məktəbi sözü azərbaycan dilində

məktəbi

Yazılış

  • məktəbi • 76.8515%
  • Məktəbi • 23.1134%
  • MƏKTƏBİ • 0.0350%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"İttihad" məktəbi
"İttihad" məktəbi — 1906-cı ildə Bakıda açılmış məktəb. Məktəbin müdiri Hüseyn Kamal olmuşdur. "İttihad" məktəbinin həkimi Bəhram bəy Axundov idi. == Məşhur məzunları == İsmayıl Hidayətzadə — 1909-?
ADA Məktəbi
ADA Məktəbi — ADA Universitetinin nəzdində fəaliyyət göstərən məktəb. == Tarixi == ADA Məktəbinin təqdimatı 22 fevral 2019-cu ildə ADA Universitetində olmuşdur. == Təhsil modeli == ADA Məktəbinin təhsil modeli xüsusi yeniliklərdən ibarətdir. Bu məktəbin məzunlarının ADA Universitetinə xüsusi şərtlərlə qəbul olunması nəzərdə tutulub. == Tədris proqramı == Məktəbin tədris proqramı Azərbaycan Respublikasının tam orta təhsil standartlarına — milli standartlara və milli kurikuluma və ADA Universitetinin təcrübəsinə əsaslanaraq hazırlanır. Tədris proqramında şagirdlərin akademik baxımdan ali məktəb illərinə daha hazırlıqlı olmalarına diqqət yetirilir; dövrün tələblərinə cavab verən kommunikasiya, kreativlik, komanda işi, tənqidi düşüncə kimi bacarıqların inkişafına əhəmiyyət verilir. == Binası == Məktəbin binası yüksək standartlara uyğun olan infrastruktura malikdir. == Qəbul == ADA Məktəbinə ilk qəbulun 2019–2020-ci tədris ilindən etibarən həyata keçirilməsi nəzərdə tutulub. İlk tədris ilində X və XI siniflərə şagird qəbulu planlaşdırılır. Qəbul həm yerli, həm də xarici vətəndaşlar üçün nəzərdə tutulmuşdur.
Annallar məktəbi
Annallar məktəbi (fr. École des Annales), həmçinin "Yeni tarix elmi" (fr. La Nouvelle Histoire) — Lüsyen Fevr və Mark Blok tərəfindən qurulan tarixi istiqamət. "Annallar" jurnalı ətrafında formalaşan bu tarixi məktəb XX əsrin bütün dünya tarixşünaslığının inkişafına mühüm təsir göstərmişdir. 1929-cu ildə Lüsyen Fevr və Mark Blok bu gün də nəşr olunan "İqtisadi və sosial tarixi annallar" (Fr. Annales d'histoire économique et sociale) jurnalını yaratdılar. Bu jurnalda tarixçilər "bütövlükdə" tarixi xarakterizə edən məqalələr, tarixin təkcə siyasi, hərbi və diplomatik aspektləri ilə məhdudlaşmayan məqalələr dərc etməyə çalışırdılar. Beləcə yeni istiqamət yarandı və Annallar jurnalı ətrafında qruplaşdı. Onların təqdimatında klassik "tarix-hekayə" janrı "tarix-problem" ilə, eyni zamanda "ümumi" tarix, yəni cəmiyyətdə mövcud olan bütün əlaqələri ilə – iqtisadi, sosial, mədəni əvəz olundu. Alimlər tədqiqatlarının mərkəzinə görkəmli şəxsiyyətlərin fəaliyyəti, hadisələrin təsvirini deyil, bütövlükdə cəmiyyəti qoymağa, uzun zamanlar ərzində mövcud olan dərin strukturları üzə çıxarmağa çalışmağa başladılar.
Avstriya məktəbi
Avstriya məktəbi (eyni zamanda psixoloji məktəb, Vyana məktəbi) — bazar qiymət mexanizminin özünü təşkil edən gücünün rolunu vurğulayaraq, marjinalizm çərçivəsində iqtisadi nəzəriyyənin bir istiqamətidir. Bu yanaşma, insan davranışının mürəkkəbliyi və bazarların davamlı dəyişən təbiəti iqtisadiyyatda riyazi modelləşdirməni son dərəcə çətinləşdirir (mümkün deyilsə). Bu vəziyyətdə, iqtisadi siyasət sahəsində sərbəst iqtisadiyyat (laissez-faire), iqtisadi liberalizm və libertarizm prinsipləri əsasdır. Avstriya məktəbinin ardıcılları bazar iştirakçıları (iqtisadi subyektlər) tərəfindən bağlanmış müqavilələrin azadlığının qorunması və əməliyyatlara müdaxilə edilməməsini (xüsusilə dövlət tərəfindən) müdafiə edirlər. == Doktrina == Avstriya məktəbinin xüsusiyyətləri : riyazi tədqiqat metodlarının istifadəsindən imtina; subyektivlik məktəbin demək olar ki, bütün nümayəndələrinin xarakterik bir xüsusiyyəti kimi; istehlakçı davranışının psixoloji xüsusiyyətlərinin öyrənilməsinə vurğu; makroiqtisadi problemlər öyrənilərkən kapitalın quruluşuna və sonuncusunun müvəqqəti dəyişkənliyinə vurğu.Avstriyalı iqtisadçılar, insan fəaliyyətinin fərdlər nöqteyi-nəzərindən təhlili kimi xarakterizə etdikləri metodoloji fərdiliyə sadiq qalırlar. Avstriya məktəbinin iqtisadçıları, mənalı bir iqtisadi nəzəriyyə qurmağın yeganə yolunu insan fəaliyyətinin əsas prinsiplərindən məntiqi olaraq çıxarmaq olduğunu iddia edərək belə bir metodu praksiologiya adlandırdılar. Bundan əlavə, təbii təcrübələrdən tez-tez iqtisadi axının davamçıları tərəfindən istifadə olunsa da, "avstriyalılar" iqtisadi modellərin eksperimental sınağının demək olar ki, mümkün olmadığını göstərirlər, çünki insanların normal iqtisadi fəaliyyəti — iqtisadi tədqiqat mövzusu süni şəraitdə təkrarlana bilməz. == Əsas nümayəndələr == birinci nəsil — Karl Menger (1840−1921) (banis), Teodor Hertzka (1845—1924), və digərləri. ikinci nəsil — Oygen fon Bem-Baverk (1851−1914), Fridrix fon Vizer (1851−1926), Oygen fon Filippsberq (1858−1917), Emil Zaks (1845−1927); üçüncü nəsil — Lüdviq fon Mizes (1881−1973), Karl Şlezinqer (1889−1938), X. Mayer (1879−1955), Rixard fon Ştriql (1891−1942), Leo İlli (d. Zenfeld) (1888−1952), Bendjamin Anderson (1886−1949), Frenk Fetter (1863−1949); dördüncü nəsil — Fridrix fon Hayek (1899−1992), Oskar Morqenştern (1902−1977), Fritz Maxlup (1902−1983), Paul Rozenşteyn-Rodan (1902−1985), Qottfrid fon Haberler (1900−1995), Henri Hezlitt (1894−1993), Fridrix Lutz (1901−1975), Feliks Kaufman (1895−1949); beşinci nəsil — Mürrey Rotbard (1926−1995), İsrael Kirzner (d.
"Nicat" məktəbi
"Nicat" məktəbləri — Azərbaycanda 1906–1917-ci illərdə "Nicat" və "Nəşri-maarif" cəmiyyətləri tərəfindən yaradılmış bir və ikisinifli ibtidai məktəblər. 1906–1917-ci illərdə Bakıda və onun ətraf kəndlərindəki 30-a yaxın "Nicat" məktəbində 1160 şagird, o cümlədən 123 qız təhsil almışdır. Fəhlələr üçün axşam "Nicat" məktəbləri fəaliyyət göstərirdi. Balaxanıdakı "Nicat" məktəbində Mirzə Ələkbər Sabir dərs demişdir. == Həmçinin bax == Nicat Cəmiyyəti Nəşri-maarif Mirzə Ələkbər Sabir == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
"Tərbiyə" məktəbi
Məktəbi-tərbiyə və ya "Tərbiyə" məktəbi— Naxçıvan şəhərində XIX əsrə aid məktəb. == Haqqında == Məktəbi-tərbiyə 1894-cü ildə görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqi tərəfindən Naxçıvan şəhərində təsis edilmişdir. Məktəbdə dünyəvi fənlərin tədrisinə ciddi fikir verilir, ana dili ilə yanaşı rus dili və ədəbiyyatı da öyrədilirdi. 1896-cı ildə məktəb üçün yeni bina tikilmişdi. Onun inşasına Hacı Zeynalabdin Tağıyev, general-leytenant İsmayıl xan Naxçıvanski yaxından köməklik göstərmişdilər. Məktəb az vaxtda Naxçıvanın ədəbi-mədəni həyatının mərkəzlərindən birinə çevrilmişdi. Burada yerli ziyalıların iştirakı ilə teatr tamaşaları göstərilir, ədəbi əsərlərin müzakirəsi keçirilir, yubiley gecələri təşkil olunurdu. Aleksandr Puşkinin anadan olmasının 100 illiyi münasibətilə keçirilən yubiley gecəsində (26 may 1899) Məhəmməd Tağı Sidqi şairin həyat və yaradıcılığı haqqında məruzə etmişdir. Cəlil Məmmədquluzadə bu məktəbi "yeniyetmə müəllim və ədiblər üçün darülürfan" adlandırmışdır. 1896-cı ildə Rus-tatar (Rus–Azərbaycan) məktəbinə çevrilərkənməktəbinin fəxri nəzarətçisi Bəhram xan Naxçıvanski olmuş, sonra o yerini istefada olan rotmeyster Cəfərqulu xan Naxçıvanskiyə vermiş, daha sonra isə Mirzə Ələkbər Süleymanov özünün yazdığına görə 1897-ci ildə məktəbin müdiri təyin edilmişdir.
Barbizon məktəbi
Barbizon məktəbi (fr. École de Barbizon) — fransız peyzaj-rəssamlar qrupu. Məktəb adını uzun müddət Teodor Russo, Jan-Fransua Mille və qrupun digər nümayəndələrinin yaşadıqları Fontenblo meşəsində yerləşən Barbizon kəndindən almışdır. == Nümayəndələri == Məktəbin rəssamları, əsası holland (Yakov Van Reysdal, Yan Van Qoyen, Meyndert Xobbema) və fransız rəssamları (Nikola Püssen və Klod Lorren) tərəfindən qoyulan ənənələrə söykənirdilər. Onlar bilavasitə P. Yüe və R. Bonninqtonun varisləri idi. Barbizon məktəbinin nümayəndələrinə qrupa daxil olmayan — Jan-Batist Kamil Koro, Qustav Kurbe, Ejen Delakrua kimi müasirlərinin də birbaşa təsiri olmuşdur. == Tarixi == XIX əsrin əvvəli fransız incəsənətində klassisizm və romantizmin mübarizəsi ilə qeyd edilmişdir. Akademistlər peyzaja münasibətdə onu əsasən mifoloji personajların hərəkət etdiyi fon kimi qəbul edirdilər. Romantiklər şişirdilmiş və zahirən gözəl peyzajlar yaradırdılar. Barbizon məktəbinin nümayəndələri vətənlərinin əməklə məşğul, sadə insanların iştirak etdiyi gündəlik adi motivlərlə zəngin real peyzaj təsvirinin tərəfdarı idilər.
Dünya Məktəbi
Dünya məktəbi — 1998-ci ildə Xəzər Universitetinin nəzdində yaradılmış məktəb. Təsisçilər: Hamlet İsaxanlı və Nailə İsayevadır. == Fəaliyyəti == Məktəb müasir təlim tərbiyə ocağı kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Zəngin və rahat kitabxana, müasir kompüterlər, laboratoriyalar, işıqlı və geniş sinif otaqları, incəsənət studiyası, müasir işıq və səs sistemi olan yaraşıqlı konsert salonu, idman zalı, yeməkxana, həkim nəzarəti, şagirdlərin evdən məktəbə, məktəbdən evə hərəkətini təmin edən nəqliyyat xidməti, yüksək səviyyəli müəllim və inzibatçılar və s. məktəbi bənzərsiz təhsil ocağına çevirmişdir. "Dünya" məktəbində ibtidai və orta təhsillə yanaşı məktəbəqədər hazırlıq sinifləri də fəaliyyət göstərir. Təhsil həftəsi 5 günlükdür. Şənbə günü dərsdənkənar dərnəklər fəaliyyət göstərir, mədəni və əyləncəli görüşlər təşkil olunur. Şagirdlər saat 8/8.50-dən 15.20/16-ya qədər məktəbdə olurlar. 2009-cu il yanvar ayının 16-dan etibarən Dünya Məktəbi beynəlxalq statusu alaraq IB World School oldu.
Elea məktəbi
Elea məktəbi — Miladdan öncə VI və V yüzilliklərdə güney İtaliyanın Elea (yun. Έλέα, lat. Velia) şəhərində fəaliyyət göstərən fəlsəfi məktəb. Elea filosofları varlıq haqqında düşünmüş, onun nə olduğunu bilmək istəmişdilər. Bu problemi çözərkən onlar məntiqi düşüncənin real duyğularla ziddiyyətdə olması ehtimalını irəli sürmüşdürlər. Elealılar həm də bütün dünyanın vahidliyini iddia etmişdilər. Eyni zamanda, Elea filosofları yunan dininin bir çox aspektlərinin tənqidçiləri kimi də tanınmışdılar. Elea məktəbinin əsas təmsilçiləri: Ksenofan Parmenid Eleyalı Zenon MelissusFəlsəfi təlimləri onlara aid olan məqalələrdə verilmişdir. == Mənbə == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF).
Eleya məktəbi
Elea məktəbi — Miladdan öncə VI və V yüzilliklərdə güney İtaliyanın Elea (yun. Έλέα, lat. Velia) şəhərində fəaliyyət göstərən fəlsəfi məktəb. Elea filosofları varlıq haqqında düşünmüş, onun nə olduğunu bilmək istəmişdilər. Bu problemi çözərkən onlar məntiqi düşüncənin real duyğularla ziddiyyətdə olması ehtimalını irəli sürmüşdürlər. Elealılar həm də bütün dünyanın vahidliyini iddia etmişdilər. Eyni zamanda, Elea filosofları yunan dininin bir çox aspektlərinin tənqidçiləri kimi də tanınmışdılar. Elea məktəbinin əsas təmsilçiləri: Ksenofan Parmenid Eleyalı Zenon MelissusFəlsəfi təlimləri onlara aid olan məqalələrdə verilmişdir. == Mənbə == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF).
Epikür məktəbi
Epikürçülük ya epikürizm — ellinizm dövrünün filosofu Epikür və onun ardıcıllarının təlimi. == Tarixi == M. ö. IV yüzilliyin sonu - VI yüzilliyin əvvəllərində Qədim Yunanıstanda Epikür "Epikür bağı" adlanan fəlsəfi məktəbin əsaslarını qoymuşdur ki, bu da gələcəkdə epikürçulük adlı fəlsəfi cərəyanın yaranmasına təkan vermişdi. Bu məktəb öz inkişafında üç mərhələ keçmişdir: Ellinizm dövrünün epikürçülüyü; Yunan-Roma epikürçülüyü m. ö. I-II əsrləri əhatə edir; Roma epikürçülüyü I-VI əsrlər Roma imperiyası dövrünü əhatə edir.Birinci mərhələyə Epikürün və onun ən yaxın dostlarının - Lampasklı Metrodor və riyaziyyatçı Poliyenin və Mitilenli Ermarxın yaradıcılığı aiddir. İkinci mərhələ Epikür məktəbinin nümayəndələri Filonid, Afinalı Appllodor, Sidonlu Zenon, Lakonlu Demetriusdur. İnduktiv məntiq məsələlərini işləyib hazırlamış Qadaralı Filodemusdur. Üçüncü mərhələ əsasən Roma qulldarlıq cəmiyyəti ilə bağlıdır. Bu dövrdə Gay Amafini və İtaliyaya köçmüş Qadaralı Filodem (antik atomistika təlimini Romada yaymışdır) fəaliyyət göstərmişlər.
Eretriya məktəbi
Eretriya məktəbi — Sokrat ardıcılları tərəfindən yaradılan məktəblərdən biri idi. Bu məktəbi həm də Elida-Eretriya məktəbi də adlandırırlar, çünki o Elidada yaranmış, sonra isə Eritreyada fəaliyyətini davam etdirmişdir. Eretriya məktəbinin fəlsəfəsi haqqında zamanımıza çox az məlumat çatmışdır. Ümumiyyətlə demək olar ki, bu məktəbin filosoflarının dünyagörüşü Meqara məktəbinin nümayəndələrinə yaxın idi. Meqaraçılar kimi eretriyaçılar da deyirdilər ki, həqiqi Xeyir birdir və ondan başqa xeyirlər yoxdur. Xeyirlə Həqiqət eynilik təşkil edirlər. Xeyri yalnız ağılla dərk edib, ona yönəlmək olar.Məktəbin yaradıcıları Elidalı Fedon (yun. Φαίδων, m. ö. IV yüzillik) və Eretriyalı Menedem (yun.
Frankfurt məktəbi
Frankfurt məktəbi (alm. Frankfurter Schule‎) — müasir (sənaye) cəmiyyətinin tənqidi nəzəriyyəsi, neomarksizmin bir növü. Əsas nümayəndələri: Teodor Adorno, Maks Horkheymer, Herbert Markuze, Erix Fromm, Valter Benyamin, Leo Lövental, Frans Leopold Neumann, Fridrix Pollok, "ikinci nəsil"dən - Yurgen Habermas, Oskar Negt. "Frankfurt məktəbi" termini Frankfurt-Maynda Sosial Tədqiqatlar İnstitutu ilə əlaqəli mütəfəkkirlərə tətbiq edilən ümumi addır; tənqidi nəzəriyyənin nümayəndələri özlərini heç vaxt bu ad altında birləşdirmirdilər. Bu məktəbin nümayəndələri hesab edirdilər ki, burjua sinfi cəmiyyəti monolit totalitar sistemə çevrilmişdir ki, burada proletariatın olmaması səbəbindən cəmiyyətin dəyişilməsinin inqilabi rolu ziyalılara və kənar şəxslərə keçir. Müasir cəmiyyət texnokratikdir və yalan şüurun media vasitəsilə yayılması, eləcə də populyar mədəniyyət, tətbiq edilən istehlak kultu sayəsində mövcuddur. Totalitarizm fərdi və ictimai varlıqlar arasındakı sərhədi pozmaq təcrübəsidir. Frankfurt məktəbi sol radikalizm ideologiyasının müxtəlif versiyalarına əhəmiyyətli dərəcədə təsir etmişdir.
Kinik məktəbi
Kiniklər, siniklər (yun. κῠνικοί – it, lat. cynici) — ən tanınmış sokratçı məktəbinin ardıcılları olmuşdurlar. == Təlimləri == Kiniklərin fikrincə müdriklik nəzəri biliklər deyil, xeyrin nə olduğunun dərk edilməsidir. Həqiqi xeyir hər bir şəxsə ayrı-ayrılıqda aid edilə bilər. Ərdəmli (insanın müsbət keyfiyyətlərinin toplusu, xeyrə yönəlməsi və o xeyrin həyata keçirilməsidir) həyatın məqsədi bir məqamdır, yəni məmnunluq halıdır. Bu hala çatmağın şərti hər bir asılılıqdan (o cümlədən ailədən, əmlakdan) azad olmaqdır. Ona görə də kiniklər abidliyi, sadə həyat yaşamağı təbliğ etmişdirlər. Hətta onlardan bəziləri bir çox ehtiyac və tələbatlarını inkar edib onları rədd edirdilər. Onlar adətlərə və dini ayinlərə istehza ilə yanaşırdılar.
Kirena məktəbi
Kirenaçılar (yun. Σχολή της Κυρήνης) — sokratçı məktəblərindən birinin ardıcılları olmuşdurlar. Onlara ilk hedonistlər də deyirlər. == Təlimləri == Kirenaçıların çoxusuna görə insan çevrəsindəki dünyanı duyğular vasitəsi ilə qavrayır (dərk edir); ona görə də duyğu qavramın əsasında duran əsas amildir. İnsana xoş gələn duyğular qəbul edilməli, gəlməyənlər isə rədd edilməlidir. İnsanın məqsədi həyatdan həzz almaq və ağrıdan çəkinməkdir. Həzz keçmiş və gələcəyə deyil, yalnız indiki mövcud zamana aid edilə bilər. Məhz, bu kimi həzzə can atılmalıdır. Keçmiş və gələcək isə bizim hökmümüzün xaricindədir. Ona görə nə keçmişdəki günahlarımızdan peşman olub üzülmək, nə də gələcəyin sınaqlarından qorxmaq lazımdır.
Meqara məktəbi
Meqara məktəbi (yun. Μεγαρική σχολή) — Sokrat ardıcılları tərəfindən yaradılan məktəblərdən biri idi. Onları daha çox metafizika, məntiq və ərdəm (insanın müsbət keyfiyyətlərinin toplusu, xeyrə yönəlməsi və o xeyrin həyata keçirilməsidir) kimi məsələlər maraqlandırırdı. Meqaraçıları mübahisə etməyə meylli olduqlarına görə “eristiklər” və ya “dialektiklər” də adlandırmışdırlar. == Nümayəndələri == Evklides Stilpon Evbulides Diodorus Kronus == Mənbə == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 110-115. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF).
Milet məktəbi
Milét məktəbi — VI yüzillikdə fəaliyyət göstərmiş ilk yunan fəlsəfi məktəbi olmuşdur. == Ümumi bilgilər == Milet şəhəri (yun. Μίλητος) müasir Türkiyənin Qərbində, Ege dənizinin sahilində yerləşirdi. Bu məktəbi təmsil edən filosoflar ilk dəfə dini inanc və əsatirlərdə olan kosmoqonik və kosmoloji baxışlara elmi praktiki yöndən baxmağa başlamışdılar. Onlar üçün bütün bunlar artıq inanc və adətlər deyil, araşdırma obyekti olmuşdur. Məhz ona görə də, miletlilər müasir fizika, astronomiya, meteorologiya, biologiya, coğrafiya və başqa elmlərin təməllərini qoymuşdular. Milet filosoflarının irəli sürdüyü ilk problem ontologiya olmuşdur. Bu da təbiidir, çünki düşüncə fəaliyyəti birinci növbədə varlıq probleminə yönəlir. Ondan isə müxtəlif məsələlər ortaya çıxır. Məhz bu baxımdan, ilk filosoflar dünyanın yaranması probleminə önəm vermiş, bununla bağlı anlayışların tərifini və anlamını izah etməyə çalışmışdırlar.
Monastır məktəbi
Monastır məktəbi (lat. Scholae monasticae) — VI–VIII əsrlərdə xristianlığın yaranması ilə Bizansda və Qərbi Avropada yaranmış məktəblər. Qafqazda ilk monastır məktəbləri V–VI əsrlərdə Gürcüstan və Ermənistanda meydana gəlmişdir. Qədim Rusiyada monastır məktəbləri, əsasən, ibtidai məktəblər idi. Müasir katolik monastırlarının bəzilərində monastır məktəbləri indi də fəaliyyət göstərir.
Moğol məktəbi
Moğol rəssamlığı, Moğol miniatürü və ya Moğol məktəbi — orta əsr hind boyakarlığının əsas məktəblərindən biri. Böyük Moğol imperiyasının sarayında inkişaf etmişdir. Moğol miniatür məktəbi Azərbaycan, İran, Mərkəzi Asiya miniatürlərinin təsiri ilə, həmçinin Avropa boyakarlığı və qrafikasından faydalanmaqla yerli ənənələr əsasında formalaşmışdır. Moğol miniatür məktəbinin erkən inkişaf mərhələsi Təbrizdən Hindistana dəvət olunmuş Azərbaycan rəssamı Mir Seyid Əli və Şirazlı Əbd əs-Səmədin yaradıcılığı ilə bağlıdır. Onların rəhbərliyi ilə XVI əsrin ikinci yarısında Hindistanda böyük rəssamlar qrupu fəaliyyət göstərirdi. Moğol miniatür məktəbinə məxsus əsərlərdə çoxfiqurlu kompozisiyalar, hadisələrlə şərti dekorativ mənzərə fonunda verilmişdir. XVII əsrin birinci yarısında Moğol miniatür məktəbi ilə portret miniatürləri əsas janr idi. XVII əsrin ikinci yarısında animalistik janr inkişaf etmişdir. XVIII əsrin miniatürlərində realist əlamətlər yoxa çıxmış, təsvirlə quruluq və qeyri-həyatilik üstün yer tutur. Hindistanın şimal rayonlarının və Dəkkənin miniatür rəssamları Moğol miniatür məktəbinin ənənələrini mənimsəmişdir.
