Dünya beşdən böyükdür
Dünya beşdən böyükdür (türkcə:Dünya 5'ten büyüktür) — Türkiyə Cümhuriyyətinin XII prezidenti Rəcəb Tayyib Ərdoğanın müəllifi olduğu siyasi doktrindir.
== Haqqında ==
İfadənin tərkibindəki beş sözü BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkəyə işarə etməkdədir. Bu beş ölkənin veto hüququ doktrinin təməl hədəfidir. Ərdoğan əsərdə bu beş ölkənin BMT-in hadisələrə müdaxiləsinə mənfi təsir etdiyini ifadə etməkdədir. Ərdoğan ilk dəfə 2013-cü ildə dilə gətirmiş olduğu bu doktrini Nyu-Yorkda təşkil edilən BMT-in 74-cü Ümumi Assambleyasında da ifadə etmişdir. Doktrin dərs kitablarına da daxil edilmişdir.
2017-ci ildə Ek'rem adında bir repçi bu ifadədən təsirlənərək "The World is Bigger Than Five" adlı mahnı yayımlamışdır.