Gedəmiş
Suqovuşan (əvvəlki adı: Gedəmiş) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Gedəmiş kəndi Suqovuşan kəndi adlandırılmışdır.
== Toponimikası ==
Suqovuşan adı kəndin fiziki-coğrafi mövqeyini əks etdirir.
== Tarixi ==
Yerli məlumata görə, kəndi vaxtilə Qazax mahalından gəlmiş ailələr salmışlar.
=== Tarixi abidələri ===
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
== Coğrafiyası və iqlimi ==
Kənd Murovdağ silsiləsinin ətəyində yerləşir.
== Əhalisi ==
== İqtisadiyyatı ==
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
== Mədəniyyəti ==
Kənddə Suqovuşan kənd kitabxana filialı, Suqovuşan kənd klubu fəaliyyət göstərir.
== Təhsil ==
Kənddə təhsil müəssisəsi mövcud deyil.
== Din ==
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.