Mülküyə Məktəbi
Məktəb-i Mülküyə və ya qısaca Mülküyə — Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsinin tarixi adıdır. Osmanlı Dövləti dövründə vətəndaş idarəçi sinifini yetişdirmə məqsədi ilə açılmış olan məktəb Türkiyədə İqtisad, müəssisə, Maliyyə, Beynəlxalq münasibətlər, İş İqtisadiyyatı, Dövlət və bələdiyyə idarəetməsi və Siyasət Elmi sahələrində təhsil verən ən köklü təhsil təşkilatıdır. İstanbulda 1859-cu ildə (I Əbdülməcid dövründə) qurulan Mekteb-i Mülküyə, respublika dövründə Ankaraya daşınmışdır və hal-hazırda, Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsinə çevrilmiş olaraq təhsilini davam etdirməkdədir. == Tarixçə == İlk il 50 şagird alması qərarlaşdırılan məktəbin ilk direktoru "Camal bəy" oldu. Camal bəyin bir illik müdirliyinin sonra 1877-yə qədər Müderris Hilmi Əfəndi müdirlik etdi. Qəbul edilən şagird sayı 1864-də 100-ə çıxarıldı. Məktəb, ilk məzunlarını 1861-ci ildə verdi. İki il əvvəl 50 adamın alındığı məktəbdən 33 nəfər məzun olmuşdu. Məktəb birincisi olan Çeşmeli Mehmet Sirri Əfəndi öz tercihiyle Preveze Qəzası Müdiri olaraq təyin edildi və ilk mülkiyeli idarə komandiri olaraq tarixə keçdi. O il nümayiş olunan bir iradə ilə bundan belə qəza Müdirliklərindən və Liva kaymakamlıklarına Mekteb-i Mülküyə məzunu olmayanların alınmayacağı eşitdirildi.
Məktəbi-tərbiyə
Məktəbi-tərbiyə və ya "Tərbiyə" məktəbi— Naxçıvan şəhərində XIX əsrə aid məktəb. == Haqqında == Məktəbi-tərbiyə 1894-cü ildə görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqi tərəfindən Naxçıvan şəhərində təsis edilmişdir. Məktəbdə dünyəvi fənlərin tədrisinə ciddi fikir verilir, ana dili ilə yanaşı rus dili və ədəbiyyatı da öyrədilirdi. 1896-cı ildə məktəb üçün yeni bina tikilmişdi. Onun inşasına Hacı Zeynalabdin Tağıyev, general-leytenant İsmayıl xan Naxçıvanski yaxından köməklik göstərmişdilər. Məktəb az vaxtda Naxçıvanın ədəbi-mədəni həyatının mərkəzlərindən birinə çevrilmişdi. Burada yerli ziyalıların iştirakı ilə teatr tamaşaları göstərilir, ədəbi əsərlərin müzakirəsi keçirilir, yubiley gecələri təşkil olunurdu. Aleksandr Puşkinin anadan olmasının 100 illiyi münasibətilə keçirilən yubiley gecəsində (26 may 1899) Məhəmməd Tağı Sidqi şairin həyat və yaradıcılığı haqqında məruzə etmişdir. Cəlil Məmmədquluzadə bu məktəbi "yeniyetmə müəllim və ədiblər üçün darülürfan" adlandırmışdır. 1896-cı ildə Rus-tatar (Rus–Azərbaycan) məktəbinə çevrilərkənməktəbinin fəxri nəzarətçisi Bəhram xan Naxçıvanski olmuş, sonra o yerini istefada olan rotmeyster Cəfərqulu xan Naxçıvanskiyə vermiş, daha sonra isə Mirzə Ələkbər Süleymanov özünün yazdığına görə 1897-ci ildə məktəbin müdiri təyin edilmişdir.
Nehrəm məktəbi
Nehrəm məktəbi — Babək rayonunun Nehrəm kəndinin mərkəzində memarlıq abidəsi. Məktəb binası hazırda bərpa olunsa da köhnə arxitektura üslubunu qoruyub saxlamışdır. Ümumi planda dördkünc olan binanın xarici divarları girintili-çıxıntılıdır. Bu arxitektura üslubu XIX əsrdə Naxçıvanda tikilən bir sıra binaların tikintisində istifadə edilmişdir. Azərbaycanın məşhur yazıçısı Cəlil Məmmədquluzadə vaxtilə bu məktəbdə dərs demişdir. Hazırda binada C. Məmmədquluzadənin xatirə muzeyi yerləşir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.375.
Novqorod məktəbi
Novqorod məktəbi (rus. Новгородская школа) — XII əsrin ikinci yarısından XVI əsrin əvvəllərinə qədər Novqorodda, onun tabeliyindəki ərazilərdə formalaşmış qədim rus memarlıq və boyakarlıq məktəbi. Novqorod məktəbnin boyakarlıq əsərlərində xəlqilik və obrazların emosional ifadəliyi, kolorit zənginliyi güclüdür. Snas-Nereditsa kilsəsinin (1199) və Volotovo çölündəki Uspeniye kilsəsinin (1352) freskaları (1363–1390-cı illər arasında), Feofan Qrekin divar rəsmləri (XIV əsr), ikona və miniatürlər bu məktəbədə aiddir. Novqorod məktəbinin daş memarlığı abidələr üçün monumentallıq, forma lakonikliyi, xarici bəzəklərin nizamlılığı səciyyəvidir.
Paris məktəbi
Paris məktəbi — Qərb sənətində XX əsrin birinci yarısında Parisdə yerləşən,bənzər cərəyanlarda yer alan sənətçiləri izah etmək üçün istifadə olunan bir termindir. Paris Məktəbi tək bir sənət hərəkatı və ya təşkilat deyildi, lakin Parisin 20-ci əsrin əvvəllərində Qərb sənətinin mərkəzi kimi əhəmiyyətini ifadə edir. 1900-1940-cı illər arasında şəhər bütün dünyadan sənətçilər çəkdi və bədii fəaliyyət mərkəzi oldu. Paris Məktəbi, bu boş cəmiyyətin, xüsusən də fransız olmayan sənətkarların, Montparnasse'nin kafe, salon və ortaq iş yerləri və qalereyalardakı mərkəzlərini təsvir etmək üçün istifadə edilmişdir. Birinci Dünya Müharibəsindən əvvəl bu ad həm də post-impressionistlər və Pointillizm və Orfizm, Fauvizm və Kubizm arasında bir çox əməkdaşlıq və yeni sənət cərəyanlarında üst-üstə düşən sənətkarlara da tətbiq olunurdu. Həmin dövrdə Montmartrada bədii mayalama və orada qurulmuş sənət səhnəsi baş verdi. Lakin Pikasso uzaqlaşdı, müharibə demək olar ki, hamını səpələdi, 1920-ci illərdə Montparnasse avanqardın mərkəzinə çevrildi. İkinci Dünya Müharibəsindən sonra bu ad başqa bir mücərrəd sənətkar qrupuna tətbiq edildi. == Haqqında == I dünya müharibəsi öncəsində Parisdə yaşayan Pablo Pikasso,Mark Çaqal,Amadeo Modilyani,Pyer Bonard və Henri Matis kimi sənətçilər,ortaya çıxardıqları Post-impressionalizm,kubizm, fovizm kimi cərəyanlara Paris məktəbinin qabaqcıllarıdır.Bu sənətçilər və Jan Arp, Robert Delauney,Sonia Delauney,Coan Miro,Konstantin Brakusi,Raul Dofi,Rene İçe,Tsuquharu Foucita kimi digərləri,iki dünya müharibəsi arasındakı dövrdə Sürrealizm və Dada başda olmaqla fərqli cərəyanlarda da əsərlər yaradıblar. == Birinci Dünya müharibəsindən sonra == "Paris məktəbi" termini 1925-ci ildə André Warnod [fr] tərəfindən Parisə köçmüş bir çox xarici əsilli sənətkarlara istinad etmək üçün istifadə edilmişdir.
