Mədət sözü azərbaycan dilində

Mədət

Yazılış

  • Mədət • 98.5806%
  • mədət • 1.4194%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mədət Quliyev
Mədət Qəzənfər oğlu Quliyev (27 sentyabr 1958, Kirovabad) – Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general-polkovnik; Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri (2019–2023), Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi (2015–2019), Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin birinci müavini, nazir vəzifəsini icra edən (oktyabr-dekabr 2015), Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini və Penitensiar xidmətin rəisi (2011–2015), Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi (2004–2006), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi (2006–2011), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklə Mübarizə İdarəsinin rəisi (2002–2004), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi (2001–2002), Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibinin müavini (2023-cü ildən). Mədət Quliyev 1958-ci il sentyabrın 27-də Gəncə şəhərində mühəndis Qəzənfər və müəllimə Zambaq Quliyevlərin ailəsində anadan olub. 1965-ci ildə Gəncə şəhərinin 1 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 1975-ci ildə isə 8 nömrəli tam orta məktəbini bitirmişdir. 1975–1980-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil aldıqdan sonra, 1980–1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını "Hüquqşunas" ixtisası üzrə bitirmişdir. Sambo üzrə idman ustası. Triatlon idman növü ilə məşğuldur. Rus, ingilis, alman və türk dillərini bilir. Ailəlidir, 4 övladı var. 1982-ci ildə Gəncə şəhərinin Dinamo İdman Cəmiyyətində təlimatçı olaraq çalışmışdır; 1983-cü ildən Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmətə başlamışdır; 1993–1994-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin Banditizmə Qarşı Mübarizə bölməsinin rəisi vəzifəsində çalışmışdır; 1993-cü il 10 dekabr tarixində cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı ağır güllə yarası aldığına baxmayaraq, geri çəkilməmiş və cinayətkarların zərərsizləşdirilməyinə nail olmuşdur.
Mədət Qənbərov
Mədət Xankişiyev
Mədət Xələfov
Xələfov Mədət Teymur oğlu (1934, Qaryagin rayonu – 25 dekabr 1980, Bakı) — Azərbaycan SSR-nin “Əməkdar mühəndis”i (1980), SSRİ Nazirlər Şurasının mükafatı laureatı (1972, 1978). Mədət Xələfov 1934-cü il aprelin 16-da Füzuli rayonunda anadan olmuşdur. Pedaqoq Teymur Xələfovun oğludur. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunun tikinti fakültəsini bitirdikdən sonra Mədət Xələfov təyinatla Özbəkistan SSR-na göndərilmiş və 1959-cu ilədək tikinti sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1959-cu ildən başlayaraq əmək fəaliyyətini Kirovabad (Gəncə) şəhərinin Tikinti və arxitektura şöbəsində davam etdirmişdir. 1963-cü ildə Bakıya köçmüş və “AzərDövlətLayihə” Dövlət Baş layihə İnstitutunda işə başlamışdır. Mədət Xələfov ömrünün sonunadək bu təşkilatda çalışmış və qrup rəhbəri vəzifəsindən həmin İnstitutun baş mühəndisi vəzifəsinə yüksəlmişdir. Mədət Xələfov 25 dekabr 1980-ci ildə vaxtsiz vəfat etmişdir. Əmək fəaliyyəti dövründə Mədət Xələfov Bakı, Kirovabad (Gəncə), Sumqayıt şəhərlərində bir sıra hündür mərtəbəli binaların, o cümlədən “Azərbaycan”, “Abşeron” və “Moskva” mehmanxanalarının, hazırda Azadlıq meydanında yerləşən 10-16 mərtəbəli yaşayış evlərinin layihələndirilməsi və inşasında müəllif və icraçı kimi iştirak etmişdir. Mədət Xələfov bir neçə inzibati binaların da aparıcı konstruktoru olmuşdur, onların sırasında hazırkı "Prezident Sarayı"nı (keçmiş Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin inzibati binası), Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi binasını (keçmiş Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin yanında Partiya Tarix institutu), Azərbaycan Respublikası Milli Məclisinnin binasını (keçmiş Azərbaycan SSR-nin Ali Soveti), keçmiş “Rabitə evi”ni (hazırda burada Baş poçtamt və Azərpoçt yerləşir) qeyd etmək olar.
