* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 106.21 |
2003 | •••••••••••• | 63.38 |
2004 | ••••••••• | 45.14 |
2005 | ••••••••••• | 56.01 |
2006 | •••••••• | 43.92 |
2007 | •••••••••• | 52.43 |
2008 | ••••••••••• | 56.76 |
2009 | •••••••••••• | 62.87 |
2010 | ••••••••••••• | 69.17 |
2011 | •••••••••• | 52.93 |
2012 | ••••••••••••• | 66.51 |
2013 | •••••••••••••••••••• | 110.28 |
2014 | ••••••••••••••••• | 88.72 |
2015 | •••••••••• | 50.36 |
2016 | •••••••••• | 52.24 |
2017 | •••••••• | 42.60 |
2018 | ••••••• | 36.26 |
2019 | ••••••••• | 49.24 |
2020 | ••••••••••• | 55.70 |
1 is. [ər.] İnsan və ya heyvanın vücudu; gövdə. Bədən üzvləri. İri bədən. Sağlam bədən. Ağ bədən. – [Gülpəri:] Yazığı o qədər döyübdür ki, bədənində sağ yer qalmayıb. Ə.Haqverdiyev. İndi ananın yarıçılpaq bədəni şaxta qarşısında müdafiəsiz qalmışdır. Ə.Məmmədxanlı. // Məc. mənada. Lazımdır mikrobları millətin bədənindən kənar eləmək! Yoxsa nə göz yaşı tökmək ilə azarlı şəfa tapar, nə dua yazmaq ilə. C.Məmmədquluzadə. ◊ Bədən tərbiyəsi – bədən mümarisələri, idman, gimnastika, yaşayışda düzgün rejim gözləmək vasitəsilə insan bədəninin hərtərəfli inkişaf etdirilməsi və möhkəmləndirilməsi. Bədən tərbiyəçisi – bədən tərbiyəsi (idman) ilə məşğul olan adam.
Azərbaycan dilinin izahlı lüğəti / bədən1 Ərəb sözüdür, bizdə onun yerinə ət sözü işlədilib (ətuz forması da mövcud olub). Belə bir cümlə də var: yağın boldı ersə, etuz cangüdaz (düşmənin varsa, bədənini və canını qoru). Sonra bədən kəlməsi ət sözünü sıxışdırıb və ikinci kəlmə “мясо” mənasında (yəni yeni mənada) yaşamaq hüququ qazanıb. İçuk (kiçik vəhşi heyvanların dərisi), ətik (belə dəridən ev içində geymək üçün hazırlanmış yumşaq ayaqqabı) sözləri də ət kəlməsi ilə qohum olub. Türk dillərində bədən əvəzinə gödən (gövdə) sözü də işlədilmişdir, görünür, bədənin təhrifi ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / bədən2 BƏDƏN İnsanın bədəni nə qədər möhkəm ola bilər, nələrə dözə bilər (M.İbrahimov); CƏMDƏK [Məmmədəli:] Bacıoğlu! Yatırdıb ağzı yerdə o qədər goparam cəmdəyinə, şişib dama dönərsən (N.Vəzirov); CƏSƏD Ta cəsədin cida olmayıb candan; Bil özünü artıq sultandan, xandan (M.P.Vaqif); CİSİM Oğlan, sən uşaqsan, cavansan hələ; Yenicə cisminə düşüb vəlvələ (M.P.Vaqif); ƏNDAM Mələk otaqda bir neçə dəfə fırlanıb, kürəyinə tökülmüş saçına, qırçınlı donunun içində quzu quyruğu kimi yırğalanan əndamına baxdı (İ.Şıxlı); ƏYİN (başdan-başa bütöv bədən) ...Vəliqulu, əynində cındır gödək arxalıq və başında köhnə boz papaq kürəklə peyin sərirdi (Qantəmir); GÖVDƏ (dan.) Göyərçin iri, ağır gövdəsini düzəldərək, o yandan bəriyə qabardı (S.Rəhimov); TƏN (kl.əd.) Can əgər çıxsa tənimdən əsəri-mehrin ilə... (Füzuli); VARLIQ Fəqət bu dəfə öylə deyildi, bütün varlığım müdhiş bir həyəcan bürümüşdü (C.Cabbarlı); VÜCUD Bağır bu kəlmələri tutqun bir səslə dedi, onun vücudu titrədi, gözləri yaşardı (M.Hüseyn).
Azərbaycan dilinin sinonimlər lüğəti / bədən2 I сущ. 1. тело. İnsan bədəni тело человека, bədən üzvləri части тела, sağlam bədən здоровое тело, lüt bədən обнажённое тело 2. телосложение. Pəhləvan bədənli (cüssəli) богатырского телосложения 3. организм. Möhkəm bədən крепкий организм II прил. 1. телесный. Bədən cəzası телесное наказание, bədən gözəlliyi телесная красота 2. физический (относящийся к организму человека). Bədən tərbiyəsi физическое воспитание, физическая культура (физкультура); bədəni qızışdırma разминка
Azərbaycanca-rusca lüğət / bədən1 I. i. body; organism; insan ~i human body; sağlam ~a sound body; ◊ Sağlam bədəndə sağlam ruh olar at. söz. A sound mind in a sound body II. s. bodily, corporal; (i.s.) of the body; ~ üzvləri parts of the body, limbs of the body; ~ xəsarəti physical / bodily injury; ~ cəzası corporal punishment ◊ ~ tərbiyəsi physical culture, physical training
Azərbaycanca-ingiliscə lüğət / bədən1 is. corps m ; complexion f (constitution f) du corps ; organisme m ; insan ~i corps humain ; sağlam ~ un corps robuste ; ~ üzvləri les parties f pl du corps ; ~ xəsarəti blessure f pl ; ~ cəzası peine f corporelle ◊ ~ tərbiyəsi culture f physique
Azərbaycanca-fransızca lüğət / bədən1 [ər.] сущ. беден, жендек, тан; ağ bədən лацу беден; ** bədən tərbiyəsi беден тербия, физкультура.
Azərbaycanca-ləzgicə lüğəti / bədənBƏDƏN ə. 1) insan və ya heyvanın gövdəsi; 2) ağacın gövdəsi, oduncağı. BƏ’DƏN ə. sonra, bundan sonra.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti