işləmək sözü azərbaycan dilində

işləmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • işləmək • 98.3062%
  • İşləmək • 1.5489%
  • İŞLƏMƏK • 0.1226%
  • iŞləmək • 0.0223%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 31.60 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 78.80
2003 •••••••• 27.95
2004 •••••••• 27.96
2005 •••••••••• 35.76
2006 ••••••••• 34.69
2007 ••••••••• 32.56
2008 ••••••••• 35.08
2009 •••••••• 29.12
2010 ••••••••• 33.50
2011 ••••••••• 33.89
2012 ••••••••• 31.58
2013 ••••••••••• 42.01
2014 •••••••••• 35.70
2015 •••••••• 30.96
2016 ••••••• 24.47
2017 •••••••• 29.75
2018 •••••••• 28.77
2019 ••••••• 26.29
2020 ••••••• 25.46

işləmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. İş görmək, bir işlə məşğul olmaq, çalışmaq, əməyini tətbiq etmək. Tarlada işləmək. Əkində işləmək. Evdə işləmək. Axşamlar işləmək. – O saat bilinirdi ki, sədr arabaçının vicdanla və hamıdan yaxşı işlədiyinə tamamilə arxayın idi. M.Hüseyn. Şərəfoğlu Muğanda iki dəfə uzun müddət yaşayıb işləmişdi. M.İbrahimov. İşçilər istiyə baxmadan od kimi işləyirdilər. Mir Cəlal. // Bir yerdə xidmət etmək. Məktəbdə işləmək. Zavodda işləmək. Harada işləyirsən? – [Həsənağa:] Baxım görüm nəyə ləyaqətləri var, bir əməlli qulluğa qoyum işləsinlər, sən də bir qədər istirahət elə. Ə.Haqverdiyev. Əziz Narıncın maarif şöbəsində işlədiyini bilirdi. S.Rəhman. // dan. Bir vəzifə daşımaq, bir peşədə çalışmaq, …vəzifəsini yerinə yetirmək. Mexanik işləmək. Mühasib işləmək. İdarədə katib işləyir. – Bir gün Məşədibəy vaxtı ilə mühəndis işlədiyi Bayıl elektrik stansiyasından tanıdığı fəhlə dostu ilə küçədə təsadüfən qabaqlaşdı… M.Hüseyn. 2. Çalışaraq yaratmaq, hazırlamaq, mükəmməlləşdirmək, yaxud tədqiq etmək, yaradıcı əməklə məşğul olmaq (çox vaxt “üzərində” sözü ilə). Öz rolu üzərində işləmək. Dissertasiya üzərində işləmək. Yazıçı yeni əsər üzərində işləyir. □ Öz üzərində işləmək – öz biliyini, səviyyəsini, təcrübəsini artırmaq üçün daim məşğul olmaq, çalışmaq. // Bir şeyi islah etmək üçün üzərində düşünmək. Əsərin üzərində çox işləmək lazımdır. 3. Müntəzəm surətdə öyrətməklə, yetişdirməklə, tərbiyələndirməklə məşğul olmaq. Kadrlarla işləmək. Uşaqlarla işləməyi bacarmaq lazımdır. 4. Hər hansı alət, cihaz, maşın və s. vasitəsilə iş görmək. Maşınla işləmək. İynə ilə işləmək. Çəkiclə işləmək. 5. Bədən üzvlərinin fəaliyyəti haqqında. Ürəyi işləmək. Nəbzi zəif işləyir. Mədəsi yaxşı işləmir. – Məmməd kişinin beyni maşın dəyirmanı kimi işləməyə başladı. S.Rəhman. Sanki, Fərhadın ürəyi elə bu an işləməyə, onun vücudu bu dəqiqə hərəkət etməyə başladı. Ə.Vəliyev. 