Pifaqorçular məktəbi
Pifaqorçulár məktəbi (və ya ittifaqı) — Qədim Yunanıstanda e. ə. VI—IV əsrlərdə yaranmış dini-fəlsəfi cəmiyyət. Samosatalı Pifaqorun adı ilə adlanırdı. == Tarixi == Pifaqor Güney İtaliyanın Krotona şəhərində dini-fəlsəfi cəmiyyət yaratmış və ona başçılıq etmişdir. Orada tərbiyə edilən gənclər bilikləri ilə seçilmiş və onlar gələcəkdə yüksək vəzifələr tutmaq üçün hazırlanırdı. Bu birliyin fəaliyyətinin bir çox məqamları həmçinin gizli saxlanılmış, onun barəsində məlumatlar cəmiyyətə açıqlanmırdı. Yeni üzvlər “Pifaqorçular ittifaqına” yalnız müəyyən edilmiş sınaqları keçdikdən sonra girə bilərdilər.Ancaq bir sürə sonra Krotonada siyasi durum gərginləşmiş, şəhər sakinləri pifaqorçuların gizliliyindən ehtiyat edərək onları təqib etməyə başlamışdılar. Bu təqiblər zamanı pifaqorçuların mərkəzi dağıdılmış, onlardan bir çoxları öldürülmüşdür. Pifaqorun da o hadisələrdə öldürüldüyü güman edilir.
"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi
Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsi (əvvəlki adı: Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsi) — Azərbaycan Respublikasında müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirləri (innovativ təhsil proqramlarını) həyata keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən ümumi təhsil müəssisəsi üçün 2007-2008-ci tədris ilindən başlayaraq hər tədris ilində bir dəfə olmaqla, müsabiqə əsasında 50 ən yaxşı ümumi təhsil müəssisənin hər birinə innovativ təhsil üsullarının inkişaf etdirilməsi üçün 10.000 manat məbləğində birdəfəlik mükafatın verilməsini nəzərdə tutan müsabiqə. Müsabiqə hər tədris ili üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilib. == Təsisi == "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamı ilə gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılayan, Azərbaycan dili, ədəbiyyatı və tarixinin, xarici dillərin tədrisində nailiyyətlər qazanan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yüksək nəticələr əldə edən ümumtəhsil məktəblərinin fəaliyyətini qiymətləndirmək məqsədilə təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2008-ci il tarixli, 714 nömrəli Fərmanı ilə "Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri" təsdiq edilmişdir. == Adı == Müsabiqənin ilk adı "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 381 nömrəli Fərmanı ilə müsabiqənin adı dəyişdirilərək, "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsi olmuşdur. Lakin 2012/2013-cü tədris ilində müsabiqə qaliblərinin mükafatlandırılması ilə bağlı verilmiş Sərəncamda müsabiqənin adı yenidən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi kimi göstərilmişdir. == Başlıca məqsədi == Müsabiqənin keçirilməsində başlıca məqsəd innovativ təhsil proqramlarının tətbiqi ilə təlim-tərbiyə sahəsində uğurlu nəticələrə nail olan, keyfiyyət göstəricilərinə görə fərqlənən ümumi təhsil müəssisələrini müəyyən etmək, yaradıcı pedaqoji kollektivlərin qabaqcıl təcrübəsini respublika miqyasında geniş yaymaq, təhsil müəssisələri arasında yenilikçilik uğrunda sağlam rəqabətin güclənməsinə real zəmin yaratmaq və ictimaiyyətin, valideynlərin, xeyriyyəçi iş adamlarının, biznes qurumlarının diqqətini ümumi təhsil müəssisələrinin inkişafı ilə bağlı məsələlərə fəal cəlb etməkdən ibarətdir. == Müsabiqədə iştirak şərtləri == Müsabiqədə iştirak etmək istəyən ümumi təhsil müəssisələri aşağıdakı şərtlərə cavab verməlidir: son üç ildə məzunlarının ali təhsil müəssisələrinə qəbul faizinin yüksək olması; son üç ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında məzunlarının yüksək bal toplaması; müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, habelə digər inkişafyönümlü innovativ təhsil proqramlarında iştirakı; respublika və beynəlxalq səviyyəli olimpiada, müsabiqə və yarışlarda şagirdlərinin mükafata layiq yerlər tutması; ali təhsilli müəllimlərinin faizinin yüksək olması; ümumi təhsil müəssisəsinin fənn müəllimləri ilə tam komplektləşdirilməsi, müəllim-şagird nisbətinin səviyyəsinin aşağı olmaması; təhsil və əmək qanunvericiliyinin, təhlükəsizlik və sanitar tələblərin pozulması hallarına yol verilməməsi; ictimai birliklər, fondlar, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, valideyn-məktəb assosiasiyaları və digər qurumlar tərəfindən, o cümlədən təhsil alanlar arasında aparılan sorğularda ümumi təhsil müəssisəsi haqqında müsbət mülahizə və rəylərin irəli sürülməsi; ümumi təhsil müəssisəsinin müsabiqədə iştirakı üçün əhəmiyyətli olan digər zəruri göstəricilər. == Müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarət == Müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarət, tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən "Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi" tərəfindən həyata keçirilir.
1 nömrəli Bakı Tibb Məktəbi
1 nömrəli Bakı Tibb Kolleci (əvvəlki adı: 1 nömrəli Bakı Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı 1 nömrəli Bakı Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Müalicə işi; Mamalıq işi; Əczaçılıq; Tibb bacısı işi.
2 nömrəli Bakı Baza Tibb Məktəbi
2 nömrəli Bakı Baza Tibb Kolleci (əvvəlki adı: 2 nömrəli Bakı Baza Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı 2 nömrəli Bakı Baza Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır.2 nömrəli Bakı Baza Tibb Kolleci hüquqi formasına görə dövlət, hüquqi şəxs statusuna malik, orta ixtisas təhsilli mütəxəssis hazırlayan və orta tibb və əczaçı ixtisas təhsilli işçilərin ixtisasartırılma və təkmilləşdirmə proseslərini həyata keçirən tədris müəssisəsidir.Fəaliyyət göstərdiyi müddətdə səhiyyə müəssisələri üçün 26380 orta ixtisaslı tibb işçisi yetişdirmişdir. Kollecin məzunları təkcə Azərbaycanda deyil, həmçinin yaxın və uzaq xarici ölkələrdə də öz vəzifə borclarını yerinə yetirərək əhaliyə xidmət göstərir. == Direktorları == Dilarə Əli qızı Məmmədəliyeva (2007-ci ildən) == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Mamalıq işi; Tibbi profilaktika; Ortopedik stomatologiya; Əczaçılıq; Tibb bacısı işi; Laboratoriya diaqnostikası.
5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbi
Kimya – biologiya təmayüllü Respublika liseyi- 1969-cu ildə beynəlmiləl orta məktəbin bazası əsasında yaradılmış və kimya–biologiya təmayüllü 5№-li internat məktəb kimi fəaliyyətə başlamışdır. == Haqqında == Bu məktəb uzun müddət N. Nərimanov adına Tibb İnstitunun baza məktəbi olmuş və 1991-ci ildən lisey statusu almışdır. Lisey yarandığı gündən öz nəticələrinə görə bütün Respublikada yaxşı mənada tanınmağa başlamışdır. Lisey savadlı, səriştəli müxtəlif ixtisas müəllimləri ilə komplektləşdirilmiş, istedadlı şagirdləri cəlb etməklə böyük uğurlar qazanmışdır və Respublikanın ən mötəbər təhsil ocaqlarından birinə çevrilmişdir. Lisey kimya və biologiya təmayüllü olduğundan məzunların çoxu tibb sahəsinə maraq göstərmiş, müəyyən qismi isə digər maraqlandıqları peşələrə yiyələnmişlər. Lisey yarandığı gündən bu günə kimi yüzlərlə, minlərlə yüksək ixtisaslı kadrlar hazırlamış, onların bir çoxu Respublikamızla yanaşı bu gün də MDB ölkələrində və xarici ölkələrdə uğurla fəaliyyət göstərməkdədirlər. == Maddi texniki bazası == Lisey 4 mərtəbəli tədris korpusundan, 3 mərtəbəli yataqxanadan, 1 mərtəbəli yeməkxanadan, 1 mərtəbəli yardımçı təsərrüfat binasından və emalatxanadan ibarətdir. Son illərdə liseyin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, bütün korpusların dam örtükləri yenidən qurulmuş, pəncərələr plastik pəncərələrlə əvəz edilmiş, yeni informatika kabinetləri yaradılmış, internetə qoşulan müasir kompüterlərlə təhciz olunmuş, müasir kimya, fizika və biologiya laboratoriyaları quraşdırılmış, şagird partaları və stulları, müəllim stol və stulları, yazı lövhələri tamamilə yeniləşdirilmişdir. Lisey notbuk və proyektor, həmçinin elektron dərs vəsaitləri ilə təmin olunmuşdur.
