məktəbinin sözü azərbaycan dilində

məktəbinin

Yazılış

  • məktəbinin • 68.0054%
  • Məktəbinin • 31.9874%
  • MƏKTƏBİNİN • 0.0072%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ali partiya məktəbinin binası
Ali partiya məktəbinin binası — Rostov-na-Donu şəhərinin ərazisində, Budyannovski prospekti Moskovskaya küçəsi, ev 20/45 ünvanında yerləşən bina. Bina Qeorqi Aleksadroviç Petrov və N. Q. Xudavertovun layihəsi əsaaında 1953–56-cı illər ərzində inşa edilmişdir. Binada kommunist partiyasının ali məktəbi yerləşirdi. Bina neoklassizm stilində inşa edilmişdir. Bu dövrdə Xruşov funksionalizmi hökmranlıq edirdi. == Tarixi == Tikinti ilə əlaqədar layihə Q. A. Petrov tərəfindən hazırlanmışdı. Bu layihəyə görə Ali partiya məktəbinin binası şəhərin ən gözəl dizayn edilmiş və dekorlarls bəzədilmiş binalarından biri olmalı idi. Ancaq tikintinin gedişi bir fərmanla tamamən dəyişdirilməli olmuşdur. SSRİ Nazirlər Kabineti və MK 4 noyabr 1955 il qərarı ilə tikindidə artıqların aradan qaldırılması ilə əlaqədar verilən əmrdə binaların xüsusi ilə fasadlarında olan bəzək elementləri yığışdırılır. Bu əmrin tikintiyə təsir görtərməsinə baxmayaraq arxitektor bu təsirləri minimallardırmağa nail olmuşdur.
Bakı real məktəbinin binası
Bakı real məktəbinin binası — 1901-1904-cü illərdə mülki mühəndis Dmitri Buynovun layihəsi ilə Bakı real məktəbi üçün tikilmiş bina. Hazırda binada Azərbaycan Dövlət İqtisad Universiteti fəaliyyət göstərir. == Haqqında == Bina 1901-1904-cü illərdə mülki mühəndis Dmitri Buynovun layihəsi əsasında Bakı real məktəbinin binası kimi inşa edilmişdir. Memar binanın ilkin layihəsini 1892-ci ildə təşkil etmiş, lakin, həm layihədə həm də smetada əhəmiyyətli dərəcədə çatışmazlıqların və nöqsanların olması səbəbindən qəbul edilməmişdir.1900-cü ilin əvvəllərində Buynovun dəyişikliklər edərək İtalya İntibah memarlığı stilində işlədiyi layihə təsdiq edilmişdir. Bina, qırmızı xəttə boyunca lüçənin rəvan xəttinə daxil edilmişdir və yan qanadlarının bucaq altında yerləşmiş olduğu mərkəzi hissənin əzəmətliyi ilə xüsusi olaraq nəzərə çarpdırılmışdır. Fasadın klassik quruluşu birinci mərtəbənin çox əsaslı şəkkildə yonulmamış daş hörgüsü ilə açıq-aydın ifadə olunmuş kürsülük və Korinf pilyastrları və çox çıxarılmış pərvazla möhkəmləndirilmiş iri tağ yerləri ilə birgə tamamlayıcı yuxarı mərtəbə magistralın memarlıq-planlaşdırılma quruluşunda binanın əhəmiyyətini müəyyən etmişdir. Fasadın gözəl plastikası, işlənmə mədəniyyəti və detalların aydın çəkilməsinə münasibət məktəb binasının bütün kompozisiyasında aşkar edilmişdir. Yüksək relyefdə daşdan düzəldilmiş, yan qanadların yuxarı künclərində klassik memarlıq motivinin kompozisiyasının dekorativ-ornamental inkişafı binanın memarlığına diqqət cəlb edir.
Dənizçilik məktəbinin binası (Taqanroq)
Dənizçilik məktəbinin binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Bina Taqanroq şəhəri Turqenev xiyabanı ev 10 ünvanında yerləşir. 1840-cı illərdə inşa edilmişdir. == Tarixi == 1808-ci ildə Nikolayev Taqanroqda Şmidt küçəsi ev 14 ünvanında bina inşa edir. İlk əvvəllər bina gömrük təsisatları üçün istifadə edilmişdi. Sonradan binada iqtisad məhkəməsi yerləşirdi. 1813-cü il məlumatına görə isə binada tikinti komitəsi yerləşirdi. 1819-cu ildə kofayət qədər ərazinin olmaması səbəbindən binanın ikinci mərtəbəsi inşa edilmişdir. 1844 - 1853 illərdə knyaz Livene burada kansilyari açmışdır. Binanın girişinfə hər zaman gözətçi olmuşdur.
Gəncə Realnı məktəbinin binası
Realnıy məktəb binası — Azərbaycanın Gəncə şəhərində yerləşən 1883-cü ildə tikilmiş tarix-memarlıq abidəsi. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Gəncə Realnı məktəbinin binası 1883-cü ildə tikilib və Adil İsgəndərov küçəsi 64 ünvanında yerləşir. Çar Rusiyasının dövründə binada məktəb fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Hazırda binadan Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının tədris binası kimi istifadə olunur.
Mixailov Sənət Məktəbinin binası