6. Hərəkətdə olmaq, dayanmadan iş görmək (maşın və s. haqqında). Maşın işləyir. Telefon işləyir. Saat düz işləyir. // Müəyyən istiqamət üzrə müntəzəm gedib-gəlmək. Bu küçədən avtobus işləyir. // Saat haqqında. Saat 2-yə işləyir. – Nəhayət, saat birə on beş dəqiqə işləmiş Səlimi gəldi. M.İbrahimov. [Rəis:] Daha bəsdir, – dedi, – qalanını səhər hesablarıq, saat birə işləyir. İ.Əfəndiyev. 7. Hər hansı bir material və s. vasitəsilə hərəkət etmək, hərəkətdə olmaq. Parovoz daş kömürlə işləyir. Motor benzinlə işləyir. 8. Açıq olmaq, fəaliyyətdə olmaq, xidmət göstərmək. Poçt bütün günü işləyir. Kitabxana həftənin bütün günlərində işləyir. Teatr bu gün işləmir. 9. Prosesi davam etmək, uzanmaq (xəstəlik, yara və s. haqqında). Əlinin yarası işləyir. – Yara işləyib sim eləmiş, iki ay onu ibadətdən qoymuşdu. Mir Cəlal. 10. Həkk etmək, qazımaq, yaxud naxış vurmaq, bəzək vurmaq. Qabın üstünü işləmək. Köynəyin yaxasını işləmək. – Xəncəri işlə, yolla; Üstün gümüşlə, yolla; Mənə beş alma göndər; Birini dişlə, yolla. (Bayatı). 11. Bir şeyin içərisinə keçmək, dərinləşmək. Güllə bədəninə xeyli işləyib. // Təsir etmək, keçmək, girmək, yerimək (çox vaxt “iliyinə” sözü ilə). Soyuq adamın iliklərinə işləyir. – Səhər ayazı hətta sağ adamın iliyinə işləyirdi. M.Hüseyn. İndi ruhuna dolan qorxu və təlaşla bərabər, qızın vücuduna soyuq işləyir, o titrəyir, lakin hələlik özünü saxlayırdı. Ə.Məmmədxanlı. Sabah ertənin soyuğu çılpaq insanların iliyinə qədər işləyirdi. Ə.Vəliyev. // Girmək, nüfuz etmək. Su torpağın dərinliklərinə işləmişdi. 12. məc. Təsiri olmaq, hökmü çatmaq, nüfuzu çatmaq. Sayalının kağız-baratsız, qolsuz, möhürsüz hökmü dəmir yolundan Kürün qırağına qədər işləyirdi. Mir Cəlal. 13. Açılmaq, atılmaq. Lakin çıxar-çıxmaz bir-birinin ardınca iki güllə işlədi. T.Ş.Simurq. 14. məc. Təsvir etmək, izah etmək, göstərmək. Yazıçı əsərdəki surətləri diqqətlə işləmişdir. 15. Etmək, yol vermək, görmək. İşlədiyi ağır cinayətlərin dəhşətli xofundan təntiyən Ələmdar toqqasını açdı. S.Rəhimov. Son zaman Rüstəm kişi oğlunun tora düşməsindən, pis bir günah işləməsindən qorxurdu. M.İbrahimov. 16. İşlək olmaq, gediş-gəlişli olmaq. Bu yollar işləməsin; Bəzirgan qışlamasın; Mən sevdim, sən apardın; Tanrı bağışlamasın. (Bayatı). 17. Bir sıra isimlərlə yanaşı, mürəkkəb feil və ifadələr düzəldilir; məs.: ağzı işləmək, başı işləmək, fikri işləmək.

    Azərbaycan dilinin izahlı lüğəti / işləmək

işləmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

işləmək sözünün antonimləri (əks mənalı sözlər)

işləmək sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 İŞLƏMƏK I f. İş görmək, fəaliyyət göstərmək. Bir ay nə işlədik, nə donluq aldıq; Qəpik-quruşsuz avara qaldıq (S.Vurğun). İŞLƏMƏK II f. Mədə pozğunluğu nəticəsində tez-tez bayıra çıxmaq.

