Məkkə sözü azərbaycan dilində

Məkkə

Yazılış

  • Məkkə • 99.3717%
  • məkkə • 0.3141%
  • MƏKKƏ • 0.3141%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məkkə
Məkkə (مكة) — Səudiyyə Ərəbistanında bir şəhər. Tam adı Məkkə Əl-Mükərrimə olan şəhər Səudiyyə Ərəbistanı Krallığının Qərbində Mədinə və Taif şəhərləri arasında yerləşmışdır. Ərəb dilində Mərkəz mənasını daşıyan şəhər Ummul Qura, Beyt ul-Əmin, Bəkkə kimi də qeyd olunur. Məkkəni daha çox məşhur edən orada yerləşən Kəbə evidir. Qurani Kərimdə Allah Təlanın evi adlandırılan Kəbə İbrahim peyğəmbər tərəfindən ilk dəfə tikildiyi bildirilir. Bu gün bütün dünyada namaz qılan və dua edən müsəlmanlar üzlərini məhz Qibləyə yəni Məkkə şəhərində yerləşən Kəbə evinə (Bəkkə) tərəf tuturlar. Məkkə şəhəriində 1700000 insan yaşayır. Həcc ziyarəti zamanı şəhərin əhalisi dəfələrlə artır. Səudiyyə Ərəbistanı kralı Məkkə və Mədinə şəhərlərinin müdafiəçisi sayılır. Qeyri-müsəlmanların şəhərə daxil olması qadağandır.
Məkkə məscidi
Məkkə məscidi — Heydərabadda, Pəncabdakı ən qədim məscidlərdəndir. Həmçinin o, Hindistanın ən böyük məscidlərindəndir. Məkkə məscidi Heydərabadın qədim irsinə daxildir. Məhəmməd Qulu Qütb Şah “Qütb şahilər” nəslinin 5-ci hökmdarı olmuşdur. Onun təşəbbüsü ilə Məkkədən daşlar gətirilir və məscidin inşasına başlanır. Sonradan məscidə Şahın adı verilir. Məscid binası Şahın saldıracağı şəhərin mərkəzində olacaqdı. Məkkə məscidi şahın elə öz hakimiyyəti dövründə də inşa edilir. Üç tağlı fasad tək parça qranitdən yonulub. Onun hazırlanması 5 il vaxt alıb.
Məkkə teli
Məkkə çayı
Məkkə Şərifliyi
Məkkə Şərifliyi (ərəb. شريف مكة‎) və yaxud Hicaz şərifliyi — 968-ci ildən 1813-cü ilə qədər Ərəbistan yarımadasında mövcud olmuş dövlət. 1517-ci ildən etibarən Osmanlı İmperiyasının tərkibinə daxil olmuş, ancaq müstəqilliyini tam itirməmişdi. Osmanlı İmperiyasının tərkibində olan Osmanlı Ərəbistanı torpaqlarında öz muxtariyyətlərini qoruyub saxlamışdılar. Məkkə şərifliyi bir qayda olaraq Məhəmməd Peyğəmbərin nəvəsi Həsən bin Əlinin nəsli tərəfindən idarə edilirdi. == Tarixi == 1517-ci ildə bölgə Osmanlılar tərəfindən işğal edilir. Ancaq, Osmanlılar şəriflərin hakimiyyətinə toxunmadılar. Osmanlı İmperiyasının zəifləməsi ilə Hicaz, Nəcd və Ərəbistanın digər bölgələrində Vəhhabilər müstəqilləşməyə meyl göstərdilər. Misir hakimi Qavalalı Mehmed Ali Paşanın oğlu Əhməd Tosun Paşa 1813-cü ildə Hicaza təşkil etdiyi hücumda vəhhabiləri məğlub edir və bölgəni Osmanlılar adına idarə edir. 1845-ci ildə Osmanlı hökuməti Hicaz şərifliyini ləğv etdirir.
Məkkə döyüşü (1813)
Məkkənin Osmanlı İmperiyasına qaytarılması, Məkkə döyüşü (türk. Mekke'nin Osmanlıya Dönüşü) — Osmanlı-Səudiyyə müharibəsi dövründə Ciddə ələ keçirildikdən bir neçə gün sonra baş verən döyüş. Birinci Səudiyyə dövlətinin ordusu və Məkkədə olan 1000 şəxs Kavalalı Mehmed Əli Paşaya və Tusun Paşaya təslim oldu. Beləcə, Məkkə yenidən Osmanlı İmperiyasının tərkibinə qatıldı. == İstinadlar == == Mənbə == Facey, William & Grant, Gllian: Saudi Arabia by the First Photographers . ISBN 0-905743-74-1 Captain G. S. Froster : 'A trip Across the Peninsula – Rehla Abr Al-Jazeera, (Arabic). Mombai – India, 1866.
Məkkə döyüşü (1916)
