maraqlanmış, hər addımını izləmişik. H.Seyidbəyli. 2. məc. Birinin yolu ilə getmək, onun yolunu davam etdirmək, dalınca getmək. Bir dramaturq olaraq [Ü.Hacıbəyov] məhz M.F.Axundov və C.Məmmədquluzadənin dramaturji üslubunu izləyərək … misli görünməmiş komediyalar yazmışdır. Ə.Sultanlı. 3. məc. Təqib etmək, göz qoymaq, müntəzəm tanış olmaq. Gündəlik mətbuatı izləmək. – Firidun … diqqətlə qəzetləri izləyirdi. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / izləmək

izləmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 aramaq — axtarmaq — araşdırmaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / izləmək
  • 3 1. İZLƏMƏK Yerdə qalanları da Məmməd bəyin nökərləri izləyib qılıncından keçirirdi (Çəmənzəminli); ARXASINCA DÜŞMƏK Mədəd naharını qurtarıb qapıdan çıxdı. Kosa onun arxasınca düşdü (S.Rəhimov); DABANLAMAQ (addım-addım izləmək) Yüzlərlə adam bir-birini dabanlayırdı (S.Rəhimov); GİRLƏMƏK [Mindilli:] Zərifə, nə .. girləmisən məni? (S.Rəhimov); TƏQİB ETMƏK/ELƏMƏK Həmid: Bəyəm ancaq inqilabçıları təqib eləyirlər?! (H.Abbaszadə); ARDINA DÜŞMƏK. 2. izləmək bax pusmaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / izləmək

izləmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. идти по следам; 2. выслеживать, преследовать;

    Azərbaycanca-rusca lüğət / izləmək
  • 2 глаг. kimi, nəyi: 1. преследовать, следовать, идти по чьему-л. следу. Canavarı izləmək преследовать волка, inadla izləmək упорно преследовать 2. следить з а кем-л., чем-л.: 1) наблюдать за движением кого-л., чего-л. Təyyarəni izləmək следить за самолетом, oyunu izləmək следить за игрой, hərəkətini izləmək: 1. kimin, nəyin следить за движением кого, чего; 2. следить за действиями, поступками, поведением кого-л.; gözü ilə izləmək следить глазами, uzaqdan izləmək следить издали, diqqətlə izləmək следить внимательно, maraqla izləmək следить с интересом 2) внимательно, с интересом наблюдать. Hadisələrin gedişini izləmək следить за ходом событий, ədəbiyyatı izləmək следить за литературой, modanı izləmək следить за модой, mətbuatı izləmək следить за печатью, fəaliyyətini izləmək kimin, nəyin следить за деятельностью кого, чего ◊ addımaddım izləmək следовать по пятам; hər addımını izləmək kimin следить за каждым шагом

    Azərbaycanca-rusca lüğət / izləmək

izləmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to pursue (d.), to chase (d.), to be* after, to go* after, to follow (d.); düşməni ~ to pursue the enemy; bir kəsi daban-dabana ~ to follow smb. close(ly), to follow hard on smb,’s heel; 2. (xəfiyyə) to shadow (d.); Mən hiss etdim ki, məni izləyirlər, lakin arxamda heç kimi görə bilmədim I felt that I was being shadowed, but I couldn’t see anyone behind me

    Azərbaycanca-ingiliscə lüğət / izləmək

izləmək sözünün fransız dilinə tərcüməsi

izləmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. геле аваз (гуьгъуьнаваз) фин, геле гьатун, гуьгъуьна гьатун; вил алуд тийиз гуьгъуьна къекъуьн; вил алуд тавун, хуьн; 2. пер. садан рехъ давамарун; 3. пер. вил экъуьрун, кӀелун; таниш хьун (мес. газетрихъ галаз).

    Azərbaycanca-ləzgicə lüğəti / izləmək

izləmək sözünün türk dilinə tərcüməsi

"izləmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#izləmək nədir? #izləmək sözünün mənası #izləmək nə deməkdir? #izləmək sözünün izahı #izləmək sözünün yazılışı #izləmək necə yazılır? #izləmək sözünün düzgün yazılışı #izləmək leksik mənası #izləmək sözünün sinonimi #izləmək sözünün yaxın mənalı sözlər #izləmək sözünün əks mənası #izləmək sözünün etimologiyası #izləmək sözünün orfoqrafiyası #izləmək rusca #izləmək inglisça #izləmək fransızca #izləmək sözünün istifadəsi #sözlük