* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Tale, qismət, müqəddərat, alın yazısı. Qədər büküb belimi, eyləyib kəman, ölürəm! X.Natəvan. Etiqad etsə qəzayə, qədərə; Ömrünü verdi bu sözlər hədərə. A.Səhhət. Vali buyurdu ki, qəm yeməsin çox; Qədər yazdığına bizdə çarə yox. R.Rza.
Azərbaycan dilinin izahlı lüğəti / qədər2 [ər.] 1. is. Miqdar, say, kəmiyyət. Hər şeyin qədəri vardır. // Başqa nitq hissələri ilə (say və əvəzliklərlə) birlikdə qeyri-müəyyən say bildirir. □ Bir qədər – bir az, qeyri-müəyyən miqdar. Bir qədər fikirləşdikdən sonra ayağa qalxdı. – Bir qədər pul ki, etdilər saman; Oldular xalq xürrəmü xəndan. S.Ə.Şirvani. Sara xanımın hiddətlənməsindən, doğrusu, mən bir qədər qorxdum. Qantəmir. Bir bu qədər – bax bu qədər 1-ci mənada. Bu qədər – 1) bu miqdarda (adətən çoxluluq mənasında). Bu qədər vaxt harada idin? – Neyləmişəm bilməm dövri-zalimə; İncidər düşəndə bu qədər məni. Q.Zakir. Bu qədər çətinlik və məhrumiyyətə baxmayaraq, Azərbaycan xalqının istiqlalə olan ümidləri sönməmişdi. M.S.Ordubadi; 2) bitdi, vəssalam, daha deyəcək söz yoxdur (söhbətə, sözə xitam vermək üçün işlənir). Nə qədər – 1) nə miqdar? neçə? neçə dənə? Paltoya nə qədər vermisən? Kitabxanada nə qədər kitab var? Nə qədər vaxta gedirsən?; 2) nə dərəcədə, nə nisbətdə. Qozalar nə qədər çox, nə qədər iri olsa, o qədər yaxşıdır. Ə.Vəliyev; 3) istədiyin qədər, ürəyin istəyən qədər. Sənə, yalnız sənə; sənə deməkçün; Könlümdə nə qədər mənim sözüm var. B.Vahabzadə. Nə qədər ki… – o vaxta qədər ki… Nə qədər ki mənim gözümdə yaş var; Olsun ürəyinin daşına qurban! M.Müşfiq. O qədər – 1) o miqdarda (adətən çoxluluq bildirir). O qədər kitabı haradan almısan? O qədər şeyi yığmaq mümkün deyil. – [Qurbanəli:] Məhəmməd ağa oxumaqdan o qədər dəm vurdu ki, indi də qulağım gur-gur guruldayır. N.Nərimanov. O qədər çox ki, böyük işlərimiz; Onu nəql etməyə şerim aciz. M.Müşfiq; 2) o dərəcədə, o nisbətdə. Bura o qədər gözəldir ki… Nə qədər lazımsa, o qədər çalışmaq lazımdır. – [Pristav:] Doğrusunu de, yoxsa səni yıxdırıb o qədər döydürərəm ki, bir ay yorğan-döşəkdə qalarsan. Ə.Haqverdiyev. Hər nə isə, qərəz, bunun da o qədər eybi yoxdur… Qantəmir. 2. qoş. Təxmin və təqrib mənasında. Onlar otuz nəfərə qədər adam idi. İclasa iki yüzə qədər adam gəlmişdi. 3. qoş. Bir işin intəhasını, həddini, yaxud davamını bildirir; …dək, …kimi. Axşama qədər səni gözlədim. Gecəni sabaha qədər yatmamışam. – O gün Araz axşama qədər qızdırma içində od tutub yana-yana inlədi. A.Şaiq. Kim bilir [Buğac] böyüyənə qədər başına nələr gələcək. M.Rzaquluzadə. // Bir şeyin böyüklüyünü, uzunluğunu, ölçüsünü bildirir. Topuqlarına qədər uzanmış saç. Dizlərinə qədər. // Bir yeri digər yerdən ayıran məsafəni, yaxud bir hadisəni digər hadisədən ayıran vaxtı göstərmək üçün işlənir (…dək şəkilçisi ilə də ifadə olunur). Bakıdan Moskvaya qədər qatarla iki günlük yoldur. Füzulidən Vaqifə qədər olan dövr. – Dilguşa paltosunu çiyninə atıb, darvazaya qədər Mehmanı ötürdü. S.Rəhimov. 4. qoş. Qabaq, əvvəl. Müharibəyə qədər. Yeni dərs ili başlanana qədər. Dünənə qədər. 5. qoş. Müqayisə mənasında – kimi. Təbrizin üfüqləri qara keçədən qurulmuş bir alaçığın içi qədər qara idi. M.S.Ordubadi. İndi bu balaca kəndciyəz Dilara üçün … Bakı qədər əzizdi. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / qədər3 QƏDƏR1 ə. tale, fələk, bəxt. QƏDƏR2 ə. bax qədir2.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qədər4 \ – ərəb-islam fəlsəfəsində müxtəlif mənalarda işlədilən termin; islamın erkən dövründə ilahi buyruq, qüdrət, qis-mət mənasında, VIII əsrin əvvəllərindən isə həmçinin insanın öz əməllərinə ixtiyar olması, iradə sərbəstliyinin sinonimi kimi işlənirdi.
