minmək sözü azərbaycan dilində

minmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • minmək • 96.2121%
  • Minmək • 2.2727%
  • MİNMƏK • 1.5152%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.77 dəfə / 1 mln.
2004 ••• 0.34
2006 •• 0.23
2007 •••• 0.63
2009 •• 0.32
2010 •••••• 0.91
2011 •••••••• 1.20
2012 •••••• 0.86
2013 •••••••••••••••••••• 3.36
2014 ••••••••• 1.37
2015 ••••••••• 1.36
2017 •• 0.33
2018 ••• 0.45
2020 •• 0.27

minmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. At və ya başqa minik heyvanının üstünə qalxmaq, oturmaq. At minib cıdıra çıxmaq, tüfəng atmaq. [Kiçikbəyim] üçün təbii bir ehtiyac kimi idi. Çəmənzəminli. O yanaşdı dəvəyə; Ancaq minə bilmədi. B.Vahabzadə. // Bir yerə getmək üçün nəqliyyat vasitələrindən birinə oturmaq. Təyyarəyə minmək. 2. Oturmaq, əyləşmək. Tapdıq atasını görən kimi anasının belindən düşüb atasının qucağına mindi. Ə.Vəliyev. Əziz artıq pul sərf edib özgə maşınına xəlvət minməyi sevməzdi. S.Rəhman. 3. Bir sıra isimlərdən sonra gətirilərək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: dalına minmək, qiymətə minmək və s.

    Azərbaycan dilinin izahlı lüğəti / minmək

minmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

minmək sözünün antonimləri (əks mənalı sözlər)

minmək sözünün rus dilinə tərcüməsi

  • 1 садиться (верхом на пароход, на поезд и т.д.)

    Azərbaycanca-rusca lüğət / minmək
  • 2 глаг. 1. садиться, сесть верхом: 1) садиться верхом на лошадь 2) взбираться, взобраться на что-л. Belinə minmək сесть на спину чью-л., dizinə minmək сесть на колени чьи-л. 2. садиться, сесть во что, на что. Tramvaya minmək садиться в трамвай, avtobusa minmək садиться в автобус, təyyarəyə minmək садиться в самолёт ◊ hörmətə minmək стать авторитетным; boynuna minmək kimin садиться на шею к ому, minib səyirtmək kimi ездить верхом на ком; yəhərləyib minmək kimi садиться на голову к ому; cin atına minmək прийти в бешенство, взбеситься

    Azərbaycanca-rusca lüğət / minmək

minmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to take* (d.); (gəmiyə, maşına və s.) to board, to get* in; Mən Moskvaya gedən qatara minməliyəm I must take the train to Moscow; O, bu tramvaya minməlidir He / She must take this tram; 2. (ata) to mount (d.); ata ~ to mount a horse

    Azərbaycanca-ingiliscə lüğət / minmək

minmək sözünün fransız dilinə tərcüməsi

  • 1 f. prendre vt ; monter vi (ê) à ; embarquer (s’), gəmiyə ~ monter vi (ê) à bord ; ata ~ monter vi (ê) à cheval ; avtobusa ~ prendre un bus ◊ cin atına ~ être enragé, -e, être fou (f folle) de colère ; mettre (se) en colère ; bir kəsi ~ exploiter qn

    Azərbaycanca-fransızca lüğət / minmək

minmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. акьахун; ацукьун (мес. балкӀандал, машинда ва мс.); atdan düşüb eşşəyə minməzlər. Ata. sözü балкӀандилай эвичlна, ламрал акьахич; ** boynuna minmək кил. boyun; dalına minmək кил. dal¹; qüvvəyə minmək кил. qüvvə.

    Azərbaycanca-ləzgicə lüğəti / minmək

minmək sözünün türk dilinə tərcüməsi

"minmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#minmək nədir? #minmək sözünün mənası #minmək nə deməkdir? #minmək sözünün izahı #minmək sözünün yazılışı #minmək necə yazılır? #minmək sözünün düzgün yazılışı #minmək leksik mənası #minmək sözünün sinonimi #minmək sözünün yaxın mənalı sözlər #minmək sözünün əks mənası #minmək sözünün etimologiyası #minmək sözünün orfoqrafiyası #minmək rusca #minmək inglisça #minmək fransızca #minmək sözünün istifadəsi #sözlük