Mədət İsgəndərov
Mədət Əli oğlu İsgəndərov — Azərbaycan alimi, kimya üzrə elmlər doktoru, professor. Mədət Əli oğlu İsgəndərov 1909-cu ildə anadan olmuşdur. 1922-ci ildə Gəncədəki Sənət Texnikumuna daxil olmuş və 1927-ci ildə oranı bitirmişdir. Təyinatla Laçına göndərilmiş və 1929-cu ilədək orada müəllim işləmişdir. Həmin ildə Bakıdakı Kənd Təsərrüfatı İnstitutuna qəbul olunmuşdur. 1932-ci ildə oranı bitirərək aqranom ixtisasına yiyələnmiş və SSRİ Elmlər Akademiyasının (Leninqrad şəhəri) aspiranturasına daxil olmuşdur. M.Ə.İsgəndərov 1935-ci ildə aspiranturanı bitirmiş və elmlər namizədi dissertasiya işini müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsini almışdır. 1935-37-ci illərdə Yalta şəhərində yerləşən Nikitin adına Botanika bağında Kimya laboratoriyasının müdiri, 1937-1941-ci illərdə BDU-da Üzvi kimya kafedrasının müdiri və Kimya fakültəsinin dekanı vəzifələrində işləmişdir. M.Ə.İsgəndərov 1941-ci ildə siyasi əqidəsinə görə Sibirə sürgün edilmişdir. 1956-cı ildə bəraət qazandıqdan sonra, yenidən Bakıya qayıtmış və BDU-nun Üzvi kimya kafedrasında dosent, 1965-ci ildən isə yeni təşkil olunmuş Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri işləmişdir.
Eynulla Mədətli
Eynulla Mədətli (tam adı: Eynulla Yadulla oğlu Mədətli; 18 aprel 1954, Naxçıvan) — 1990–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı. Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərində Baş konsulu və Azərbaycan səfirliyinin müşaviri (Tehran,1996–2001). Azərbaycan Xarici İşlər Nazirliyinin müşaviri (2001–2002). Azərbaycanın Pakistan İslam Respublikasında və Əfqanıstanda (iqamətqahı İslamabad olmaqla) Fövqəladə və Səlahiyyətli səfiri (2002–2010). Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri (2010–2015). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda aparıcı elmi işçi (2016–2017), 2017-ci ildən Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru. == Həyatı == == Elmi əsərlər == Azərbaycan həqiqətləri İran tarixşünaslığında. Bakı, 2011, XX əsrin əvvəllərində Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında. Bakı, 2017, İranda Azərbaycan tarixi məsələləri. Bakı, 2020, Bir millət-iki dövlət: fəlsəfi-tarixi təhlili.
Fariz Mədətov
Fariz Əlövsət oğlu Mədətov (18 aprel 1972, Varvara, Yevlax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == 18 aprel 1972-ci il Yevlax rayonunun Varvara kəndində anadan olmuşdur. 1979–1989-cu illərdə burada təhsil almışdır. 1990–1992-ci illərdə hərbi xidmətdə olmuşdur. O, xidmətini başa vurub qayıtdığı zaman Qarabağ müharibəsi artıq başlamışdı. == Döyüşlərdə iştirakı == Milli Ordu sıralarında döyüşlərə girir. İlk döyüşü Qubadlı rayonunun Başarat kəndində olur. Sonra onu Füzuli rayonuna göndərirlər. Yağlıvənd, Tuğ, Horadiz kəndlərində qaynar döyüşlərə atılır. Fariz bu döyüşlərdə əsl qəhrəmanlıq səhifələri yazdı.
