məktəblər sözü azərbaycan dilində

məktəblər

Yazılış

  • məktəblər • 93.6988%
  • Məktəblər • 6.2787%
  • MƏKTƏBLƏR • 0.0224%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sokratçı məktəblər
Sokratçı məktəblər — e.ə. IV əsrdə Sokratın şagirdləri tərəfindən yaradılan fəlsəfi məktəblər. Bu məktəblərdə dərslər keçirilmiş, onların rəhbərləri olmuşdur. Onların arasında 3 məktəb fərqlənmiş və fəlsəfə tarixində xüsusi yer tutmuşdur: Kinik məktəbi Kirena məktəbi Meqara məktəbiDaha bir məktəb Eretriya adlanırdı. Ancaq onun haqqında zamanımıza çox az məlumat çatmışdır. Platon da Sokratın şagirdi olduğuna görə, onun yaratdığı Akademiyanı həm də sokratçı məktəblərdən biri hesab etmək olar. == Ədəbiyyat == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s.
"Nicat" məktəbləri
"Nicat" məktəbləri — Azərbaycanda 1906–1917-ci illərdə "Nicat" və "Nəşri-maarif" cəmiyyətləri tərəfindən yaradılmış bir və ikisinifli ibtidai məktəblər. 1906–1917-ci illərdə Bakıda və onun ətraf kəndlərindəki 30-a yaxın "Nicat" məktəbində 1160 şagird, o cümlədən 123 qız təhsil almışdır. Fəhlələr üçün axşam "Nicat" məktəbləri fəaliyyət göstərirdi. Balaxanıdakı "Nicat" məktəbində Mirzə Ələkbər Sabir dərs demişdir. == Həmçinin bax == Nicat Cəmiyyəti Nəşri-maarif Mirzə Ələkbər Sabir == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Azərbaycan ali məktəblərinin siyahısı
Bu Azərbaycanın ali təhsil müəssisələrinin siyahısıdır.
Azərbaycan xalçaçılıq məktəbləri
== Xalçaçılıq == Azərbaycan xalq tətbiqi sənətinin qollarından biri olan xalçaçılıq milli mədəniyyəti tariximizdə özünəməxsus yer tutur. Xalça xalqımızın məişətində təkcə qiymətli əşya deyil, onu sənət əsəri, istilik, gözəllik, hədiyyə, müalicə vasitəsi sayırıq. Xalçaçılıq həm də Azərbaycan xalqının az qala rəmzinə çevirilmiş bir sənətdir. Bu sənətlə məşğul olma həm də insanlara gəlir gətirib. Xalçalarımıza verdiyimiz qiymət barədə danışarkən yazıçı Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri yada düşür. Həmin əsərdə Sona xalanının dili ilə deyilən "İtə ataram, yada satmaram" məsəli xalçanın və xalçaçılığın azərbaycanlılar üçün necə qiymətli olduğunu ifadə edir. == Xalçaçılığın tarixi == Azərbaycanda xalçaçılığın çox qədim tarixi var. Arxeoloji materiallar və yazılı mənbələr əcdadlarımızın hələ eramızdan əvvəl də bu sənətlə məşğul olduğunu sübut edir. Bunnula bağlı qədim dünya tarixçiləri Herodot, Ksenofont və digərlərinin əsərlərində də müxtəlif məlamatlar var. Tarixi qaynaqlar III–VII əsrlərdə Azərbaycanda xalça sənətinin daha sürətlə inkişaf etdiyini, ipəkdən, qızıl və -gümüş saplardan nəfis xalçaların toxunduğunu bildirir.
