məktəbin sözü azərbaycan dilində

məktəbin

Yazılış

  • məktəbin • 82.2608%
  • Məktəbin • 17.7181%
  • MƏKTƏBİN • 0.0212%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ali məktəbin elmi şurası
Ali partiya məktəbinin binası
Ali partiya məktəbinin binası — Rostov-na-Donu şəhərinin ərazisində, Budyannovski prospekti Moskovskaya küçəsi, ev 20/45 ünvanında yerləşən bina. Bina Qeorqi Aleksadroviç Petrov və N. Q. Xudavertovun layihəsi əsaaında 1953–56-cı illər ərzində inşa edilmişdir. Binada kommunist partiyasının ali məktəbi yerləşirdi. Bina neoklassizm stilində inşa edilmişdir. Bu dövrdə Xruşov funksionalizmi hökmranlıq edirdi. == Tarixi == Tikinti ilə əlaqədar layihə Q. A. Petrov tərəfindən hazırlanmışdı. Bu layihəyə görə Ali partiya məktəbinin binası şəhərin ən gözəl dizayn edilmiş və dekorlarls bəzədilmiş binalarından biri olmalı idi. Ancaq tikintinin gedişi bir fərmanla tamamən dəyişdirilməli olmuşdur. SSRİ Nazirlər Kabineti və MK 4 noyabr 1955 il qərarı ilə tikindidə artıqların aradan qaldırılması ilə əlaqədar verilən əmrdə binaların xüsusi ilə fasadlarında olan bəzək elementləri yığışdırılır. Bu əmrin tikintiyə təsir görtərməsinə baxmayaraq arxitektor bu təsirləri minimallardırmağa nail olmuşdur.
Azərbaycan məktəbində rus dili (film, 1976)
Azərbaycan məktəbinin 60 illiyi (film, 1980)
Bakı Texniki Peşə Məktəbinin binası
Bakı texniki peşə məktəbinin binası — 1898-1900-cü illərdə İosif Qoslavskinin layihəsi əsasında keçmiş Stanislavski 20 indiki Azadlıq küçəsi 20 ünvanında Bakı orta texniki peşə məktəbi üçün tikilmiş bina. Hazırda binada Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yerləşir. == Tarixi == Bakıda neft bumunun baş verməsi tikintidə və sənayedə ixtisaslı kadrlara ehtiyac yaratdı. Məhz buna görə də 26 iyun 1896-cı ildə "Aleksandrov peşə məktəbi", "Bakı aşağı mexaniki-kimyəvi, texniki peşə məktəbi"-nə çevrildi. 1901-ci ildə isə bu məktəb "Aşağı mexaniki-tikinti və texniki məktəbi" statusunu alır. 1896-1905-ci illər arası mexaniki bölmə üzrə 50, tikinti bölməsi üzrə isə 55 nəfər məzun olur. 1896-cı ildə Bakı şəhər duması dəmir yoluna yaxın ərazidə peşə məktəbi üçün yeni binanın tikintisinə ərazi ayırmaq barədə qərar verir. Bu ərazi Stanislavskiy (indiki Azadlıq küçəsi) və Suraxanskiy (indiki Dilarə Əliyeva küçəsi) küçələrinin kəsişməsində yerləşirdi. Binanın layihəsi polşalı memar İosif Qoslavskiyə məxsus idi. Layihənin müzakirəsi zamanı mühəndis texnoloq Fərrux bəy Vəzirov qeyd etmişdir ki, layihə "çox geniş tərtib olunubdur, misal üçün, laboratoriyanın layihəsi o qədər böyükdür ki, hətta beləsi nə Peterburq Universitetində, nə də Texnoloji və Mədən İnstitutlarında yoxdur".
