* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Yetişməkdə olan nəslə təlim və tərbiyə verən təlim-tərbiyə müəssisəsi. Məktəbə getmək. Məktəbdə oxumaq. Məktəbi qurtarmaq. 2. Hər hansı bir xüsusiləşdirilmiş tədris müəssisəsi. Musiqi məktəbi. Hərbi məktəb. – Mirzə Səfərin iki oğlu ədliyyə məktəbinin beşinci sinfində oxuyurdu. Ə.Haqverdiyev. Cuma İmanzadə 1922-ci ildə Bakıda hərbiyyə məktəbini bitirmişdi. Ə.Əbülhəsən. 3. Təhsil sistemi, tədris müəssisələri toplusu. Məktəbin politexnikləşdirilməsi. 4. məc. Öyrənmə, təcrübə qazanma, habelə əldə edilmiş təcrübənin özü; bilik, təcrübə. Həyat məktəbi. Yaxşı məktəb keçmək. 5. Elmdə, incəsənətdə, ədəbiyyatda, habelə ictimai-siyasi fikirdə bu və ya başqa fərqli xüsusiyyətləri olan cərəyan; məslək. Müxtəlif məktəblərə mənsub rəssamlar. Mollanəsrəddinçilər məktəbi. – Cəlil Məmmədquluzadə XX əsr Azərbaycan ədəbiyyatında tənqidi realizm məktəbinin başında dururdu. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / məktəb2 ə. tədris müəssisəsi. Məktəbi-e’dadi orta məktəb; məktəbi-leyli axşam məktəbi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / məktəb3 ərəb. yazı yazılan yer 1) təhsil ocağı (müəssisəsi); 2) bilik, təcrübə mənbəyi, insanların təhsilini həyata keçirən təlim-tərbiyə müəssisəsi. Təşkilatlanmasından, hansı vəsait hesabına fəaliyyət göstərməsindən asılı olaraq – dövlət, ictimai və xüsusi, dinə münasibətinə görə – dünyəvi və dini, fənlər seçiminə, biliyin çatdırılması xarakterinə görə – ümumtəhsil və peşə (ixtisas), təhsil səviyyəsinə görə – ibtidai, orta və ali, şagirdlərin cinsinə görə – oğlan, qız məktəbləri və qarışıq məktəblər olur; 3) öyrənmə, əldə edilmiş təcrübə; 4) elm, ədəbiyyat, incəsənət və s.-də əsas baxışların, prinsip və metodların ümumiliyi ilə bağlı cərəyan; 5) hər hansı bir xüsusiləşdirilmiş tədris müəssisəsi. Məsələn, musiqi məktəbi; 6) qısa müddətli və ya məhdud ixtisas üzrə bilik verən təhsil müəssisəsi, məktəb; 7) ali məktəbin təhsil illəri; 8) tədris olunan; 9) xüsusi tədris fənni; 10) qısa müddətə müxtəlif ixtisaslar üzrə kadrlar hazırlamaq və ya ixtisası təkmilləşdirmək formalarından biri; 11) ali və orta ixtisas məktəblərində tədris dövrü; 1 2) hər hansı elmi fənnin, bilik sahəsinin müəyyən hüdud daxilində bitkin şərhi.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / məktəb1 Ərəb mənşəlidir, katib, məktub, kitab sözləri ilə eyni kökə malikdir, “yazı” anlayışı ilə bağlıdır. Füzuli məktəbi kimi ifadələr школа sözünün tərcüməsindən yaranıb: школа yunanca “asudə vaxt” deməkdir; mütəfəkkirlər asudə vaxtlarda gəncləri ətrafında toplayıb müzakirələr keçirirlərmiş. “Təhsil müəssisəsi” mənası школа sözünə romalılar tərəfindən verilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / məktəb1 MƏKTƏB (təhsil ocağı) Bunlara xüsusi tərbiyə verilsə, bunlar üçün ləyaqətli məktəblər bina olunsa, kişilərə yol göstərməyə qadir olarlar (Çəmənzəminli); DARÜLƏDƏB (kl.əd.) Darülədəbin bilməliyiz qədrini, millət; Göstərməli İkmalına olduqca həmiyyət (M.Hadi); DƏBİSTAN (köhn.) (ibtidai məktəb) Eyləmərəm dinsiz öz əhfadımı! At çölə getsin, nə dəbistandı bu?! Dur qaçaq, oğlum, baş-ayaq qandı bu! (M.Ə.Sabir); MƏDRƏSƏ (köhn.) (dini məktəb) Bir əlində kitabça; bir əlində yasəmən; Məhəmməd asta-asta qayıdır mədrəsədən (B.Vahabzadə); MƏKTƏBXANA (köhn.) [Cənnətəli ağa:] Əvvəl qoydum məktəbxanaya, üç gündən sonra qaçdı, dedi ki, oxumuram.. (N.Vəzirov).