Mahir Mədətov
Mahir Mahir oğlu Emreli (əvvəlki adı Mahir Anar oğlu Mədətov; 1 iyul 1997, Tver) — azərbaycanlı futbolçu. Almaniyanın "Nürnberq" klubunda və Azərbaycan milli futbol komandasında hücumçu mövqeyində çıxış edir. "Bakı" Futbol Klubunun yetirməsi olan Emreli, uzun müddət klubun aşağı yaş qruplarında və əvəzedici heyətində oynayıb. 2015-2021-ci illərdə "Qarabağ"da çıxış edən futbolçu, 5 dəfə Azərbaycan Premyer Liqasının və 2 dəfə isə Azərbaycan Kubokunun qalibi olub. == Həyatı == Mahir Emreli 1 iyul 1997-ci ildə Rusiyanın Tver şəhərində anadan olub. Orta təhsilini 47 nömrəli tam orta məktəbdə tamamlamışdır. Futbola 2007-ci ildə 10 yaşında Bakı Futbol Klubunda başlamış, 2014-cü ilə qədər də Bakı FK-nın müxtəlif yaş qruplarında və əsas heyətində oynamışdır. Aşağı yaş qruplarında oynayarkən Bakı FK-nın Atletiko Madrid və Lans klubları ilə əməkdaşlıqları çərçivəsində bu klubların futbol akademiyalarında olmuş və məşqlərdə iştirak etmişdir. == Klub karyerası == === Bakı FK === 2014/15 mövsümünü "Bakı"nın heyətində çıxış edib. Daha əvvəllər Bakı klubunun aşağı yaş qruplarında çıxış etsədə peşəkar olaraq 2014-cü ildən əsas heyətdə oynamağa başlayıb.
Mirzəcan Mədətov
Mirzəcan Mədətov (1809, Çanaqçı – 1851, Şuşa) — erməni əsilli Azərbaycan şairi. Mirzəcan Mədətov Valerian Qriqoryeviç Madatovun (Arustam Quqo oğlu Mədətovun) qardaşı oğludur. Vərəndə mahalının Çanaqçı kəndində anadan olmuşdu. Tiflis canişinliyi dəftərxanasında çalışmışdı. Podpolkovnik rütbəsinədək yüksəlmişdi. Əvvəllər Tiflis dəftərxanasında işləyən sənətkar sonralar Azərbaycan aşıq şeiri formalarında bir çox qoşma və gəraylıların müəllifi oldu. Onun yaradıcılığı əsasən Aşıq Pəri ilə dəyişmələrdən və məktublaşmalardan ibarətdir. Aşıq Pərinin şeirlərinə dərindən yanaşanda məlum olur ki, Mirzəcan Mədətovla çox yaxın olmuş, bir sənət yoldaşı kimi onun xatirini çox istəmişdir. İstər dəyişmələrində, istər də ithaflarında biz bunların şahidi oluruq. Şeirlərindən məlum olur ki, Mirzəcan Mədətovun ölümü Aşıq Pərini dərindən sarsıtmış, ona xüsusi qoşma həsr etmişdir.
Mübariz Mədətov
Mübariz Mədətov (d. 8 noyabr 1952, Bakı – ö. 23 noyabr 2018, Bakı) — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivinin üzvü, uzaq səfərlər kapitanı, Azərbaycanın əməkdar mühəndisi. Mübariz Mədətov 1952-ci il noyabrın 8-də Bakı şəhərində doğulub. 25 mömrəli məktəbin səkkizinci sinfini bitirdikdən sonra o, 1968-ci ildə Bakı Dəniz Yolları Məktəbinə daxil olub. 1972-ci ildə həmin məktəbdə texnik gəmi sürücüsü, 1973-1989-cu illərdə Odessa Ali Dəniz Mühəndisləri Məktəbində mühəndis gəmi sürücüsü ixtisaslarına yiyələnib. Əmək fəaliyyətinə 1972-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasının gəmilərində matros kimi başlayıb, sonralar 1973-1986-cı illərdə müxtəlif gəmilərdə kapitanın üçüncü, ikinci, böyük köməkçisi və kapitan işləyib. Mahir gəmi sürücüsü olan Mübariz Mədətov uzaq səfərlər kapitanı kimi dünyanın onlarla ölkəsinin limanlarına səfərlər edib. 1995-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin Kadrlar xidmətinin rəisi vəzifəsinə irəli çəkilib. İki bu vəzifədə çalışıb, 1997-ci ildə Gəmiçiliyin Sosial məsələlər və təsərrrüfat xidmətinin rəisi təyin edilib.