Mixailov sənət məktəbinin binası - Azərbaycanın Gəncə şəhərində yerləşir. XIX əsrə aid tikilidir. Hazırda bu tikilidən inzibati bina kimi istifadə olunur. Ünvan: Ozan küçəsi, 6.
Bakı Texniki Peşə Məktəbinin binası
Bakı texniki peşə məktəbinin binası — 1898-1900-cü illərdə İosif Qoslavskinin layihəsi əsasında keçmiş Stanislavski 20 indiki Azadlıq küçəsi 20 ünvanında Bakı orta texniki peşə məktəbi üçün tikilmiş bina. Hazırda binada Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yerləşir. == Tarixi == Bakıda neft bumunun baş verməsi tikintidə və sənayedə ixtisaslı kadrlara ehtiyac yaratdı. Məhz buna görə də 26 iyun 1896-cı ildə "Aleksandrov peşə məktəbi", "Bakı aşağı mexaniki-kimyəvi, texniki peşə məktəbi"-nə çevrildi. 1901-ci ildə isə bu məktəb "Aşağı mexaniki-tikinti və texniki məktəbi" statusunu alır. 1896-1905-ci illər arası mexaniki bölmə üzrə 50, tikinti bölməsi üzrə isə 55 nəfər məzun olur. 1896-cı ildə Bakı şəhər duması dəmir yoluna yaxın ərazidə peşə məktəbi üçün yeni binanın tikintisinə ərazi ayırmaq barədə qərar verir. Bu ərazi Stanislavskiy (indiki Azadlıq küçəsi) və Suraxanskiy (indiki Dilarə Əliyeva küçəsi) küçələrinin kəsişməsində yerləşirdi. Binanın layihəsi polşalı memar İosif Qoslavskiyə məxsus idi. Layihənin müzakirəsi zamanı mühəndis texnoloq Fərrux bəy Vəzirov qeyd etmişdir ki, layihə "çox geniş tərtib olunubdur, misal üçün, laboratoriyanın layihəsi o qədər böyükdür ki, hətta beləsi nə Peterburq Universitetində, nə də Texnoloji və Mədən İnstitutlarında yoxdur".
Evdarlıq və kulinariya məktəbinin binası
Evdarlıq və kulinariya məktəbinin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Semaşko xiyabanı, Dumsk keçidi ev 51/1 ünvanında yerləşən bina. Bina 1901 eklektika stilində inşa edilmişdir. Binanın memarı Qriqori Nikolayeviç Vasilev olmuşdur. Evdarlıq və kulinariya məktəbinin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == 1898-ci ildə tacir və «Spistli içkilər kralı» Nikolay İliç Tokarev öz imkanları hesabına Aşbazlıq və evdarlığı ehtiva edən məktəb açır. İlk vaxtlar məktəb Tokarevin qızlar uçilişinin ikinci mərtəbəsində yerləşirdi. 1901-ci ildə Tokarevin imkanları daxilində Qriqori Nikolayeviç Vasilevin layihəsi əsasında Nikolaevski xiyabanında yeni məktəbin inşasına başmışdır. Tokarev binanı şəhərə ehtiva etmişdir. Sovet hakimiyyəti qurulduqdan bina yeməkxana kimi istifadə edilməyə başlanılır. 1990-cı illərdə binada təmir işləri aparılmışdır və «Tereza» kafesiə çevrilmişdir.
Mən Peşə Məktəbinin Məzunuyam (1971)
Film peşə məktəblərinin fəaliyyətindən danışır.
Azərbaycan məktəbinin 60 illiyi (film, 1980)
Mən peşə məktəbinin məzunuyam (film, 1971)
Film peşə məktəblərinin fəaliyyətindən danışır.
Ticarət məktəbinin binası (Rostov-na-Donu)
Ticarət məktəbinin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Maksim Qorki küçəsi, ev 80 ünvanında yerləşən bina. Bina 1905-ci ildə kərpicdən inşa edilmişdir. Bina Rostov kişilər üçün kommersiya məktəbi üçün nəzərdə tutulmuşdu. Hazırda bina Cənub Federal Universitetinin korpuslarından biri yerləşir. Rostov kommersiya kişi uçilişi 1900-ci ildə açılmışdır. Növbəti ildə uçiliş daxilində ticarət məktəbi açılır. 1905-ci ildə ticarət məktəbi üçün bina inşa edilmişdir. Bina o vaxtki, Sennoy və hazır ki Maksim Qorki küçəsində inşa edilmişdi. 1915-ci ildə binada bəstəkar və pianoçu Sergey Vasileviç Raxmanin çıxış etmişdir. Bir müddət sonra ticarət binası Cənub Federal Universitetinin korpuslarından biri yerlışdirilmişdir.

Oxşar sözlər

#məktəbinin nədir? #məktəbinin sözünün mənası #məktəbinin nə deməkdir? #məktəbinin sözünün izahı #məktəbinin sözünün yazılışı #məktəbinin necə yazılır? #məktəbinin sözünün düzgün yazılışı #məktəbinin leksik mənası #məktəbinin sözünün sinonimi #məktəbinin sözünün yaxın mənalı sözlər #məktəbinin sözünün əks mənası #məktəbinin sözünün etimologiyası #məktəbinin sözünün orfoqrafiyası #məktəbinin rusca #məktəbinin inglisça #məktəbinin fransızca #məktəbinin sözünün istifadəsi #sözlük