Bakı real məktəbinin binası
Bakı real məktəbinin binası — 1901-1904-cü illərdə mülki mühəndis Dmitri Buynovun layihəsi ilə Bakı real məktəbi üçün tikilmiş bina. Hazırda binada Azərbaycan Dövlət İqtisad Universiteti fəaliyyət göstərir. == Haqqında == Bina 1901-1904-cü illərdə mülki mühəndis Dmitri Buynovun layihəsi əsasında Bakı real məktəbinin binası kimi inşa edilmişdir. Memar binanın ilkin layihəsini 1892-ci ildə təşkil etmiş, lakin, həm layihədə həm də smetada əhəmiyyətli dərəcədə çatışmazlıqların və nöqsanların olması səbəbindən qəbul edilməmişdir.1900-cü ilin əvvəllərində Buynovun dəyişikliklər edərək İtalya İntibah memarlığı stilində işlədiyi layihə təsdiq edilmişdir. Bina, qırmızı xəttə boyunca lüçənin rəvan xəttinə daxil edilmişdir və yan qanadlarının bucaq altında yerləşmiş olduğu mərkəzi hissənin əzəmətliyi ilə xüsusi olaraq nəzərə çarpdırılmışdır. Fasadın klassik quruluşu birinci mərtəbənin çox əsaslı şəkkildə yonulmamış daş hörgüsü ilə açıq-aydın ifadə olunmuş kürsülük və Korinf pilyastrları və çox çıxarılmış pərvazla möhkəmləndirilmiş iri tağ yerləri ilə birgə tamamlayıcı yuxarı mərtəbə magistralın memarlıq-planlaşdırılma quruluşunda binanın əhəmiyyətini müəyyən etmişdir. Fasadın gözəl plastikası, işlənmə mədəniyyəti və detalların aydın çəkilməsinə münasibət məktəb binasının bütün kompozisiyasında aşkar edilmişdir. Yüksək relyefdə daşdan düzəldilmiş, yan qanadların yuxarı künclərində klassik memarlıq motivinin kompozisiyasının dekorativ-ornamental inkişafı binanın memarlığına diqqət cəlb edir.
Dənizçilik məktəbinin binası (Taqanroq)
Dənizçilik məktəbinin binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Bina Taqanroq şəhəri Turqenev xiyabanı ev 10 ünvanında yerləşir. 1840-cı illərdə inşa edilmişdir. == Tarixi == 1808-ci ildə Nikolayev Taqanroqda Şmidt küçəsi ev 14 ünvanında bina inşa edir. İlk əvvəllər bina gömrük təsisatları üçün istifadə edilmişdi. Sonradan binada iqtisad məhkəməsi yerləşirdi. 1813-cü il məlumatına görə isə binada tikinti komitəsi yerləşirdi. 1819-cu ildə kofayət qədər ərazinin olmaması səbəbindən binanın ikinci mərtəbəsi inşa edilmişdir. 1844 - 1853 illərdə knyaz Livene burada kansilyari açmışdır. Binanın girişinfə hər zaman gözətçi olmuşdur.
Evdarlıq və kulinariya məktəbinin binası
Evdarlıq və kulinariya məktəbinin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Semaşko xiyabanı, Dumsk keçidi ev 51/1 ünvanında yerləşən bina. Bina 1901 eklektika stilində inşa edilmişdir. Binanın memarı Qriqori Nikolayeviç Vasilev olmuşdur. Evdarlıq və kulinariya məktəbinin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == 1898-ci ildə tacir və «Spistli içkilər kralı» Nikolay İliç Tokarev öz imkanları hesabına Aşbazlıq və evdarlığı ehtiva edən məktəb açır. İlk vaxtlar məktəb Tokarevin qızlar uçilişinin ikinci mərtəbəsində yerləşirdi. 1901-ci ildə Tokarevin imkanları daxilində Qriqori Nikolayeviç Vasilevin layihəsi əsasında Nikolaevski xiyabanında yeni məktəbin inşasına başmışdır. Tokarev binanı şəhərə ehtiva etmişdir. Sovet hakimiyyəti qurulduqdan bina yeməkxana kimi istifadə edilməyə başlanılır. 1990-cı illərdə binada təmir işləri aparılmışdır və «Tereza» kafesiə çevrilmişdir.
Gəncə Realnı məktəbinin binası
Realnıy məktəb binası — Azərbaycanın Gəncə şəhərində yerləşən 1883-cü ildə tikilmiş tarix-memarlıq abidəsi. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Gəncə Realnı məktəbinin binası 1883-cü ildə tikilib və Adil İsgəndərov küçəsi 64 ünvanında yerləşir. Çar Rusiyasının dövründə binada məktəb fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Hazırda binadan Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının tədris binası kimi istifadə olunur.
Mixailov Sənət Məktəbinin binası
Mixailov sənət məktəbinin binası - Azərbaycanın Gəncə şəhərində yerləşir. XIX əsrə aid tikilidir. Hazırda bu tikilidən inzibati bina kimi istifadə olunur. Ünvan: Ozan küçəsi, 6.
Mən Peşə Məktəbinin Məzunuyam (1971)
Film peşə məktəblərinin fəaliyyətindən danışır.
Mən peşə məktəbinin məzunuyam (film, 1971)
Film peşə məktəblərinin fəaliyyətindən danışır.