Abşeron xalçaçılıq məktəbi
Abşeron xalçaçılıq məktəbi Azərbaycan xalçaçılıq məktəblərindən biri. Məktəb özündə Abşeron kəndləri olan Goradil, Novxanı, Suraxanə, Xilibuta, Nardaran, Bülbülə, Fatmayi, Mərdəkan, Qala, Xilə, həmçinin Xızı bölgəsini birləşdirir. Həmçinin Fındığan, Xil, Keş və Hadı kimi xalçaçılıq mərkəzləri də vardır.Bu xalçaçılıq məktəbinin məhsulları parçanın yumşaqlığı, intensiv rəngləri, yüksək rəssamlıq zövqü və işlənmənin füsunkarlığı ilə fərqlənir. Bu məktəbdə 10 kompozisiya cəmlənib. Xalçaların üzərindəki tarixi mənbələr və yazılar ona dəlalət edir ki, bu kəndlərdə xalçaçılıq geniş inkişaf etmiş və xalça məmulatları ölkənin hüdudlarından kənara ixrac olunurdu. Xalçanın kompozisiyasında medalyonlara tez-tez rast gəlinir. Onlar müxtəlif motivlərlə, adətən həndəsi emaldan sonra ilkin obyekti ilə oxşarlığını itirmiş bitkilərin üslublaşdırılmış təsvirləriylə doldurulur. Bakı məktəbi Abşeronun kəndlərini - Görədil, Novxanı, Nardaran, Bülbülə, Fatmayı, Mərdəkan, Qala, Xilə və digər kəndləri, həmçinin Abşerondan kənarda yerləşən Xızı rayonu və ona daxil olan Qədi, Hil, Keş, Fındığan və s. xalça məntəqələrini əhatə edir. Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir.
Aleksandra imperator rus-müsəlman qız məktəbi
İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi və ya Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbi — Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış məktəbdir. Məktəb görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır. Bu açılmış məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi. == Yaranması == 1897-ci ildən Hacı Zeynalabdin Tağıyev bu dəfə Rusiya imperator idarələrinin süründürməçiliyi ilə üzləşir. İcazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və tikilişinə 4 il vaxt sərf olunur. 1896-cı ildə qız məktəbi açmağa icazə verildi. Tağıyev məktəb binasının layihəsini mahir memar Qoslovskiyə tapşırdı. Binanı 1898-ci ildə tikməyə başladılar və 1900-cü ildə hazır oldu. Müsəlman qızlar məktəbi üçün bina düz İsmailiyyə binasının yanında tikilir. O, məktəbin ərsəyə gəlməsinə 183 min 533 rubl pul (rus pulu) xərcləyir.
Alpert Tibb Məktəbi
Alpert Tibb Məktəbi (ing. The Warren Alpert Medical School of Brown University) — Braun Universitetində tibb proqramını həyata keçirən təhsil müəssisəsi == Tarixi == 1811-ci ildə yaradılmışdır.1991-ci ildən məktəb Braun Tibb Məktəbi adlandırılır.2007-ci ildə iş adamı Uorren Alpert məktəbə 100 milyon dollar vəsait yardım edir. Bunun qarşılığında məktəbin adı dəyişdirilərək Uorren Alpert Tibb Məktəbi olur. == Fəaliyyəti == Hazırda bu məktəb Amerikanın ən rəqabətli məktəblərindəndir. Məktəbə qəbul olmaq istəyənlərin yalnız 2%-dən aşağısı müsabiqədən uğurla keçir.Məktəbdə hüceyrə biologiyası, fiziologiyası, biokimya, qidalanma, immunologiya və genetika, mikroskopik anatomiya, ümumi patologiya, neyrobiologiya, patofiziologiya, neyrofarmokologiya, mikrobiologiya, epidemiologiya, endokrin patofiziologiya, kardiologiya, nefrologiya, pulmonologiya, gematologiya, qastroenterologiya və s. elmlər öyrədilir.Burada 4 il təhsil aldıqdan sonra tələbələr bakalavr diplomu alır və avtomatik olaraq təhsilini MD (latın dilindən "Medicinae Doctor" - tibb doktoru) dərəcəsi almaq üçün davam etdirir. Ümumilikdə, tibbi təhsil burada 8 ildir. Məktəb MD/PhD/MPH və tibb doktoru /MPP dərəcələri təklif edir. == Mərkəz və hospitalları == Alpert Tibb Məktəbinin nəzdində Providens Tibb Mərkəzi və Rod Aylend, Miriam, Memorial, Batler, Emma Pendlton Bradli, Qadın və Uşaq hospitalları fəaliyyət göstərir.
Arran memarlıq məktəbi
Azərbaycan memarlıq tarixində bir məktəb kimi ilk dəfə formalaşan Aran memarlıq məktəbi olmuşdur. Azərbaycan Ərəb Xilafətinin tərkibinə daxil olduğu zaman Bərdə böyük və məşhur bir şəhər idi. Burada görkəmli memarlıq abidələrinin tikilməsi haqqında mənbələrdə məlumatlar var. Qədim memarlıq ənənələri ilə islamiyyətdən gələn tipoloji xüsusiyyətlərin birləşməsi nəticəsində formalaşan orta əsr Azərbaycan memarlığının ilk rüşeyimləri məhz burada özünü göstərmişdir. Bərdədə əmələ gələn memarlıq istiqaməti, ölkədə feodal dövlətlərinin müstəqilləşməsi prosesində, yerli ənənələrin güclənməsi ərəfəsində başlayır. Məhz bu şəraitdə Aran memarlıq məktəbi əmələ gəlməkdə idi. Bərdədəki inşaat texnikası, şəhərsalma ənənələri daha sonra, şübhəsiz ki, Gəncədə davam etdirilir. X əsrdə Gəncədə Şəddadilərin apardığı geniş inşaat işləri bu şəhəri Azərbaycanın ən böyük memarlıq mərkəzlərindən birinə çevirir. Hələ Bərdədə əmələ gəlməyə başlayan üslub cəhətləri Gəncədə daha bariz şəkildə formalaşır. Bərdə və Gəncə ətrafında formalaşmış Aran memarlıq məktəbi öz təsir dairəsini genişləndirərək demək olar ki, Azərbaycanın bütün orta hissəsinə yayılır.