Mədətkənd
Mədətkənd — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Madataşen adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Mədətkənd kəndinin əhalisinin faktiki sayı 90 nəfər, qeydiyyatdakı əhalinin sayı 94 nəfər təşkil edirdi. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Mədətkəndə
Mədətkənd — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Madataşen adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Mədətkənd kəndinin əhalisinin faktiki sayı 90 nəfər, qeydiyyatdakı əhalinin sayı 94 nəfər təşkil edirdi. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Mədətli
Mədətli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Mədətli oyk. Cəlilabad r-nunun Şorbaçı i.ə.v.-da kənd. Düzənlikdədir. Yaşayış məntəqəsini XIX əsrda mədətli nəsli saldığı üçün belə adlanmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 605 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədətsiz dağı
Mədətsiz dağı - Orta Toros (Tavr) dağlarında, Bolkar dağları üzərində yerləşən 3524 metr (11.562 ft) yüksəkliyində dağ. Bolkar dağları Orta Torosların ən hündür dağlarıdır. Mədətsiz dağı Bolkarların şimal-şərq hissəsində yerləşir. Niğdənin Uluqışla vilayəti ilə Mersinin Çamlıyayla rayonlarının sərhədləri Mədətsiz dağında kəsişir. Zirvə Çamlıyayla sərhədində yerləşir. Ağdənizə uzaqlığı kuş uçuşu ilə 65 km-dir. Tarsus rayonu Gülək kəndindən Mədətsiz zirvəsinə qalxarkən Türk İstiqlal Müharibəsi türk-fransız çatışmasına ithafən 37°18′04.16″K 34°43′29.36″D koordinatında Qarboğazı şəhidliyi yaradılmışdır. Mədətsiz dağı dağçılıq baxımındn çox populyardır. Əksər hallarda dırmanış Uluqışla istiqamətindən başlanır.
Nazim Mədətov
Nazim Mədətov (d. 4 yanvar 1952, Kirovabad , Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının Əməkdar mühəndisi. 4 yanvar 1952-ci ildə Kirovabad şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunun avtomatik elektrik rabitəsi ixtisasını bitirmişdir. 1974-cü ildən təyinatla Azərbaycan Respublikasının Rabitə Nazirliyinin Məlumat Hesablama Mərkəzinin böyük mühəndisi vəzifəsində calışmışdır. 1976-cı ildə qrup rəhbəri, 1982-ci ilə şöbə rəisi və 1987-ci il tarixdən başlayaraq MHM-nin direktor müavini vəzifəsində çalışır. 1986 — "Əməkdə Fədakarlıq" medalı; 2004 — Azərbaycan Rabitə Ustası; 05.12.2006 — Azərbaycan "Əməkdar Mühəndis".