Sendi Huk ibtidai məktəbində atışma
Sandi Huk ibtiadi məktəbinə silahlı hücum (ing. Sandy Hook Elementary School shooting) — Amerika Birləşmiş Ştatları Konnektikut ştatının Nyu Taun şəhərində yerləşən Sandi Huk ibtidai məktəbində yaşanmış silahlı hücum hadisəsi. Hadisə 2012-ci ilin 14 dekabrında yerli vaxtla saat 9:35 də baş vermişdir.
Stoneman Douglas məktəbində atışma
ABŞ-nin Parkland şəhərində (Florida ştatı) “Marjory Stoneman Douglas” məktəbində baş verən silahlı insident nəticəsində 17 nəfərin öldüyü təsdiqlənib. Onun sözlərinə görə, 12 nəfər məktəbdə, 3 nəfər məktəbin qarşısında güllələnərək öldürülüb, daha 2 nəfər isə xəstəxanada keçinib. Ölənlər arasında həm şagirdlər, həm də böyüklər var. Yaralıların sayını açıqlamayan polis nümayəndəsi bir neçə nəfərin xəstəxanada əməliyyata götürüldüyünü təsdiqləyib. Məktəbdə atəş açan 1999-cu il təvəllüdlü Nikolas Kruz saxlanılıb. Bundan əvvəl o daxili nizam-intizam qaydalarını pozduğuna görə məktəbdən xaric edilib. Parkland şəhəri Mayamidən 60 km şimalda yerləşir. Məlumata əsasən, 18 yaşlı gənc məktəbə daxil olaraq şagirdlərə atəş açıb. Onun əvvəllər həmin məktəbdə təhsil aldığı məlum olub. Hücumun əsəb pozuntusu səbəbindən törədildiyi ehtimal edilir.
Ticarət məktəbinin binası (Rostov-na-Donu)
Ticarət məktəbinin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Maksim Qorki küçəsi, ev 80 ünvanında yerləşən bina. Bina 1905-ci ildə kərpicdən inşa edilmişdir. Bina Rostov kişilər üçün kommersiya məktəbi üçün nəzərdə tutulmuşdu. Hazırda bina Cənub Federal Universitetinin korpuslarından biri yerləşir. Rostov kommersiya kişi uçilişi 1900-ci ildə açılmışdır. Növbəti ildə uçiliş daxilində ticarət məktəbi açılır. 1905-ci ildə ticarət məktəbi üçün bina inşa edilmişdir. Bina o vaxtki, Sennoy və hazır ki Maksim Qorki küçəsində inşa edilmişdi. 1915-ci ildə binada bəstəkar və pianoçu Sergey Vasileviç Raxmanin çıxış etmişdir. Bir müddət sonra ticarət binası Cənub Federal Universitetinin korpuslarından biri yerlışdirilmişdir.
Belqrad məktəbində atışma
Belqrad məktəbində atışma və ya Vladislav Ribnikar məktəbində qətliam — 2023-cü il mayın 3-də yerli vaxtla saat 8:37-də Belqrad şəhərində baş verib. 13 yaşlı tələbə Kosta Keçmanoviç məktəb ərazisinə atəş açıb, 10 nəfəri (9 şagird və bir mühafizəçi) öldürüb, 6 şagird və bir müəllimi yaralayıb, bundan sonra polis tərəfindən saxlanılıb. Xəsarət alan bir tələbə 12 gün sonra vəfat etmişdir. Qurbanların ümumi sayı 10 nəfərə çatıb. == Hadisələrin gedişatı == Səhər saatlarında atıcı məktəbə daxil olsa da, dərsə getməyib. Səhər saat 08:37 radələrində o, bel çantasından silah çıxararaq növbətçi mühafizəçiyə və iki 5-ci sinif şagirdinə atəş açıb. Sonra dəhlizdə Sofiya ilə qarşılaşdı və onu öldürdü. Daha sonra atıcı həmin vaxt onun sinfindən şagirdlərin olduğu tarix sinfinə daxil olub, müəllimə atəş açıb və tələbələrə atəş açmağa başlayıb. Daha sonra atəş açan şəxs növbəti kabinetə girmək istəsə də, müəllim onu ​​bağlamağa müvəffəq olub. Sonra atıcı tarix otağına qayıtdı və pəncərədən (aşağı mərtəbə) atladı.
