qədəm sözü azərbaycan dilində

qədəm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qədəm • 99.4107%
  • Qədəm • 0.5186%
  • QƏDƏM • 0.0707%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qədəm
Addım — çox qədim vaxtlardan bu günə qədər xalq arasında geniş işlənən və təxminən 1 m-ə bərabər uzunluq ölçüsü vahididir. == Ümumi məlumat == Çox güman ki, qədim insanlar yeriyərkən addımlarını saymağa başlamış və sonra da bundan ölçü vahidi kimi istifadə etmişlər. Bəlkə də insanların istifadə etdikləri ilk uzunluq ölçü vahidi elə addım olmuşdur. Bu gümanın gerçək hesab olunması üçün hər cür əsas vardır. İstər Azərbaycan şifahi xalq ədəbiyyatında, istərsə də klassik yazılı ədəbiyyatda addım sözünə tez-tez rast gəlinməsi də ondan uzunluq ölçüsü vahidi kimi xalq arasında geniş şəkildə istifadə olunduğunu göstərir: "Eni də az olsa, on beş-iyirmi addım var". On addım kənarda yatmayır təkə, Gəzinir oylağa baş çəkə-çəkə. Addım təkcə Azərbaycanda deyil, digər türk xalqlarında da işlənmişdir (Türkdilli xalqlardan bəziləri addıma qədəm deyirlər. Bu söz Azərbaycanda da işlənir. Evə gələn gəlinə də, qonağa da "qədəmi sayalı olsun" - deyirlər). Addım haqqında ayrı-ayrı ədəbiyyatlarda verilən bilgilər bəzən bir-birinə yaxın olsalar da, onların arasında kəskin fərqlənmələr də vardır.
Qədəm-i Şərif
Qədəm-i Şərif — Məhəmməd Peyğəmbərə aid olduğuna inanılan ayaq izləri.
Qədəmgah
Qədəmgah — İranın Rəzəvi Xorasan ostanının Nişapur şəhristanının Zeberxan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,006 nəfər və 821 ailədən ibarət idi.
Qədəmgah (Azərşəhr)
Qədəmgah (fars. قدمگاه‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 589 nəfər yaşayır (141 ailə).
Qədəmgah mağarası
Qədəmgah mağarası (fars. غار قدمگاه‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanında yerləşən mağara. Qübbə formasında olan bu mağara qədimdə atəşpərəstlər tərəfindən gün çağırma ritiallarında istifadə edilirmiş. Tarixi abidə 1968-ci ildə İranın Mədəniyyət və Elm nazirliyi tərəfindən 779 nömrəsi ilə milli irs siyahısına qeydə alınıb. Mağara ərazisinin yaxınlığında eyni adlı qəbiristanlıq yerləşir. == Haqqında == Qədəmgah mağarası Şərqi Azərbaycan ostanının Azərşəhr şəhərinin 12 km cənub-şərqində, Badamyar bir digər adı ilə Qədəmgah kəndi yaxınlığında yerləşir. Mağara insanlar tərəfindən dağın içərisində oyularaq inşa edilib. Mağaranın tarixi ilə bağlı dəqiq məlumat olmasa da, islamdan əvvəlki dövrə aid edilir. Bəzi tarixçilərə görə isə məbədin 12 min il yaşı var. Atəşpərəst məbədi olaraq inşa edilən mağaranın tarixin müxtəlif dövrlərində müxtəlif istifadə məqsədləri olub.
Qədəmgah qəbiristanlığı
Qədəmgah qəbiristanlığı — İranda, Azərşəhr şəhristanının mərkəzi hissəsində, Badamyar kəndində yerləşən XV–XVI əsrlərə aid qəbiristanlıq. 21 mart 1968-ci ildə 780 qeydiyyat nömrəsi ilə İranın milli əsərlərindən biri kimi qeydiyyata alınmışdır. Bu qəbiristanlıq Azərşəhrdən 15 kilometr cənubda yerləşir. Orada dəfn edilənlərin çoxu Səfəvilər dövrünün şeyxləridir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 29.18 dəfə / 1 mln.
2002 ••••••••••• 23.98
2003 •••••••••••••••••••• 46.85
2004 ••••••••••••••• 33.69
2005 ••••••••••••••• 34.41
2006 •••••••••••••• 32.21
2007 ••••••••••••••••• 39.54
2008 ••••••••••••••••• 39.22
2009 ••••••••••••• 29.12
2010 •••••••••• 22.97
2011 •••••••••••••• 32.69
2012 •••••••••••••• 31.49
2013 •••••••• 16.78
2014 ••••••••••• 23.68
2015 •••••••••••• 27.73
2016 ••••••••••• 24.82
2017 •••••••••• 22.11
2018 ••••••••••• 24.27
2019 •••••••••••••••• 37.00
2020 ••••••••••••• 29.70