Azərbaycan Dövlət Rəssamlıq Məktəbi
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi — Bakı şəhərində fəaliyyət göstərmiş orta ixtisas incəsənət məktəbi. Azərbaycanın ilk rəssamlıq məktəbidir. == Tarixi == Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi 1920–1921-ci illərdə Azərbaycan Dövlət Bədii Studiyası, 1921–1922-ci illərdə Ali Rəssamlıq Emalatxanaları, 1922–1927-ci illərdə Ali Rəssamlıq Məktəbi, 1927–1940-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumu, 1940-cı ildən isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbi adlanmışdır. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir.13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir.Məktəbin direktorları Mürsəl Nəcəfov Əyyub Hüseynov (1956–1965) Əyyub Məmmədov (1965–1975) == Mükafatları == Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18 dekabr 1980 == Həmçinin bax == Azərbaycan Rəssamlıq Akademiyası Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci == İstinadlar == == Xarici keçidlər == "Zəngin ənənəli sənət ocağı". Azərbaycan Milli Kitabxanası. 20 aprel 2012. 6 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2020.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Dəmiryolçular Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Dəmiryolçular Məktəbi — hərbi xarakterli yükləri daşımaq, dəmir yolu nəqliyyatı işinin hərbi tələblərə uyğun qurulması üçün mütəxəssislər hazırlayan təhsil müəssisəsi. == Yaradılması == Məktəbin açılması ilə bağlı təşkilati işlərə 1919 ilin yazında başlanılmışdı. Hərbi nazirlik strateji nəqliyyat vasitəsi kimi, bu sahənin təşkilinə xüsusi diqqət yetirirdi. Həm də, dəmir yolu nəqliyyatında çalışanların əksəriyyəti qeyri-azərbaycanlılar olduğundan onların etibarlılığı şübhə doğururdu. Hərbi yüklərin daşınmasında fasiləsiz iş rejiminə və sabit vəziyyətə nail olmaq üçün 1919 il avqustun 10-da hərbi dəmiryolçular məktəbi təsis edildi. Baş ərkani-hərbin rəisi Məmməd bəy Sulkeviçin 1919 il 28 may tarixli məktubuna əsasən, praporşiklər məktəbinin 20 nəfər məzunu yeni ixtisasa yiyələnmək üçün hərbi dəmiryolçular məktəbinə göndərildi. Məktəbdə 120 nəfər əsgərin təhsil alması planlaşdırılmışdı. == Rəhbərlik == Hərbi nazirin əmrinə əsasən, məktəb 1919 il sentyabrın 4-dən fəaliyyətə başladı. Məktəbin rəisi vəzifəsi poruçik Qluxova həvalə olunmuşdu. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Məktəbi == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Feldşer Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Feldşer Məktəbi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada təsis edilmiş hərbi-tibb təhsili müəssisəsi. == Yaradılması == Qoşun hissələrində tibbi xidmətin yaxşılaşdırılması üçün hərbi nazirin 1919 il 22 yanvar tarixli əmri ilə Gəncə əsgər xəstəxanası nəzdində bölük feldşer şagirdləri hazırlayan kurs, 1919 il 15 fevral tarixli əmri ilə isə bütün hərbi hissələrin nəzdində 2 aylıq sanitar kursları açılmışdı. Kurslar hərbi-tibb kadrlarına olan ehtiyacı ödəmədiyi üçün, hərbi nazir 1-ci Cavanşir piyada alayının Şuşada yerləşən 1-ci taborunun həkimi Mehmandarovun Şuşa şəhərində hərbi feldşer məktəbinin açılması barədə təklifini müdafiə etdi. Hərbi nazirin 1919 il 3 sentyabr tarixli 406 saylı əmrində göstərilirdi ki, Şuşa hərbi feldşer məktəbi, ştat cədvəlinin rəs mən təsdiqlənməsini gözləmədən, dərhal fəaliyyətə başlasın. Məktəb nazirliyin hərbi-tibb idarəsinə tabe idi və onun ştatı 1919 il avqustun 31-də Hərbi şurada təsdiq olunmuşdu. == Fəaliyyəti == Məktəbə 40 nəfərin qəbulu nəzərdə tutulmuşdu. Təhsil müddəti 6 ay idi. Tədris işinə Səməd bəy Mehmandarovdan əlavə, həkimlər Ağayev və Ağakişibəyov da cəlb olunmuşdular. Hərbi feldşer məktəbinə ilkin hərbi hazırlıq keçmiş və feldşer olmağı arzulayan əsgərlər, həmçinin 30 yaşınadək mülki şəxslər qəbul edilə bilərdi. Mülki şəxslər məktəbə qəbul edilməzdən əvvəl onların hərbi xidmətə yararlı olub-olmamaları müəyyənləşdirilməli idi.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Praporşiklər Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Praporşiklər Məktəbi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu üçün zabit kadrları hazırlayan ilk hərbi təhsil müəssisəsi. == Yaradılması == 1918-ci il dekabrın 1-də Gəncə hərbi məktəbinin əsasında yaradılmışdı. == Strukturu == Yeni şəraitdə məktəbin statusu da genişləndirildi. Belə ki, praporşiklər məktəbinin məzunu buraxılış imtahanlarım uğurla verdikdə dərhal ilk zabit rütbəsinə — praporşik rütbəsinə layiq görülürdü. 1918-ci il dekabrın 24-də polkovnik Şirin bəy Kəsəmənli Praporşiklər məktəbinin rəisi təyin olundu. Hərbi nazirin 1919-cu il 8 aprel tarixli 186 saylı əmri ilə Şirin bəy Kəsəmənli 2-ci Bakı piyada alayının komandiri təyin olunduğundan həmin əmrlə 1-ci qaubitsa-topçu divizionunun komandiri polkovnik Rüstəm Şıxlinski Praporşiklər məktəbinin rəisi təyin edildi. 1919 ilin aprelində Praporşiklər məktəbinin yeni statusda ilk buraxılışı oldu. Azərbaycan Parlamenti sədrinin müavini Həsən bəy Ağayev və digər rəsmi şəxslər bu əlamətdar hadisə münasibətilə Gəncəyə gəldilər. İlk buraxılıŞda PraporŞiklər məktəbinin 135 məzunu zabit rütbəsinə layiq görüldü. Məktəbin 1919-CU ilin sentyabrındakı ikinci buraxılıŞında isə onu 119 nəfər bitirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin İstehkamçılar Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin İstehkamçılar məktəbi — Azərbaycan Xalq Cümhuriyyəti milli ordusu üçün hərbi kadrlar hazırlayan təhsil müəssisəsi. == Yaradılması == Hərbi nazirin 1919-cu il, 28 yanvar tarixli əmrinə əsasən, Gəncədə yaradılmışdı. Statusuna görə kiçik komandirlər və mütəxəsislər hazırlayırdı. Təminat və təchizatın, müəllim-zabit kadrlarının və dərs vəsaitlərinin çatışmazlığı tədrisin təşkilinə əlavə çətinliklər yaradırdı. 1919-cu ilin, iyulunda İstehkamçılar məktəbi Praporşiklər məktəbi Bakıya köçürülməsi qərara alındı. 1919-cu ilin avqustun axırlarında məktəb əvvəlcə Gəncəyə, sonra isə (sentyabrın 5-i) Bakıya köçürüldü. Məktəbin rəisi polkovnik B.K.Bekov idi. == Ləğvi == İstehkamçılar məktəbi , Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, 1920-ci ilin iyulun 14-də ləğv olunmuşdur. == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyəti İstehkam idarəsi maddəsi.
Azərbaycan adına bələdiyyə məktəbi (Braziliya)
Azərbaycan adına bələdiyyə məktəbi - Braziliyanın patraxtı Rio-de-Janeyroda yerləşən bələdiyyə məktəbi. == Haqqında == Braziliyanın paytaxtı Rio-de-Janeyronun da şəhər bələdiyyəsinin üzvü Joao Ribaş parlamentə məktəbə Azərbaycan adının verilməsini təklif edib. Bu təklif parlamentdə böyük səs çoxluğu ilə qəbul olunub. Həmin təhsil müəssisəsi 2016-cı ilin yanvar ayəndan Azərbaycanın adını daşıyır. Məktəbin üçmərtəbəli binasında 26 otaq var. Burada V-XI siniflərdə 700-dən artıq şagird təhsil alır. Sinif otaqlarında Azərbaycana dair kitablar, Azərbaycana həsr olunmuş rəsm müsabiqəsi ilə əlaqədar çəkilən rəsmlər, müxtəlif vəsaitlər şagirdlərə təqdim edilir. Məktəbdə fiziki qüsurlu uşaqlar üçün ayrıca sinif otağı var. Həmin otaqda bu qəbildən uşaqlar üçün xüsusi dərslər keçirilir, onların əl işləri təqdim olunur. Təhsil müəssisəsinin direktoru Fabio Minionidir.