Azərbaycanda qəza məktəbləri
Qəza məktəbləri — 1829-cu il nizamnaməsinə əsasən XIX əsrin 30-cu illərində Azərbaycanda ilk dünyəvi təhsil verən məktəblər. == Tarixi == Zaqafqaziyanın baş hakimi general A.P.Yermolov XMN-nə yazırdı ki, hal-hazırda Cənubi Qafqaz daxilindəki Azərbaycan xalqları ilə, həmçinin xarici qonşu hökumətlərlə saysız-hesabsız əlaqələr Azərbaycan dilini bilən bacarıqlı adamlar, təcrüməçilər olmadan mümkün deyil. Məhz bunun nəticəsi idi ki, hələ XIX əsrin əvvəllərində Tiflis Nücəba Məktəbində Azərbaycan dili də tədris edilməyə başlandı. Admiral Mordvinovun 1816-cı il iyunun 19-da mərkəzi hökumətə müraciəti bu cəhətdən xarakterikdir. O yazırdı: Cənubi Qafqazı gəzən general-adyutant Sipyagin yazırd: Tiflis hərbi qubernatoru, general-adyutant Sipyagin 1827-ci ildə Cənubi Qafqazın bir sıra şəhərlərində, o cümlədən, Nuxada (indiki Şəkidə), Qazax distansiyasında, Şamaxı, Şuşa, Bakı və Qubada qəza məktəbləri açmaq fikrini irəli sürdü. Sonralar həmçinin Naxçıvan və Ordubadda da belə məktəblər açmaq zərurəti meydana çıxdı. Bu məktəblərdə yerli dillərin tədrisi, həmçinin kənd təsərrüfatı kursu və bağçılıq peşəsi öyrədilməsi də lazım bilinirdi. Məktəblərin hər birinə 2 müəllim təyin edilməsi, bunlardan baş müəllimə ildə gümüş pulla 300 manat, kiçik müəllimə isə 250 manat maaş təyin edilməsi məsləhət görülürdü. Rusiya xalq maarif naziri Sişkov 1825-ci ilin aprelində general Yermolova göndərdiyi xüsusi məktubunda onu əmin edirdi ki, maarif və məktəb vasitəsilə yerli əhalidə Rusiyaya rəğbət oyatmaq üçün ondan asılı olan hər şeyi edəcəkdir. O, həmçinin Yermolovun məktəb üçün pul vəsaiti tələbini ödəməyi öhdəsinə götürürdü.
Bakı Şəhər və Xalq Məktəblərinin Şagirdlərinə Yardım Cəmiyyəti
Bakı şəhər və xalq məktəblərinin şagirdlərinə yardım cəmiyyəti — 1907-ci ilin aprel ayında yaradılmış qeyri hökumət xeyriyyə təşkilatı. == Yaradılması və fəaliyyəti == 1907-ci ilin aprel ayında yaradılmışdır. Cəmiyyətin məqsədi Bakı şəhər və xalq məktəblərinin ehtiyacı olan şagirdlərini geyim, yemək və mənzillə təmin etmək, onlara tibbi yardım göstərmək, valideynləri işdə olan şagirdləri gündüzlər sığınacaqla təmin etmək idi. 1919-cu ilin yayında cəmiyyət uşaq evlərinin yaradılması ilə məşğul olmuşdur. 7–8 türk və 5 rus məktəbi nəzdində uşaq evləri təşkil edilmişdi. Onların böyük həyətləri, geniş mətbəxləri var idi. Tədris ili başlanarkən cəmiyyət məktəblərdə isti səhər yeməkləri təşkil etmiş, həmçinin imkansız şagirdlərə dövlət hesabına dəftərxana ləvazimatının verilməsi, xalq məktəblərində xeyriyyəçilik tədbirlərinin həyata keçirilməsi, dərman alınması ilə məşğul olmuşdur. Cümhuriyyəti Hökuməti cəmiyyətin səmərəli fəaliyyət göstərə bilməsi üçün ona yaxından kömək göstərmişdir. Cəmiyyət azərbaycanlı məktəblilərin səmərəli istirahətində, savadlanmasında, sağlamlıqlarının qorunmasında, onlara milli-mənəvi dəyərlərin aşılanmasında əhəmiyyətli rol oynamışdır. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra cəmiyyət öz fəaliyyətini dayandırmışdır.
Dilçilik məktəbləri
Dilçilik məktəbləri — Dünya dilçiliyində bir sıra məktəblər yaranmışdır: == Qədim hind dilçilik məktəbi == Qədim hind dilçiliyinin tarixi eramızdan 1500 il əvvələ gedib çıxır. Hind dilçiliyinin yaranmasının səbəbi müqəddəs himnlərin dili olan sanskrit ilə xalq dili sayılan prakrit arasında fərqlənmələrin baş verməsindən ibarətdir. Prakritdən xalq dili kimi daha çox istifadə olunurdu. Sanskrit isə dini ayinlərin, mərasimlərin icrasında daha çox istifadə edilirdi. Beləliklə də, sanskrit getdikcə öz informasiya vəzifəsindən uzaqlaşmağa başlayırdı. Yəni əhali arasında sanskritin işlənməsinə bir məhdudiyyət yaranırdı. Belə bir fərqin baş verməsi sanskrit istifadəçilərini təlaşa salırdı. Çünki sanskrit unudulsa idi, dini mərasimlər və ayinlər yaddan çıxmaq təhlükəsi ilə üzləşə bilərdi. Odur ki, sanskriti itib getməkdən və prakritin assimliyasiya təsirlərindən qorumaq lazım gəlirdi. Qədim hind dilçiliyi məhz belə bir problemin həlli məqsədilə yaranmışdır.