Məkkə döyüşü (ərəb. معركة مكة المكرمة‎, türk. Mekke Savaşı) — 1916-cı ildə Haşimilər sülaləsinin qurucusu olan, Məkkə şərifi Şərif Hüseynin rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə Hicaz-Ərəb üsyançı qüvvələri arasında olmuş döyüş. Məkkə döyüşü Birinci Dünya Müharibəsinin bir hissəsi olan Ərəb üsyanının bir hissəsidir. == Arxa plan == Məkkə şərifi Şərif Hüseyn, Ədəndən Hələbə qədər uzanan vahid bir ərəb dövləti qurmağı planlaşdırırdı. Bu məqsədlə o, Britaniyalılardan kömək istədi. == Döyüş == 1916-cı ilin iyun ayının əvvəlində Osmanlı ordusunun əksər hissəsi Hicazın valisi Qalib Paşa ilə Ərəbistanın bir təpə stansiyası olan Taif şəhərinə getmişdi. Məkkəni müdafiə etmək üçün yalnız 1,000 əsgər qalmışdı. İyunun 10-da Məkkə şərifi Hüseyn ibn Əli, Ərəb üsyanının başladığı bildirmək üçün Haşimilər sarayının pəncərəsindən havaya atəş açdığı zaman, əsgərlərin əksəriyyəti vadidə baraklarda yatmışdı. Bu eşidən 5,000 ərəb, türk qoşunlarına atəş açmağa başladı.
Məkkə çayı (bitki)
Məkkə çayı (içki)
Məkkədə kran aşması
Məkkədə kran aşması — Səudiyyə Ərəbstanının Məkkə şəhərində Kəbə yaxınlığında tikinti işlərinin getdiyi Matəf adlı sahədə qaldırıcı kranın aşması hadisəsi.Qeyd olunur ki, kran Bin-Ladenin ailəsinin şirkətinə mənsub olub. == Dünyanın reaksiyası == İran-İran İslam Respublikasının prezidenti Həsən Ruhani "Məkkədə kran aşması" hadisəsində şəhid olanların ailələrinə baş sağlığı yolladı.Ruhaninin baş sağlığında deyilir: "Qəzada dünyasını dəyişənlərə Allahdan rəhmət,yaxınlarına baş sağlığı,yaralananlara şəfa diləyirəm".Bundan başqa İran İslam Respublikası hər bir yardımı etməyə hazırdı dedi. {{ {{{1}}} | miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink = }}-Prezident Rəcəb Tayyib Ərdoğan, Səudiyyə kralı Salman bin Əbdüləzizə bir-başa telefonla zəng edərək hadisəyə üzüldüyünü şəhidlərə Allahdan rəhmət və yaralanlara şəfa diləyirəm.
Məkkənin fəthi
Məkkənin fəthi (ərəbcə: فتح مكة‎) — 11 yanvar 630-cu ildə müsəlmanların, Qüreyşlilərin əlindən Məkkəni ələ keçirməsi hadisəsidir. == Fəthdən əvvəl == Bir müddət əvvəl müsəlmanlar və Məkkə paqanları ("müşriklər") arasında Hudeybiye Anlaşması imzalanmışdı. Məkkə Qureyşin müttəfiqi olan Bani Bəkir qəbiləsi, bu müqavilənin əksinə olaraq, müsəlmanların himayəsində olan Bani Huzaa qəbiləsinə hücum etdi. Məhəmməd, Məkkəyə öldürülənlərin qan qiymətinin ödənilməsi və ya Bəni Bəkir qəbiləsi ilə ittifaqa son qoyulması lazım olduğunu, əks təqdirdə Hudeybiya müqaviləsinin pozulduğunu və döyüşməyə məcbur olacağını xəbər verdi. Məkkə əhalisi təklifləri rədd edərək müharibəyə hazırlaşacaqlarını elan etdilər.Məkkə müşrikləri sonradan fikirlərini dəyişdirərək Əbu Süfyanı müsəlmanları bir barışığa inandırmaq üçün Mədinəyə göndərdilər. Ancaq danışıqlardan heç bir nəticə alınmadı. == Fəth == Məhəmməd hicrətin 8-ci ilində, 13-cü Ramazan ayında 10 min nəfərlik bir ordu ilə Mədinədən ayrıldı. Məhəmməd ordusunu 4 qola böldü və ordusuna belə bir əmr verdi: "Sizə qarşı çıxmayınca, sizə hücum edilməyəcək, heç kimlə döyüşməyəcəksiniz, kimsəni öldürməyəcəksiniz." Məhəmməd hərəkət etməyi əmr etdi və Fəth surəsini oxuyaraq Məkkəyə daxil oldu. 3 qol heç bir müqavimətlə qarşılaşmadığı halda Xalid bin Vəlidin rəhbərliyindəki 4 qol İkrima bin Əbu Cəhilin rəhbərliyindəki kiçik bir hücumu dəf etdi. Əfv elan olunduğunu və Əbu Süfyana bildirdiyinə görə heç kimə toxunulmayacağını bildirdi.
Məkkəyi Mehmed Əfəndi