qədəm sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Addım. Vəsiqəli adamlara hər qədəmdə təsadüf etmək mümkün idi. M.S.Ordubadi. Atlar başladılar qədəm ilə getməyə. Ə.Haqverdiyev. // Saylarla bərabər məsafə bildirir. Uzaqda bir alaçıq görünür, alaçıqdan on qədəm kənar, kolun dalısında Sona xanım … o yan-bu yana baxır. M.F.Axundzadə. [Güldəstə:] …Zinyət xanım bu dörd divarın arasında qalıb, ikicə qədəm kənara çıxmayıb. N.Vəzirov. 2. Ayaq. Nə xoş olardı o saat ki, bəxt üzündən mən; Qədəmlərində ölüb yarımın, verəydim can. Heyran xanım. Bir iş görmək xəyalın varsa, qədəmlərini tanıdığın yerlərə qoy. M.S.Ordubadi. [Əbdüləli bəy:] O gözəl qədəmlərə baxmaq böyük səadətdir. C.Cabbarlı. □ Qədəm basmaq (qoymaq) – 1) ayaq basmaq, daxil olmaq. Dün naz ilə qədəm basanda bağa; Şimşadü sənubər düşdü ayağa. Q.Zakir. Qədəm qoyub yar yanına gələndə; Elə gəl, elə get, yol inciməsin. Aşıq Abbas; 2) məc. başlamaq, şüru etmək, iqdam etmək. İctimai işlərə yenicə qədəm qoymuş bu qadınlar dəstəsinin başında duran … qoca bir qadın idi. S.S.Axundov. Əhməd həmişəki kimi burada da öz sevdiyi şüarını təkrar edib, icrasına qədəm qoydu. B.Talıblı. ◊ Qədəmi yüngül (xoş) – bax ayağı yüngül (“ayaq”da). [Mirzə Salman:] Bənövşə, yenə də qabağa düşüb yol göstər. Nişanlı qızın qədəmləri yüngüldür. S.Rəhman. Yağ, a qar, yağ, qədəmin xoşdur, yağ! Döyünən qəlbimizi coşdur, yağ! S.Rüstəm. Qədəmin mübarək (olsun)! – gələn adamı təbrik üçün işlənir – xoş gəlmisən! [Ağca xanım:] Elə həmişə sən gələsən, qədəmin mübarək olsun! H.Sarabski.

    Azərbaycan dilinin izahlı lüğəti / qədəm

qədəm sözünün etimologiyası

qədəm sözünün sinonimləri (yaxın mənalı sözlər)

qədəm sözünün rus dilinə tərcüməsi

  • 2 сущ. 1. шаг: 1) движение ногой при ходьбе. Qədəm atmaq сделать шаг 2) в сочет с числит. мера расстояния. Otuz qədəm getməmişdim ki, … не прошёл и тридцати шагов, как …, evdən beş qədəm uzaqlıqda в пяти шагах от дома 2. нога, ножка 3. поступь, походка. Asta qədəmlə спокойной поступью, ağır qədəmlər тяжелая поступь; qədəm basmaq (qoymaq): 1. ступать, ступить, делать, сделать шаг 2. посещать, посетить; qədəm götürmək: 1. двинуться с места, сделать шаг; 2. ускорять, ускорить шаг; qədəmi yüngüldür легкая нога у кого; qədəmin mübarək olsun!: 1. добро пожаловать! (приветствие вступающему в дом впервые) 2. доброе пожелание ребёнку, начинающему ходить ◊ hər qədəmdə на каждом шагу, что ни шаг …

    Azərbaycanca-rusca lüğət / qədəm

qədəm sözünün inglis dilinə tərcüməsi

  • 1 i. step; ~ atmaq to step, to make* a step, to start / to begin* to go; ~ basmaq / qoymaq 1) to make* / to take* a step; 2) to call on (d.), to visit (d.), to come* to see (d.); Qədəmləriniz mübarək olsun! You are welcome!

    Azərbaycanca-ingiliscə lüğət / qədəm

qədəm sözünün fransız dilinə tərcüməsi

qədəm sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. ккам, къадам; кӀвач; qədəm basmaq (qoymaq) а) ккам вегьин (эцигун), кӀвач вегьин, гьахьун; б) пер. ккам эцигун, авалун; ** qədəmi yüngül (xoş) кил. ayaq (ayağı yüngül); qədəmin mübarək (olsun)! ви къадамар мубарак (хьуй)! вун атуй, рагъ атуй! манада (атай мугьмандиз ва мс. алхишун).

    Azərbaycanca-ləzgicə lüğəti / qədəm

qədəm sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) addım; 2) ayaq; 3) bir addımlıq məsafə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

addım; ayaq; gəliş.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"qədəm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qədəm nədir? #qədəm sözünün mənası #qədəm nə deməkdir? #qədəm sözünün izahı #qədəm sözünün yazılışı #qədəm necə yazılır? #qədəm sözünün düzgün yazılışı #qədəm leksik mənası #qədəm sözünün sinonimi #qədəm sözünün yaxın mənalı sözlər #qədəm sözünün əks mənası #qədəm sözünün etimologiyası #qədəm sözünün orfoqrafiyası #qədəm rusca #qədəm inglisça #qədəm fransızca #qədəm sözünün istifadəsi #sözlük