Leyli məktəbləri
Leyli məktəbləri — Azərbaycanda qız pansionları. İlk Leyli məktəbini 1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və xərci ilə Bakıda (indiki AMEA Əlyazmalar İnstitutunun binasında) açmışdı. Bu məktəbə H.Z. Tağıyevin qız məktəbi də deyilirdi.
Qəza məktəbləri
Qəza məktəbləri — 1829-cu il nizamnaməsinə əsasən XIX əsrin 30-cu illərində Azərbaycanda ilk dünyəvi təhsil verən məktəblər. == Tarixi == Zaqafqaziyanın baş hakimi general A.P.Yermolov XMN-nə yazırdı ki, hal-hazırda Cənubi Qafqaz daxilindəki Azərbaycan xalqları ilə, həmçinin xarici qonşu hökumətlərlə saysız-hesabsız əlaqələr Azərbaycan dilini bilən bacarıqlı adamlar, təcrüməçilər olmadan mümkün deyil. Məhz bunun nəticəsi idi ki, hələ XIX əsrin əvvəllərində Tiflis Nücəba Məktəbində Azərbaycan dili də tədris edilməyə başlandı. Admiral Mordvinovun 1816-cı il iyunun 19-da mərkəzi hökumətə müraciəti bu cəhətdən xarakterikdir. O yazırdı: Cənubi Qafqazı gəzən general-adyutant Sipyagin yazırd: Tiflis hərbi qubernatoru, general-adyutant Sipyagin 1827-ci ildə Cənubi Qafqazın bir sıra şəhərlərində, o cümlədən, Nuxada (indiki Şəkidə), Qazax distansiyasında, Şamaxı, Şuşa, Bakı və Qubada qəza məktəbləri açmaq fikrini irəli sürdü. Sonralar həmçinin Naxçıvan və Ordubadda da belə məktəblər açmaq zərurəti meydana çıxdı. Bu məktəblərdə yerli dillərin tədrisi, həmçinin kənd təsərrüfatı kursu və bağçılıq peşəsi öyrədilməsi də lazım bilinirdi. Məktəblərin hər birinə 2 müəllim təyin edilməsi, bunlardan baş müəllimə ildə gümüş pulla 300 manat, kiçik müəllimə isə 250 manat maaş təyin edilməsi məsləhət görülürdü. Rusiya xalq maarif naziri Sişkov 1825-ci ilin aprelində general Yermolova göndərdiyi xüsusi məktubunda onu əmin edirdi ki, maarif və məktəb vasitəsilə yerli əhalidə Rusiyaya rəğbət oyatmaq üçün ondan asılı olan hər şeyi edəcəkdir. O, həmçinin Yermolovun məktəb üçün pul vəsaiti tələbini ödəməyi öhdəsinə götürürdü.
Rus-tatar məktəbləri
Rus-Azərbaycan məktəbləri və ya Rus-tatar məktəbləri— XIX əsrin sonu — XX əsrin əvvəllərində Qafqaz azərbaycanlıları arasında geniş yayılmış məktəblər. Daha çox rus-müsəlman məktəbləri adı ilə tanınırdılar. Əsası 1887-ci ildə Bakıda Həbib bəy Mahmudbəyov və Sultanməcid Qənizadə tərəfindən qoyulmuşdur. Xüsusi şəkildə açılmış ilk rus-Azərbaycan məktəbi dörd il şagirdlərdən toplanmış təhsil haqqı hesabına fəaliyyət göstərmişdir. == Rus-Azərbaycan məktəbləri == 1891-ci ildə Bakı əhalisinin xahişi ilə ilk xüsusi rus-Azərbaycan məktəbinin işinə xitam verilmiş, onun yerində xalq məktəbləri direktorunun nəzarəti altında şəhər bələdiyyə idarəsinin vəsaiti hesabına iki ibtidai təhsil ocağı yaradılmışdır. Birinci məktəbə S.Qənizadə müdir təyin edilmişdi.Şəhər əhalisinin təhsilə olan ehtiyacını təmin etmək üçün rus-müsəlman məktəblərinin sayı ildən ilə artırılmış, birinci rus inqilabı ərəfəsində Bakıda 12 oğlan, 4 qız rus-Azərbaycan məktəbi açılmışdı. 1898-ci ildə S.Qənizadənin təşəbbüsü ilə onun müdir olduğu ikinci rus-Azərbaycan məktəbi natamam orta təhsil verən ikinci dərəcəli məktəbə çevrilmiş, Aleksey ali ibtidai məktəbi adı ilə tanınmışdır.Rus-Azərbaycan məktəbi xalqın təhsil maraqlarına cavab verən güclü təhsil hərəkatına çevrilmiş, onun nümunəsində Bakı, Tiflis, Gəncə, İrəvan quberniyalarında rus-Azərbaycan məktəbi açılmışdır. Rus-Azərbaycan məktəbinin təsiri ilə əski molla və məhəllə məktəblərində islahatlar aparılmış, onların böyük əksəriyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. Rus-Azərbaycan məktəbi Azərbaycanda siyasi müstəqillik və istiqlaliyyət, milli dirçəliş uğrunda mübarizə tarixində, xalq maarifınin və mədəniyyətin inkişafında misilsiz rol oynamışdır. Rus-Azərbaycan məktəbinin açılışı ilə "Əkinçi"dən sonra Bakıda azərbaycanlıların ikinci ictimai qurumu yaradılmışdır.
