Məkkənin fəthi
Məkkənin fəthi (ərəbcə: فتح مكة) — 11 yanvar 630-cu ildə müsəlmanların, Qüreyşlilərin əlindən Məkkəni ələ keçirməsi hadisəsidir.
Bir müddət əvvəl müsəlmanlar və Məkkə paqanları ("müşriklər") arasında Hudeybiye Anlaşması imzalanmışdı. Məkkə Qureyşin müttəfiqi olan Bani Bəkir qəbiləsi, bu müqavilənin əksinə olaraq, müsəlmanların himayəsində olan Bani Huzaa qəbiləsinə hücum etdi.
Məhəmməd, Məkkəyə öldürülənlərin qan qiymətinin ödənilməsi və ya Bəni Bəkir qəbiləsi ilə ittifaqa son qoyulması lazım olduğunu, əks təqdirdə Hudeybiya müqaviləsinin pozulduğunu və döyüşməyə məcbur olacağını xəbər verdi. Məkkə əhalisi təklifləri rədd edərək müharibəyə hazırlaşacaqlarını elan etdilər.Məkkə müşrikləri sonradan fikirlərini dəyişdirərək Əbu Süfyanı müsəlmanları bir barışığa inandırmaq üçün Mədinəyə göndərdilər. Ancaq danışıqlardan heç bir nəticə alınmadı.
Məhəmməd hicrətin 8-ci ilində, 13-cü Ramazan ayında 10 min nəfərlik bir ordu ilə Mədinədən ayrıldı. Məhəmməd ordusunu 4 qola böldü və ordusuna belə bir əmr verdi: "Sizə qarşı çıxmayınca, sizə hücum edilməyəcək, heç kimlə döyüşməyəcəksiniz, kimsəni öldürməyəcəksiniz."
Məhəmməd hərəkət etməyi əmr etdi və Fəth surəsini oxuyaraq Məkkəyə daxil oldu. 3 qol heç bir müqavimətlə qarşılaşmadığı halda Xalid bin Vəlidin rəhbərliyindəki 4 qol İkrima bin Əbu Cəhilin rəhbərliyindəki kiçik bir hücumu dəf etdi. Əfv elan olunduğunu və Əbu Süfyana bildirdiyinə görə heç kimə toxunulmayacağını bildirdi.