Məkkəyi Mehmed Əfəndi (1714, Məkkə, Həbəşistan əyaləti – 1797, Konstantinopol) — Osmanlı alimi, xəttat və şeyxülislamı. Oğlu Mustafa Asım Əfəndi II Mahmud dönəmində 3 dəfə şeyxülislam olmuşdur. == Həyatı == 1714-cü ildə Məkkədə dünyaya gəldi. Sarayın anbar bölümündən yetişən və daha sonra Məkkə qazılığına qədər yüksələn Xəlil Əfəndinin oğludur. Ancaq doğulduqdan qısa müddət sonra atasının vəfat etməsi səbəbilə bir neçə aylıq ikən İstanbula gətirildi. Burada təhsilini tamamladıqdan sonra 1735-ci ilin mayında müdərris olaraq xidmətə başladı. 1771-ci ilin iyununda Dəməşq, 1776-cı ilin martında Mədinə, 15 avqust 1784-cü ildə isə İstanbul qazısı təyin edildi. 2 avqust 1785-ci ildə xidmət müddətini tamamlaması səbəbilə vəzifədən alınsa da, Anadolu qazəsgərliyinə namizəd seçildi. 11 fevral 1786-cı ildə namizədi olduğu Anadolu qazəsgərliyinə gətirilən və Rumeli qazəsgərliyinə namizəd seçilən Mehmed Əfəndi 4 aprel 1787-ci ildə Mehmed Sadiq Əfəndinin vəfatı ilə Rumeli qazəsgərliyinə gətirildi. 24 noyabr 1787-ci ildə Müftizadə Əhməd əfəndinin vəzifədən alınmasıyla onun yerinə şeyxülislam oldu.
Məkkəyizadə Mustafa Asım Əfəndi
Məkkəyizadə Mustafa Asım Əfəndi (1762, Konstantinopol – 19 noyabr 1846, Konstantinopol) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. == Həyatı == 1762-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası I Əbdülhəmid və III Səlim səltənətlərində şeyxülislam olmuş Məkkəyi Mehmed Əfəndidir. Atasından və dönəmin digər alimlərindən dərslər aldıqdan sonra 1785-ci ildə müdərris oldu. Bir çox mədrəsələrdə xidmət göstərdikdən sonra 1797-ci ildə Qalata qazılığına, 1809-cu ildə isə İstanbul qazılığına təyin edildi. Ardından 1812-ci ildə Rumeli qazəsgəri və 27 yanvar 1818-ci ildə şeyxülislamlığa yüksəldi. Ancaq bu ilk şeyxülislamlığı əsnasında sultana yaxınlığı ilə seçilən Halət Əfəndidən çəkinməsi səbəbilə rahat fəaliyyət göstərə bilməmiş, nəticədə 3 sentyabr 1819-cu ildə vəzifədən alınmışdır. 25 sentyabr 1823-cü ildə ikinci dəfə şeyxülislam seçilsə də, yeniçəri ocağını ləğv etmək istəyən Sultan Mahmud bu vəzifədə daha sərt və güclü xarakterli bir şeyxülislam görmək istəyirdi. Nəticədə Mustafa Asım Əfəndi orduya yaxınlığı səbəb göstərilərək 26 noyabr 1825-ci ildə vəzifədən alındı. 13 il davam edən üçüncü şeyxülislamlığına 8 fevral 1833-cü ildə gətirildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.56 dəfə / 1 mln.
2003 ••••• 3.94
2004 ••••••••• 7.07
2005 •••••••••••••••••••• 16.87
2006 •••• 3.15
2007 ••••• 3.59
2008 ••• 2.44
2009 ••••••• 5.44
2010 •••••• 4.54
2011 •••• 3.00
2012 ••••• 3.79
2013 ••••••••••• 8.75
2014 •••••• 4.81
2015 ••••• 3.57
2016 0.52
2017 •• 1.14
2019 ••• 1.95
2020 •• 1.19

məkkə sözünün fransız dilinə tərcüməsi

məkkə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan qadın adlarının izahlı lüğəti.

şəhərlər anası (Məhəmməd peyğəmbər burada anadan olmuşdur. Müqəddəs Kəbə məbədi də bu şəhərdə yerləşir).

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"məkkə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məkkə nədir? #məkkə sözünün mənası #məkkə nə deməkdir? #məkkə sözünün izahı #məkkə sözünün yazılışı #məkkə necə yazılır? #məkkə sözünün düzgün yazılışı #məkkə leksik mənası #məkkə sözünün sinonimi #məkkə sözünün yaxın mənalı sözlər #məkkə sözünün əks mənası #məkkə sözünün etimologiyası #məkkə sözünün orfoqrafiyası #məkkə rusca #məkkə inglisça #məkkə fransızca #məkkə sözünün istifadəsi #sözlük