Fəlsəfə terminlərinin izahlı lüğəti / qədər1 Qəzavü-qədər işlədirik, söz ərəb mənşəlidir, cəm forması əqdarddır, “tale” deməkdir. Miqdar sözü ilə kökdaş olan qədər (əsli: qədr) kəlməsi ilə əlaqəsi yoxdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qədər1 QƏDƏR I is. [ ər. ] Qeyri-müəyyən miqdar, say, kəmiyyət. Hər şeyin qədəri vardır (“İzahlı lüğət”). QƏDƏR II is. [ ər. ] Tale, qismət, müqəddərat. Vali buyurdu ki, həm yeməsin çox; Qədər yazdığına çarə yox (R.Rza). QƏDƏR III qoşma Qabaq, əvvəl. Bir məsələ haqqında qəti qərara gələnə qədər xeyli düşünərdi (M.İbrahimov).
Azərbaycan dilinin omonimlər lüğəti / qədər1 1. количество; 2. до, по; 3. около; 4. судьба, провидение, рок, фатум, предопределение;
Azərbaycanca-rusca lüğət / qədər2 1 I сущ. количество, число. Nə qədər? какое количество (сколько?), istənilən qədər в неограниченном количестве, kifayət qədər в достаточном количестве II послел. 1. около, до: 1) со значением количественного предела. 150-yə qədər fəhlə около 150 рабочих, iyirmiyə qədər şagird около двадцати учеников 2) со значением временного или пространственного предела. Axşama qədər до вечера, səhərə qədər до утра, şəhərə qədər до города, qayıdana qədər до возвращения, dünənə qədər до вчерашнего дня, dizə qədər до колен, darvazaya qədər до ворот, avtobusa qədər до автобуса, saat ona qədər до десяти часов 3) предшествование какому-л. событию. Müharibəyə qədər до войны, dərs ili başlanana qədər до начала учебного года, qurultaya qədər до съезда 2. как (сравнение). Xəzər qədər как Каспий, sənin qədər как ты ◊ bir qədər: 1) несколько, немного. Xəstənin halı bir qədər yüngülləşdi состояние больного несколько улучшилось, bir qədər dayanmaq немного постоять 2) некоторый. Bir qədər vaxtdan sonra через некоторое время; bu qədər: 1) столько (такое количество, определенное количество). Bu qədər vaxtı harada idin? где ты был столько времени? bu qədər şeyi nə edirsən? на что тебе столько вещей?, bu qədər kitab столько книг 2) баста, вот и все; nə qədər: 1. сколько. Nə qədər kitab oxumusan? сколько книг ты прочитал?; 2. какой, какая, какое. Nə qədər məsafə keçmisən? какое расстояние ты прошел? nə qədər …, o qədər … настолько …, насколько …, Nə qədər güclüdürsə, o qədər də cəlddir, насколько силён, настолько и ловок, ilk təəssürat nə qədər güclüdür! насколько сильно первое впечатление!; nə qədər ki пока; до тех пор, пока. Nə qədər ki o buradadır … до тех пор, пока он здесь …, nə qədər ki hava qaralmayıb … пока не стемнело …, nə qədər ki, mən burada olacağam … до тех пор, пока я буду здесь …; o qədər: 1. столько (значительное количество). O qədər kitabı haradan almısan? где ты взял (купил) столько книг? o qədər danışır ki … он столько говорит, что …; 2. настолько, до того; o qədər gözəldir ki … он настолько красив, что …; sinifdə o qədər sakitlikdir ki … в классе до того тихо, что …; mümkün qədər по мере возможности, по мере сил; bir bu qədər də столько же; boğaza qədər по горло; xirtdəyə qədər см. boğaza qədər; müəyyən qədər до известной степени; buraya qədər до сих пор; ölüncəyə qədər до гроба, по гроб; qəbrə qədər до гробовой доски; nə vaxta qədər? до каких пор?; bu vaxta qədər до сих пор 2 сущ. рок, судьба. Qədər bükdü belimi судьба согнула мне спину
Azərbaycanca-rusca lüğət / qədər1 I. i. number, quantity; kifayət ~ as much / many as one needs; mümkün ~ if possible II. qoş. 1. till, until, to; nahara ~ till dinner, səhərdən axşama ~ from morning till night; səhərə ~ until tomorrow; üçdən beşə ~ from three to five; 2. as far as, up to; Moskvaya ~ as far as Moscow; on manata ~ up to ten manats; 3. about, under; üç günə ~ about three days; on yaşa ~ uşaqlar children under ten (years)
Azərbaycanca-ingiliscə lüğət / qədər1 [ər.] сущ. кьисмет, кьадар-кьисмет, пелен кхьинар, фелекди кхьейди.
Azərbaycanca-ləzgicə lüğəti / qədər2 [ər.] 1. сущ. кьадар, гьисаб; // bir qədər са кьадар, са тӀимил, тӀимил кьван, тайин тушир кьадар; bu qədər и кьадар а) икьван; б) куьтягь хьана, мад лугьудай гаф амач, вассалам; nə qədər гьи кьадар а) гьикьван? шумуд?; б) гьи дережеда; в) рикӀиз кӀани кьадар; o qədər а) а кьадар, акьван; гьакьван; б) а дережада; 2. къушм. кьван; -алди; günortaya qədər нисинал кьван, нисиналди; dizə qədər метӀел кьван; // вилик, эвел; müharibəyə qədər дяведал кьван.
Azərbaycanca-ləzgicə lüğəti / qədər(Zaqatala) qadın çalması
Azərbaycan dilinin dialektoloji lüğəti.