Qaraş Mədətov
Qaraş Əli oğlu Mədətov (10 fevral 1928, Qarabağlar, Naxçıvan MSSR – 1 iyul 1993, Bakı) — AMEA-nın müxbir üzvü (1983), AMEA A. Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın 1941–1945-ci illər tarixi" şöbəsinin müdiri, tarix elmləri doktoru (1965), professor (1968), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1980). AMEA-nın müxbir üzvü Qaraş Mədətov 1928-ci il fevralın 10-da indiki Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1953–1956-cı illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1956-cı ildə namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmiş, 1969-cu ildə professor elmi adı almış, 1983-cü ildə isə AEA-nın müxbir üzvü seçilmişdir. Qaraş Mədətov 1956-cı ildən AEA Tarix İnstitutuna işə qəbul edilmiş, 1957–1958-ci illərdə AMEA Tarix İnstitutunda elmi katib, 1958–1968-ci illərdə baş elmi işçi olmuş və 1968-ci ildən ömrünün sonunadək "Azərbaycanın müasir dövr tarixi" şöbəsinə rəhbərlik etmişdir. Naxçıvan MR-in yaranması, Azərbaycan İkinci dünya müharibəsində mövzularında tədqiqatlar elmi fəaliyyətində əsas yer tutur. 5 monoqrafiyanın və bir neçə kitabçanın, 150-dən çox elmi məqalənin və s. əsərlərin müəllifidir. Qaraş Mədətov bütün elmi fəaliyyətini Azərbaycanın 1941–1945-ci illər müharibəsi dövrü tarixinin tədqiqinə yönətlmişdir.
Rövşən Mədətov
Röyal Mədətov
Rəhim Mədətov
Mədətov Rəhim Səlim oğlu 1949-cu ildə Azərbaycan Respublikasının Şəki şəhərində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmiş və həmin il Azərbaycan Dövlət Universitetinin (BDU) Fizika fakültəsinə qəbul olunmuşdur. 1971-ci ildə təhsilini tamamlamış və Dəvəçi rayon Xalq Maarif şöbəsində fizika müəllimi vəzifəsində çalışmışdır. O, 1973-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyətini davam etdirir. Elmi fəaliyyətinin ilk dövrünü Azərbaycan EA-nın Fizika İntitutunda akademik H.B.Abdullayevin və prof. E.Y. Bəkirovun rəhbərliyi ilə keçirmişdir.1977-ci ildə Azərbaycan EA-nın Rəyasət Heyətinin qərarı ilə EA-nın Radiasiya Tədqiqatları Sektoruna kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. İlk tədqiqat işlərində özünü nəzəri və praktiki cəhətdən hazırlıqlı eksperimentator kimi göstərmişdir. Bu keyfiyyəti nəzərə alan Elmi Şura ona “Ge-Si bərk məhlulu əsasında fotoqəbuledicilərin hazırlanması və onların elektrik və fotoelektrik xassələrinin tədqiqi” mövzusunda elmi tədqiqat institutlarına, o cümlədən Moskva “ Старт” (Start) Elmi Yaradıcılıq Birliyinə ezam olunur və Ge-Si bərk məhlulu əsasında p-n keçidlərin hazırlanma texnologiyasının elmi əsasını yaradır. 1981-ci ildə “Ge-Si bərk məhlulu əsasında hazırlanmış fotodiodların fotoelektrik xassələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir və SSRİ Ali Attestasiya Komitəsinin qərarı iləfizika-riyaziyyat elmləri namizədi, 1983-cü ildə isə baş elmi işçi adına layiq görülüb. 1982-1985-ci illər ərzində əldə etdiyi elmi nəticələr Azərbaycan və SSRİ-nin EA-nın mühüm nəticə kimi qəbul edilmiş və müxtəlif mükafatlara layiq görülmüşdür.
Zaur Mədətov
Zülal Mədətli
Çimnaz Mədətova
Çimnaz Mədətova (tam adı: Mədətova Çimnaz Yaqub qızı) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. Naxçıvan Muxtar Respublikası Dövlət Ədəbiyyat Muzeyinin baş elmi işçisi vəzifəsində işləmişdir.