    Azərbaycan dilinin omonimlər lüğəti / işləmək

işləmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. работать, действовать, функционировать; 2. обрабатывать, разрабатывать, перерабатывать; 3. проникать, воздействовать, пронизать; 4. курсировать; 5. слабить (о желудке);

    Azərbaycanca-rusca lüğət / işləmək
  • 2 1 глаг. 1. работать: 1) заниматься каким-л. делом, вкладывая в него свой труд. Tarlada işləmək работать в поле, fabrikdə işləmək работать на фабрике, evdə işləmək работать дома, plan üzrə işləmək работать по плану, qrafik üzrə işləmək работать по графику, gecəligündüzlü işləmək работать днём и ночью, könülsüz işləmək работать неохотно (без души, без огонька, без охоты), başdansovdu işləmək работать спустя рукава, yorulmadan işləmək работать без устали, fasiləsiz işləmək работать беспрерывно, müntəzəm işləmək регулярно (систематично) работать, bir növbədə işləmək работать в одну смену, gərgin işləmək напряженно работать, səmərəli işləmək эффективно работать, əlbir işləmək работать сообща, namusla işləmək честно работать, birgə işləmək работать вместе, kimin əvəzinə işləmək работать за кого, gələn ilin hesabına işləmək работать в счёт будущего года; heç yerdə işləməmək нигде не работать 2) иметь какое-л. занятие, должность, службу. Həkim işləmək работать врачом, ixtisası üzrə işləmək работать по специальности, direktor vəzifəsində işləmək работать в должности директора, ictimai əsaslarla işləmək работать на общественных началах 3) систематически обучать, воспитывать кого-л. Kütlələrlə işləmək работать с массами, kadrlarla işləmək работать с кадрами, gənclərlə işləmək работать с молодёжью 4) трудясь, создавать, совершенствовать что-л. Məqalə üzərində işləmək работать над статьёй, dissertasiya üzərində işləmək работать над диссертацией, öz üzərində işləmək работать над собой, lüğətlə işləmək работать со словарём 5) заниматься каким-л. трудом, обслуживая кого-л., что-л. Başqaları üçün (başqalarına) işləmək работать на других, özü üçün (özünə) işləmək работать на себя, öz ailəsi üçün işləmək работать на свою семью 6) находиться в действии, действовать (о механизмах, устройствах). Mühərrik işləyir двигатель работает, aparatlar normal işləyir аппаратура работает нормально, televizor işləyir телевизор работает, telefon işləyir телефон работает, ahəngdar işləmək работать ритмично, təmirsiz işləmək работать без ремонта; saz işləyir исправно работает 7) пользоваться чём-л. как инструментом. Balta ilə işləmək работать топором, mişarla işləmək работать пилой 8) управляя чем-л., приводить в действие. Traktorda işləmək работать на тракторе, kombaynda işləmək работать на комбайне 9) nə ilə. действовать с помощью тех или иных приспособлений и материалов, на ч ёмлибо; потреблять что-л. Maşın benzinlə işləyir машина работает на бензине, mazutla işləyir nə работает на мазуте что, zavod yerli xammalla işləyir завод работает на местном сырье 10) быть открытым (для посетителей, покупателей и т.п.). Poliklinika saat 8-dən işləyir поликлиника работает с 8 часов, mağaza saat 10-dan işləyir магазин работает с 10 часов 11) действовать, выполнять свои функции (об органах тела). Mədəsi yaxşı işləyir желудок хорошо работает, ürəyi yaxşı işləyir сердце хорошо работает 2. долго не заживать (о ране), плохо заживать. Yarası işləyir рана не заживает 3. отделывать, отделать (снабжать, снабдить какими-л. украшениями). Sədəflə işləmək nəyi отделать перламутром что 4. пронизывать (оказывать сильное, острое действие на кого-л. – о холоде, морозе, ветре). Soyuq sümüklərimə işləyirdi холод пронизывал до костей 5. иметь силу, влияние. Hökmü artıq işləmirdi kimin власть чья уже не имела силы 6. срабатывать, сработать (производить, произвести нужное действие). Çaxmaq avtomatik işləyir затвор срабатывает автоматически, mexanizm işləmədi механизм не сработал 7. разрабатывать, разработать. Tədbirlər planı işləmək разрабатывать план мероприятий, mövzunu işləmək разрабатывать тему 8. совершать, совершить. Cinayət işləmək совершить преступление, günah işləmək совершить грех ◊ ağzı işləyir kimin беспрерывно жует кто; başı işləyir kimin голова работает у кого; əli işləyir kimin шарит руками к т o, iki tərəfə işləmək работать на два фронта, вести двойную игру; çiyin-çiyinə işləmək работать плечом к плечу; əl-ələ verib işləmək работать рука об руку; qəddini düzəltmədən işləmək работать, не разгибая спины; işləməyən dişləməz кто не работает, тот не ест 2 глаг. вышивать, вышить (украшать, украсить узорным шитьём)

