* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Bəzi yoluxucu xəstəlik mikroblarını yayan qoşaqanadlı həşərat, çibin. Milçək bir şey deyil, könül bulandırır. (Məsəl). Dedi divanə: – Ey şəhi-məğrur; Mənə milçəklər eyləyir azar. S.Ə.Şirvani. ◊ Milçək vızıltısı qədər – qətiyyən, əsla təsiri olmayan söz, səs və s. haqqında. Nəzarətçinin bağırtısı milçək vızıltısı qədər də təsir eləmirdi. M.Hüseyn. Milçək qovmaq (tutmaq) – avaralanmaq, heç bir işlə məşğul olmamaq, boş-bekar dayanmaq. Milçək kimi vızıldamaq – ara vermədən, eyni sözü dönədönə təkrarlamaq. Akif əsəbi halda gəzinir. Süleyman onun dalına düşüb milçək kimi qulağının dibində vızıldayır. M.İbrahimov. Milçək uçsa eşidilər – tam sakit, xamuş, səssiz yer haqqında. Kimsə dinmir, milçək uçsa eşidərsən otaqda; Qonurgözlü bir uşaq da oturmuş bir bucaqda. S.Rüstəm.
Azərbaycan dilinin izahlı lüğəti / milçək1 Mil sözü ilə bağlıdır, sancma əlamətinə görə belə adlanıb. Mil-sə-k kimi olub (“mili olan” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / milçək1 MİLÇƏK [Qarı:] Elə qızdır ki, üzünə milçək qonsa ayağının yeri qalar (M.S.Ordubadi); ÇİBİN Bu sözlərin bir çibin vızıltısı qədər Ağamütsələ təsiri olmamışdı (A.Şaiq); MƏKƏS (kl.ıd.) Qəndü nəbati-Misrə edibdir məgər həvəs; Ləli-ləbin nikarə qonub bəxtəvər məfas (S.Ə.Şirvani); SİNƏK (dial.) Nə ətin incidər, sənin insan; Nə dərin: mığmığı, sinəkdən qaç! (M.Ə.Möcüz).
Azərbaycan dilinin sinonimlər lüğəti / milçək2 I сущ. муха (двукрылое насекомое, являющееся переносчиком возбудителей ряда заразных болезней). At milçəyi лошадиная муха, ev milçəyi домовая муха, leş milçəkləri падальные мухи II прил. мушиный. Milçək vızıltısı мушиное жужжание ◊ milçəkdən fil düzəltmək, milçəkdən dəvə qayırmaq делать из мухи слона (верблюда); milçəyin də xətrinə dəyməz и мухи не обидит (о безобидном человеке); milçək kimi (qırılırlar) как мухи (мрут, дохнут); milçək qovmaq (tutmaq) считать мух, галок; milçək uçsa səsi eşidilər слышно как муха пролетит (о полной тишине), milçək şirniyə daraşan kimi daraşmaq липнуть как мухи к мёду
Azərbaycanca-rusca lüğət / milçək1 is. mouche f ; ~dən fil düzəltmək faire d’une mouche un éléphant ; ~ uçsa eşidilərdi on aurait entendu une mouche voler
Azərbaycanca-fransızca lüğət / milçək1 сущ. тӀветӀ, тӀватӀ; qartal milçək tutmaz. Ata. sözü лекьре тlветlер кьадач; // тӀветӀрен; ** milçək qovmaq (tutmaq) тӀветӀ чукурун, са карни тийиз гьакӀ акъвазун; milçək kimi vızıldamaq гьа са гаф ара датӀана, элкъвез-хквез тикрар авун.
Azərbaycanca-ləzgicə lüğəti / milçək