İlham Mədətov
İlham Mədətov (tam adı: İlham İsa oğlu Mədətov) — Azərbaycan Turizm və Menecment Universitetinin rektoru. 2009-cu ildə Azərbaycan idmanının inkişafındakı xidmətlərə və dövlət qulluğunda səmərəli fəaliyyətə görə "Tərəqqi" medalı ilə təltif olunub. 2012-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaranmasının 20 illik yubileyi münasibətilə və idmanının inkişafında xidmətlərə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Mədətov İlham İsa oğlu 13 noyabr 1952-ci ildə Yevlax şəhərində anadan olmuşdur. 1970-ci ildə Yevlax şəhər 4 nömrəli orta məktəbi qızıl medalla bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsinə daxil olmuş, 1976-cı ildə oranı bitirmişdir. iyul 1974 – iyul 1975-ci il dövrdə SSRİ Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyi xətti ilə Misir Ərəb Respublikasında tərcüməçi işləmişdir. 1976-cı ilin avqustundan oktyabrındadək Maarif Nazirliyinin təyinatı ilə Yevlax rayon Varvara kəndində orta məktəbdə müəllim işləmişdir. 1976-cı ilin oktybarından 1980-ci ilin sentyabrındadək Yevlax şəhər Komsomol Komitəsində komsomol təşkilatçısı, şöbə müdiri və katib vəzifələrində işləmişdir. 1980-ci ilin sentyabrından 1984-cü ilin avqustuna qədər SSRİ Müdafiə Nazirliyinin xətti ilə Liviyada hərbi xidmətdə olmuş və ərəb dili tərcüməçisi işləmişdir.
Əliabbas Mədətzadə
Əliabbas Mədətzadə Abbasqulu oğlu (1909, Maştağa, Bakı qəzası – 1972, Bakı) — coğrafiya elmləri doktoru, professor, Azərbaycanın məşhur sinoptiki və iqlimşünası, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970). Ə.A. Mədətzadə Bakının Maştağa qəsəbəsində anadan olmuşdur.1931-ci ildə ADPİ-nın fizika-riyaziyyat fakültəsini bitirib, Respublika Hidtometeoroloji xidmət idarəsində əmək fəaliyyətinə başlamışdır. İlk elmi işi 1936-cı ildə tərtib etdiyi "Azərbaycanın sinoptik rayonlaşdırılması" xəritəsi olmuşdur və ondan indi də hava proqnozlarının verilməsində istifadə olunur. 1946-cı ildə "Cənubi xəzərin fırtınaları" mövzusunda namizədlik, 1957-ci ildə isə "Abşeronun hava və iqlim tipləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1947–1950-ci illərdə Azərbaycan Hidrometeoroloji xidmət idarəsinin dəniz rəsədxanasının direktoru işləyib.Onun bütün həyatı AMEA Coğrafiya İnstitutu ilə bağlı olmuşdur.1959–1972-ci illərdə isə əvvəl sinoptik meteorologiya, sonra isə atmosfer fizikası şöbəsinə rəhbərlik edib.Onun Coğrafiya elmminə verdiyi töhfələr içərisində 1963-cü ildə çap olunmuş "Azərbaycan Respublikasının atlası"nda verdyi xəritələr xüsusi qeyd olunur. O, ilk dəfə Azərbaycana daxil olan hava kütlələrinin hərəkət istiqamətini müəyyənləşdirmiş, fəsillik hava proqnozunun metodikasını işləmiş, ilk dəfə təbii-sinoptik iqlim fəsillərinin xəritəsini tərtib etmişdir. Ə.A.Mədətzadə "Cənubi Xəzərin qasırğaları", "Abşeronun hava növləri və iqlimi", "Şərqi Qafqazın təbii sinoptik iqlim fəsilləri"monoqrafiyalarının, çoxlu sayda xəritələrin və 100-ə qədər məqalənin müəllifi olub.
İsfəndiyar Mədətov

mədət sözünün leksik mənası və izahı

"mədət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mədət nədir? #mədət sözünün mənası #mədət nə deməkdir? #mədət sözünün izahı #mədət sözünün yazılışı #mədət necə yazılır? #mədət sözünün düzgün yazılışı #mədət leksik mənası #mədət sözünün sinonimi #mədət sözünün yaxın mənalı sözlər #mədət sözünün əks mənası #mədət sözünün etimologiyası #mədət sözünün orfoqrafiyası #mədət rusca #mədət inglisça #mədət fransızca #mədət sözünün istifadəsi #sözlük