    Azərbaycanca-rusca lüğət / işləmək

işləmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to work; ciddi / bərk / səylə ~ to work hard, to work with zeal / diligence; to work tooth and nail idiom.; kitab üzərində ~ to work on a book; fabrikdə ~ to work at a factory; qul kimi ~ to work like a slave; 2. (motor və s.) to run*, to function; Motor rahat işləyir The engine is running smoothly; Telefon işləmir The telephone doesn’t function, The telephone is out of order; 3. (mağaza, kitabxana və s.) to be* open; Kitabxana saat 9-a kimi işləyir The library is open till 9 o’clock; 4. (cinayət) commit; cinayət ~ to commit a crime; qarnı ~ to have* diarrhoea; Uşağın qarnı işləyir The child has diarrhoea

    Azərbaycanca-ingiliscə lüğət / işləmək

işləmək sözünün fransız dilinə tərcüməsi

işləmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. кӀвалахун, кӀвалах авун; bostanda işləmək сала кӀвалахун; ürəyi işləmək рикӀи кӀвалахун; traktor işləyir тракторди кӀвалахзава; // öz üzərində işləmək жуван (вичин) винел кӀвалахун, жуван (вичин) чирвилер, тежриба артухарун патал гьамиша машгъул хьун, алахъун; 2. къуллугъ авун, къуллугъун; // рах. са везифа (пеше) кьуна кӀвалахун, ... везифа кьилиз акъудун; idarədə işləmək идарада кӀвалахун; mühasib işləmək бухгалтер кӀвалахун; 3. нехиш ягъун (авун, атӀун, ттун), гиширар авун (атӀун, ттун); 3. са затӀунин къенез фин, дериндиз фин, нуфуз авун, фин (мес. гуьлле кӀарабдал кьван); эсер авун, гьатун (мес. кӀарабда къай); 4. пер. эсер хьун, таъсир хьун, агакьун (гьукум); ише фин; 5. акъатун, ягъун (мес. гуьлле); 6. пер. кхьена къалурун, баян авун, кхьин, къалурун; 7. рехъ гун, авун (мес. гунагь, тахсир); ** ağzı işləmək а) сиви кӀвалахун, жакьун, тӀуьн; гирнагъун; б) пер. гзаф рахун, лагълагъ авун, барбияр ягъун; başı işləmək кьили кӀвалахун, акьул жував (вичив) хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / işləmək

işləmək sözünün türk dilinə tərcüməsi

"işləmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#işləmək nədir? #işləmək sözünün mənası #işləmək nə deməkdir? #işləmək sözünün izahı #işləmək sözünün yazılışı #işləmək necə yazılır? #işləmək sözünün düzgün yazılışı #işləmək leksik mənası #işləmək sözünün sinonimi #işləmək sözünün yaxın mənalı sözlər #işləmək sözünün əks mənası #işləmək sözünün etimologiyası #işləmək sözünün orfoqrafiyası #işləmək rusca #işləmək inglisça #işləmək fransızca #işləmək sözünün istifadəsi #sözlük