Azərbaycan dilinin sinonimlər lüğəti / məktəb2 I сущ. школа: 1. учебное воспитательное учреждение, которое осуществляет образование и воспитание молодого поколения. Orta məktəb средняя школа, səkkizillik məktəb восьмилетняя школа, ümumtəhsil məktəbi общеобразовательная школа, kənd məktəbi сельская школа, fəhlə-gənclər məktəbi школа рабочей молодежи, məktəbdə oxumaq учиться в школе, məktəbi bitirmək окончить школу 2. здание, в котором помещается такое учебное заведение. Məktəbin binası здание школы, məktəbin qabağında перед школой 3. какое-л. специализированное учебное заведение. Hərbi məktəb военная школа, musiqi məktəbi музыкальная школа, polis məktəbi полицейская школа, mexanizatorlar məktəbi школа механизаторов 4. система образования, совокупность учреждений для обучения. Məktəb haqqında qərar постановление о школе, məktəb islahatı реформа школы, məktəbin kompyuterləşdirilməsi компьютеризация школы; məktəbin həyatla əlaqəsi связь школы с жизнью 5. перен. приобретение опыта, а также сам приобретённый опыт; выучка. Həyat məktəbi школа жизни, məktəb keçmək harada пройти школу где, igidlik məktəbi школа мужества 6. перен. направление, течение в науке, искусстве, литературе, общественно-политической мысли. Üzeyir Hacıbəyov məktəbi школа Узеира Гаджибекова, Vinoqradov məktəbi школа Виноградова (языковеда) II прил. 1. относящийся к школе. Məktəb kollektivi школьный коллектив 2. связанный с пребыванием, обучением в школе. Məktəb illəri школьные годы; məktəb pedaqogikası школьная педагогика; ali məktəb высшая школа (общее название высших учебных заведений); internat məktəb школа-интернат (среднее учебное заведение, где живут, воспитываются и обучаются)
Azərbaycanca-rusca lüğət / məktəb1 I. i. school; (bina) school-house; ibtidai ~ elementary / primary school; orta / onillik ~ secondary school, high school; ten-year school; natamam orta ~ shortened secondary school; səkkizillik ~ eight year school; ali ~ higher school, university; institute; pulsuz təhsil ~i free school; fəhlə-gənclər ~i school for working youth; yaşlılar üçün ~ school for adults; axşam ~i eveningschool, night school; ~ə getmək to go* to / to attend school; ~ə vermək / qoymaq to send* to school (d.); ~i bitirmək to finish school, to leave* school; romantik / klassik və s. ~lər (ədəbiyyatda) the romantic, classical, etc. schools; Venesiya, ingilis ~ləri (incəsənətdə) the Venetian, the British, etc. school; həyat ~i a school of life; ağır həyat ~i keçmək to pass through the hard / stern school of life; yaxşı ~ keçmək to get* systematic training, to be* well-trained; məc. to gain wisdom by experience II. s.: ~ müəllimi school teacher, schoolmaster; amer. school-man*; ~ işçisi school worker, teacher; ~ təhsili school education; ~ şurası school-board; ~ illəri school years, school days; ~ binası school house; ~ tədris təcrübə sahəsi school experimental plot; ~ yoldaşı school fellow, schoolfriend, school-mate; ~ yaşlı uşaq child* of school age
Azərbaycanca-ingiliscə lüğət / məktəb1 is. école f ; ibtidai ~ école primaire ; orta ~ école secondaire ; ümumtəhsil ~i école d’enseignement générale ; ali ~ école supérieure ; dövlət ~i école publique ; özəl ~ école privée ; hərbi ~ école militaire ; ağır ~ yolu keçmək être à rude école ; ~ binası bâtiment m scolaire ; ~ müəllimi maître m d’école ; enseignant m ; ~ illəri années f pl scolaires
Azərbaycanca-fransızca lüğət / məktəb1 [ər.] сущ. 1. мектеб, школа; кӀеле (куьгьн.); məktəbdə oxumaq мектебда кӀелун; məktəbə getmək мектебдиз фин; məktəbi qurtarmaq мектеб куьтягьун; // мектебдин, школадин (мес. директор); 2. пер. чирвал, билиг, тежриба; 3. илимдин, харусенятдин, литературадин ва ихьтин масабрун карда кьилдин тафаватвилер авай са рехъ; меслек.
Azərbaycanca-ləzgicə lüğəti / məktəb