La-Loş məktəbində atışma
La-Loş məktəbində atışma — 2016-cı il yanvarın 22-də La Loş şəhərində (Saskaçevan, Kanada) məktəbdə atışma baş verib. 17 yaşlı Rendon Fonteyn evdə iki əmisi oğlunu tapança ilə öldürüb, daha sonra oxuduğu məktəbə gələrək orada atəş açıb. Hadisə nəticəsində ümumilikdə 4 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. == Həlak olanlar və yaralılar == Atışma nəticəsində dörd nəfər həlak oldu: Deyn (17) və Dreyden (13) Fonteyn — silahlı şəxsin əmiuşağıdır. Mari Janye (21) — müəllim, bələdiyyə sədri vəzifəsini icra edən Kevin Yanvierin yeganə qızı, 21 yaşlı Adam Vud — müəllim, 35 yaş Bundan əlavə, məktəb binasında baş verən atışma zamanı 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qurbanlardan biri 2023-cü il mayın 17-də vəfat edib. Ailəsinin dediyi kimi, atışma zamanı aldığı xəsarətlərdən. == Reaksiya == Kanadanın baş naziri Castin Trüdo həlak olanların yaxınlarına başsağlığı verib və atışmanın baş verdiyi məktəbə şəxsən baş çəkib. Şəhər meri bildirdi ki, o, məktəbin sökülməsini və sonra yenidən tikilməsini istərdi, çünki "burada çox ağrı var idi, bu, travmadır (şəhərin bütün sakinləri üçün)". 8 may 2018-ci ildə Rendon Fonteyn 10 ildən sonra şərti azadlığa buraxılma hüququ ilə ömürlük həbs cəzasına məhkum edildi.
Faxurə məktəbinə aviazərbələr
Faxurə məktəbinə aviazərbələr — İsrailin Qəzzə zolağının şimalında, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyi (UNRWA) tərəfindən sığınacaq kimi istifadə edilən Cəbəliyyə qaçqın düşərgəsində yerləşən Faxurə məktəbinə iki dəfə həyata keçirdiyi aviazərbə. 4 noyabr 2023-cü ildə İsrailin hava hücumu nəticəsində ən azı 15 nəfər həlak olmuş, 70 nəfər yaralanmışdır. == Birinci aviazərbə == Birinci aviazərbə4 noyabrda, səhər saatlarında həyata keçirilmişdir. Hücum zamanı məktəbdə minlərlə insan yaşayırdı. Hücum nəticəsində azı 15 nəfər həlak olmuş, 70 nəfər yaralanmışdır. Ölənlər arasında uşaqlar da var. Fələstin Səhiyyə Nazirliyi daha onlarla insanın yaralandığını bildirmişdir. == İkinci aviazərbə == 18 noyabr tarixində, səhər tezdən məktəbə ikinci aviazərbə həyata keçirilmişdir. Hadisə yerində olan jurnalistlər hər yerdə cəsədlər barədə məlumat vermiş, bu zərbənin İsrailin mülki vətəndaşlara Qəzzə zolağının cənubuna qaçması üçün bir mesajı ola biləcəyini irəli sürmüşdülər. "Qətliam" kimi təsvir edilən hadisənin ardınca yayılan videolarda onlarla cəsədin göründüyü bir neçə otaqdan keçən bir adam təsvir edilir.
Vestsayd orta məktəbində atışma (1998)
Vestsayd orta məktəbində atışma — 24 mart 1998-ci ildə saat 12:40-da ABŞ-ın Arkanzas ştatının Jonesboro şəhərindəki Westside orta məktəbində kütləvi atışma baş verdi. Ən azı 5 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Atıcılar məktəbin iki şagirdi olan Mitchell Johnson və Andrew Golden idi.
Westside orta məktəbində atışma
Vestsayd orta məktəbində atışma — 24 mart 1998-ci ildə saat 12:40-da ABŞ-ın Arkanzas ştatının Jonesboro şəhərindəki Westside orta məktəbində kütləvi atışma baş verdi. Ən azı 5 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Atıcılar məktəbin iki şagirdi olan Mitchell Johnson və Andrew Golden idi.

"məktəbin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məktəbin nədir? #məktəbin sözünün mənası #məktəbin nə deməkdir? #məktəbin sözünün izahı #məktəbin sözünün yazılışı #məktəbin necə yazılır? #məktəbin sözünün düzgün yazılışı #məktəbin leksik mənası #məktəbin sözünün sinonimi #məktəbin sözünün yaxın mənalı sözlər #məktəbin sözünün əks mənası #məktəbin sözünün etimologiyası #məktəbin sözünün orfoqrafiyası #məktəbin rusca #məktəbin inglisça #məktəbin fransızca #məktəbin sözünün istifadəsi #sözlük