Azərbaycan məktəbi (jurnal)
Azərbaycan məktəbi (jurnal) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-nəzəri, pedaqoji jurnalı.İlk və ən uzunömürlü jurnalıdır. 1924–1930-cu illərdə "Yeni məktəb", 1930–1941-cü illərdə "Müəllimə kömək" adlanlandırılıb, 1943-cü ildən başlayaraq "Azərbaycan məktəbi" adı ilə dərc olunur. == Haqqında == «Azər­baycan məktəbi» - pedaqoji mətbuat tariximizdə ən uzunömürlü akademik jurnal hesab olunur. Jurnal 95 il müddətində təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli rol oynayıb.Jurnalda elmi ictimaiyyət nümayəndələrinin, pedaqoqların, psixoloqların təhsilin aktual problemləri,fəlsəfəsi, tarixi ilə bağlı məqalələri dərc olunub. 2018 - ci ildən Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramovun göstərişi əsasında jurnalda yeni islahatlara start verilib. Onun dizaynı, məqalələrin hazırlanması və nəşri prosesi dünyanın təhsil sahəsində nüfuzlu elmi jurnallarının qəbul etdiyi elmi standartlara uyğunlaşdırılıb, jurnalın veb saytı yaradılıb. 1924-cü ildən bu günümüzədək nəşr olunan nömrələrinin elekton bazası yaradılıb və saytda arxivləşdirilib. Hazırda jurnalın saytı ingilis dilində dünya ictimiaiyyətinə təqdim olunur. CiteFactor, Index Copernicus kimi, ResearchGate, DOAJ, Ideal Online, SOBIAD kimi elmi dərgilərin elektron arxivlərini indeksləmə qurumları tərəfindən tanınmağa və qəbul edilməyə başlanmışdır. Hazırda Web of Sciencenəhəng elmmetrik platformasına daxil olmaq üçün ən müasir standartların tətbiqinə doğru istiqamətlənən “Azərbaycan məktəbi” jurnalı təhsilimizin aktual problemlərinə, qabaqcıl təcrübənin öyrənilməsinə, təhsilinin dünyada qəbul olunmuş nəzəri və konseptual məsələlərinə aid məqalələrin nəşrini planlaşdırır.
Azərbaycan məktəbi yüksəlişdə (film, 1972)
Azərbaycan məktəbi yüksəlişdə qısametrajlı sənədli filmi rejissor Cəmil Fərəcov tərəfindən 1972-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə xalq maarifi sitemində qabaqcıl təcrübənin tətbiqindən söhbət gedir. == Məzmun == Filmdə xalq maarifi sitemində qabaqcıl təcrübənin tətbiqindən söhbət gedir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: İkram Süleymanov, Rasim Əsədov Rejissor: Cəmil Fərəcov Operator: Azər Salayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Azərbaycan məktəbində rus dili (film, 1976)
Azərbaycan məktəbində rus dili filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1976-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan məktəblərində rus dilinin tədris olunmasından bəhs edir. == Məzmun == Film Azərbaycan Respublikasının məktəblərində rus dilinin tədris olunmasından bəhs edir.
Azərbaycan məktəbinin 60 illiyi (film, 1980)
Azərbaycan məktəbinin 60 illiyi qısametrajlı sənədli filmi rejissor Tofiq Mütəllimov tərəfindən 1980-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə Azərbaycan məktəbinin keçdiyi böyük yoldan, yeni tədris sisteminin əsasını qoyan müəllimlərdən danışılır. == Məzmun == Kinolentdə Azərbaycan məktəbinin keçdiyi böyük yoldan, yeni tədris sisteminin əsasını qoyan müəllimlərdən danışılır.Film Respublikanın maarif sahəsində əldə etdiyi nailiyyətlərə yekun vurur və Azərbaycan məktəbinin inkişafının və təkmilləşdirilməsinin əsas yollarını açıb göstərir.
Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi
Heydər Əliyev adına Hərbi İnstitut — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, orta ixtisas təhsili, ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsi. Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Ali Hərbi Məktəbin hüquqi varisidir. Döyüşlərdə göstərdiyi igidliklərinə görə məktəbin məzunlarından bir qismi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı və başqa fəxri adlara layiq görülmüşdür.Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanına əsasən, məktəb Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəbləri ləğv edilmiş, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələri fakültələri yaradılmaqla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə birləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2022-ci il tarixli fərmanı ilə Ali Hərbi Məktəbin əsasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Erkən tarixi == Heydər Əliyev adına Azərbaycan Hərbi İnstitutun tarixi 1918-ci il fevral ayının 6-da Müsəlman Korpusunun komandiri general-leytenant Əliağa Şıxlinskinin bolşevik inqilabından sonra Cənubi Qafqazda legitim hakimiyyət orqanı olan Zaqafqaziya komissarlığına məktubla müraciət etməsi və Milli Hərbiyyə Məktəbinin açılması haqqında icazə istəməsi ilə başlayır. 1918-ci ilin mayında Azərbaycana gələn Nuru Paşa, Türk əsgərləri və yerli qüvvələr əsasında yaradılan Qafqaz İslam Ordusunun komandanı təyin edildi. Türk zabitlərinin yaxından köməyi və iştirakı ilə, Azərbaycan Demokratik Cumhuriyyəti ordusunu milli kadrla təmun etmək məqsədi ilə 1918-ci ilin iyun ayinda Nuru Paşanın rəhbərliyi ilə Gəncədə ilk hərbi məktəb yaradıldı. Zaqafqaziya Komissarlığının razılığı ilə 1918-ci il mart ayının 1-də Tiflis şəhərində Milli Hərbiyyə Məktəbi açılmış elan edildi və poruçik Cahangir bəy Zeynalbəy oğlu Nəsirbəyov Milli Hərbiyyə Məktəbinin rəisi təyin edildi, elə həmin gün də məktəbin dəftərxanası fəaliyyətə başladı və dərhal da kursant qəbulu elan edildi.Korpus komandiri Əliağa Şıxlinskinin əmri ilə Milli Hərbiyyə Məktəbinin daimi heyəti və dəftərxanası 1918-ci il aprel ayının 2-də Tiflisdən Gəncəyə köçürüldü və həmin ayın 8-də Gəncədəki sənət məktəbində yerləşdirilərək öz fəaliyyətini davam etdirdi. 1918-ci ilin aprel ayında bolşevik-daşnak qoşunlarının Gəncə üzərinə hücuma başlaması ilə Azərbaycanda hərbi vəziyyət mürəkkəbləşdiyi üçün Milli Hərbiyyə Məktəbinin fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.
Bakı Ali Birləşmiş Komandirlər Məktəbi
Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi (abr. BAÜKM) və ya BVOKU (rus. Бакинское высшее общевойсковое командное училище) — 29.11.1939 – 1991-ci illərdə SSRİ-nin ilk hərbi təhsil müəssisələrindən biri. Məktəb mövcud olan illərdə bir sıra ixtisaslar üzrə hərbi kadr hazırlamışdı. Azərbaycan SSR-nin paytaxtı olan Bakı şəhərində yerləşirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 91.40 dəfə / 1 mln.
2002 ••••••••••• 68.52
2003 •••••••••••• 74.01
2004 ••••••••••••••• 90.62
2005 •••••••••••••• 83.00
2006 ••••••••••••••••• 101.13
2007 ••••••••••••••• 90.91
2008 •••••••••••••••••• 109.87
2009 •••••••••••••••• 97.59
2010 ••••••••••••••• 90.68
2011 •••••••••••••••• 100.98
2012 •••••••••••••••••• 112.12
2013 ••••••••••• 65.35
2014 •••••••••• 58.35
2015 ••••••••••••• 80.98
2016 •••••••••••••••••••• 126.34
2017 •••••••••••••• 82.92
2018 ••••••••••••••••• 106.23
2019 •••••••••••••••• 95.55
2020 ••••••••• 54.37

"məktəbi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məktəbi nədir? #məktəbi sözünün mənası #məktəbi nə deməkdir? #məktəbi sözünün izahı #məktəbi sözünün yazılışı #məktəbi necə yazılır? #məktəbi sözünün düzgün yazılışı #məktəbi leksik mənası #məktəbi sözünün sinonimi #məktəbi sözünün yaxın mənalı sözlər #məktəbi sözünün əks mənası #məktəbi sözünün etimologiyası #məktəbi sözünün orfoqrafiyası #məktəbi rusca #məktəbi inglisça #məktəbi fransızca #məktəbi sözünün istifadəsi #sözlük