İqtisadi təlim məktəbləri
İqtisadi təlim məktəbləri (ing. school of economic thought) — iqtisadiyyatların necə işlədiyinə dair ortaq bir baxışı paylaşan bir qrup iqtisadi mütəfəkkir. İqtisadçılar həmişə müəyyən məktəblərə uyğun gəlməməsinə baxmayaraq, xüsusən günümüzdə iqtisadçıları düşüncə məktəblərinə görə təsnif etmək adi haldır. İqtisadi düşüncəni təxminən üç mərhələyə bölmək olar: müasir (Yunan-Roma, Hindistan, Fars, İslam və Çin), erkən modern (merkantilist, fiziokratik) və müasir (Adam Smit və XVIII əsrin sonunda klassik iqtisadiyyatdan başlayaraq). Sistemli iqtisadi nəzəriyyə əsasən müasir çağ adlanan başlanğıcdan inkişaf etmişdir. Hal-hazırda, iqtisadçıların böyük əksəriyyəti ümumi iqtisadiyyat ("ortodoksal iqtisadiyyat" da deyilir) adlanan bir yanaşma tətbiq edirlər. İqtisadçılar ümumiyyətlə makroiqtisadiyyat, geniş mənada, bütövlükdə iqtisadiyyatın ümumi həcmi və ya mikroiqtisadiyyat, xüsusi bazarlarda və ya aktyorlarda ixtisaslaşırlar . ABŞ-dəki makroiqtisadi cərəyan daxilində "duzlu su iqtisadçıları" ilə "şirin su iqtisadçıları" nın daha azad fikirləri arasında fərq qoyula bilər. Bununla birlikdə, ümumi tarazlığın əhəmiyyəti, xüsusi məqsədlər üçün istifadə olunan modellərlə əlaqəli metodologiya (məsələn, proqnozlaşdırma üçün statistik modellər, əks-faktik analiz üçün struktur modellər və s.) və xüsusi amillərin təhlili üçün qismən tarazlıq modellərinin əhəmiyyəti barədə geniş bir razılaşma mövcuddur. iqtisadiyyat üçün vacibdir (məsələn, bank işi).
Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2004)
Bu siyahıda 2004-cü ilin "Times Higher Education–QS World University Rankings" siyahısında olan dünyanın ən nüfuzlu 200 ali məktəbi göstərilib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 31.38 dəfə / 1 mln.
2002 ••••••••• 20.56
2003 ••••••••••••• 32.68
2004 •••••••••••••• 34.36
2005 •••••••••••••••••••• 51.28
2006 ••••••••••••••••••• 47.07
2007 •••••••••••••••• 39.11
2008 •••••••••••••••••• 43.61
2009 •••••••••••••• 33.76
2010 •••••••••• 24.69
2011 ••••••••••• 27.88
2012 ••••••••••••• 31.58
2013 ••••••••• 22.17
2014 ••••••••••• 26.26
2015 ••••••••••• 25.69
2016 •••••••••••••••••••• 49.29
2017 ••••••••••• 27.64
2018 •••••••••• 25.47
2019 ••••••••• 22.53
2020 ••••••••••••••• 38.19

"məktəblər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məktəblər nədir? #məktəblər sözünün mənası #məktəblər nə deməkdir? #məktəblər sözünün izahı #məktəblər sözünün yazılışı #məktəblər necə yazılır? #məktəblər sözünün düzgün yazılışı #məktəblər leksik mənası #məktəblər sözünün sinonimi #məktəblər sözünün yaxın mənalı sözlər #məktəblər sözünün əks mənası #məktəblər sözünün etimologiyası #məktəblər sözünün orfoqrafiyası #məktəblər rusca #məktəblər inglisça #məktəblər fransızca #məktəblər sözünün istifadəsi #sözlük