* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Dinə görə, Allahın göstəriş və əmrlərini yerinə yetirən, çox gözəl qadın surətində qeyri-maddi qanadlı bir məxluq; məlaikə. Mədhin oxur göy üzündə mələklər; Hər biri bir türfə nidayə düşər. M.V.Vidadi. Cənnətin hurisi, ərzin mələki; Yetişməz yüz çala əl-ayaq sənə. Q.Zakir. Ümid bağlamadın göydə mələkə; Dedin ki, yer qızı ondan gözəldir! S.Vurğun. 2. məc. Çox gözəl və ya məsum, xoşxasiyyət adam haqqında. Çöllər, təpələr doldu; Şən üzlü mələklərlə. A.Şaiq. // Mələkim şəklində – nəvazişlə müraciət. [Turxan bəy:] Canın nə istərsə, qəlbindən nə keçirsə, bir an içində mühəyya olur, mələkim! H.Cavid. [Rüstəm:] Gözəl mələkim! Mən də fərağında məcnunam. C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / mələk3 ə. 1) Allahın ən yaxın xidmətçilərindən olan fövqəltəbii məxluq; 2) m. gözəl; 3) m. həlim, nəcib. Mələki-müərrəb mələklərdən hər biri.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mələk1 1. MƏLƏK (dinə görə fövqəltəbii bir qüvvə) [Şeyx:] Mələklər, hurilər, pərilər səni; Alıb qanadına gəzdirir səni (S.Vurğun); FİRİŞTƏ (kl.əd.) Bir soyu soylamaq gərək; Bir acı doylamaq gərək; Bir dildən söyləmək gərək; Firiştələr bilməz ola (Xətayi); MƏLAİKƏ Molla: ..mən indiyə kimi ..məlaikə görməmişəm (M.N.lət.). 2. mələk bax gözəl 1
Azərbaycan dilinin sinonimlər lüğəti / mələk2 сущ. см. məlaikə. Mələyim! ангел мой! (ласковое обращение, преимущественно к любимой женщине)
Azərbaycanca-rusca lüğət / mələk1 [ər.] сущ. малаик, мелек (1. дин. Аллагьдин буйругъар кьилиз акъуддай, гзаф гуьзел дишегьлидин кӀалуб авай лувар квай са махлукь); 2. пер. гзаф гуьзел (иер), хъсан (хуш) къилих авай, малаик хьтин кас).
Azərbaycanca-ləzgicə lüğəti / mələk